Məhkəmə qərarları › İş №3(050)-2221/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2221/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2221/2023 20.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə. ünvan 1 ünvanı olan «Xəzər» Kafesinin sahibi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 daxil olmuş inzibati xəta haqqında 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, «Xəzər» Kafesinin vəzifəli şəxsi Şəxs yoxlanmanın aparılmasına şərait yaratmadığı üçün öz iştirakının və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Qeyd olunan səbəbə görə «Xəzər» Kafesinin sahibi Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi Nümayəndə verdiyi ifadəsində bildiridi ki, «Xəzər» Kafesinin sahibi olan Şəxs müvafiq yoxlamanın aparılması üçün X5 əməkdaşlarına şərait yaratmamışdır. Bu səbəbdən Agentlik tərəfindən müvafiq protokol tərtib edilmişdir. qeyd edilən qanun pozuntusunun təsdiqi işə əlavə edilmiş sənədlər və video görüntülərlə tam sübuta yetirilmişdir. Odur ki, «Xəzər» Kafesinin vəzifəli şəxsi Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Xəzər» Kafesinin vəzifəli şəxsi Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlmat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqin şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 mütəxəssisi X10 tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Xəzər» Kafesinin vəzifəli şəxsi Şəxs yoxlanmanın aparılmasına şərait yaratmadığı üçün öz iştirakının və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 böyük məsləhətçisi Nümayəndə və aparıcı məsləhətçi X11 tərəfindən tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli, LRBPK-23/128 nömrəli Yoxlamanın aparılması haqqında qərardan görünür ki, «Xəzər» Kafesinə məxsus Masallı rayonu, Musaküçə kəndində yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədi ilə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 böyük məsləhətçisi Nümayəndə və aparıcı məsləhətçi X11 tərəfindən həmin müəssisədə plandankənar yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, «Xəzər» Kafesinin (VÖEN **********) qanuni təmsilçisi Şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 böyük məsləhətçisi Nümayəndə, aparıcı məsləhətçi X11 və baş mütəxəssis sürücü X9 tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixdə AQTA-nın LARB-nin aktdan görünür ki, 15 noyabr 2023-cü il tarixli, LRBPK-23/128 nömrəli Yoxlamanın aparılması haqqında qərara əsasən və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınan KY ********* nömrəli çıxarış əsasında Masallı rayon Musaküçə kəndində yerləşən Şəxs məxsus «Xəzər» Kafesinə plandankənar (növbədənkənar) yoxlama açılmışdır. 16 noyabr 2023-cü il tarixdə kafeyə daxil olunan zaman əməkdaşlara sahibkarın ölkədən kənarda olduğu və heç bir səlahiyyətli nümayəndəsinin olmadan bildiridilmişdir. Bununla bağlı sahibkarın nömrəsinə vhatchap vasitəsi ilə əlaqə saxlanılmış və yoxlama zamanı ilə bağlı məlumatlandırılmış və iştirakının mütləq olduğu qeyd edilmişdir. Özü iştirak etmədiyi halda, etibarnaməli şəxsin iştirak edə biləcəyi qeyd edilmişdir. Sahibkar etibarnamə ilə bağlı vaxt istədiyini bildirmişdir. Bununla bağlı 17 noyabr 2023-cü il tarixli LRBPK-23/128 nömrəli yoxlamanın dayandırılması haqqında qərar qəbul edilmişdir. Yoxlama müddəti 11 (on bir) gün müddətə dayandırılmışdır. Sahibkarla danışılan zaman öz iştirakını və ya səlahiyyətli nümayəndəsinin (etibarnaməli şəxs) iştirakını təmin etmədiyi halda inzibati xətalar məcəlləsinin 544.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Bu məlumatlar 1 nömrəli online yaxa kamerası ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3-X12 tərəfindən 17 noyabr 2023-cü il tarixli, LRBPK-23/128 nömrəli Yoxlamanın aparılması haqqında qərardan görünür ki, «Xəzər» Kafesinə məxsus Masallı rayonu, Musaküçə kəndində yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması üçün xx.xx.2023-cü il tarixdə yoxlama həyata keçirilir. Yoxlama xx.xx.2023-cü il tarixədək 11 (on bir) gün müddətə dayandırılması və bu barədə məlumat Azərbaycan Respublikası Ədliyyə nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 böyük məsləhətçisi Nümayəndə, aparıcı məsləhətçi X11 və baş mütəxəssis sürücü X9 tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixdə AQTA-nın LARB-nin aktdan görünür ki, 15 noyabr 2023-cü il tarixli, LRBPK-23/128 nömrəli Yoxlamanın aparılması haqqında qərara əsasən və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınan KY ********* nömrəli çıxarış əsasında Masallı rayon Musaküçə kəndində yerləşən Şəxs məxsus «Xəzər» Kafesinə plandankənar (növbədənkənar) yoxlama açılmışdır. 16 noyabr 2023-cü il tarixdə kafeyə daxil olunan zaman əməkdaşlara sahibkarın ölkədən kənarda olduğu və heç bir səlahiyyətli nümayəndəsinin olmadığı bildiridilmişdir. Bununla bağlı sahibkarın nömrəsinə vhatchap vasitəsi ilə əlaqə saxlanılmış və yoxlama zamanı ilə bağlı məlumatlandırılmış və iştirakının mütləq olduğu qeyd edilmişdir. Özü iştirak etmədiyi halda, etibarnaməli şəxsin iştirak edə biləcəyi qeyd edilmişdir. Sahibkar etibarnamə ilə bağlı vaxt istədiyini bildirmişdir. Bununla bağlı 17 noyabr 2023-cü il tarixli LRBPK-23/128 nömrəli yoxlamanın dayandırılması haqqında qərar qəbul edilmişdir. Yoxlamanın sonuncu günü xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində yerləşən Şəxs məxsus «Xəzər» Kafesində olmuşlar və kafeyə daxil olduqları zaman X7 əməkdaşarı qovmuşdur. Əməkdaşlar özlərin təqdim etdikləri zaman səlahiyyətli şəxs Şəxs soruşduqda xaricdə olduğu bildiridilmiş və heç bir kəsə etibarnamə göndərilmədiyi bildiridilmişdir. Səlahiyyətli şəxsin və səlahiyyətli nümayəndənin olmadığı üçün İXM-nin 544.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Xəzər» Kafesinin sahibi Şəxs (VÖEN **********) təqsiri işə əlavə edilmiş inzibai xəta haqqında protokol, habelə digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsində göstərilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. «Xəzər» Kafesinin sahibi Şəxs (VÖEN **********) inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Xəzər» Kafesinin sahibi Şəxs (VÖEN **********) barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: «Xəzər» Kafesinin sahibi Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar