Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2221/2024 11.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ərkivan kəndində qeydiyyatda olan, deməsinə görə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Əliyeva X5 rayon Məhkəməsinin 2(050)-483/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli və 2(050)-1758//2024 nömrəli, 06 avqust 2024-cü il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X4 izahatında bildirdi ki, Masallı rayon Məhkəməsinin 2(050)-483/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 5600 manat və ödənilmiş dövlət rüsumuna görə 76 manat, cəmi 5676 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 03 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu çağırışlara gəlmədiyindən və o, yaşadığı ünvanda olmadığından 30 oktyabr 2024-cü il tarixdə barəsində axtarış elan olunmuşdur. Bundan başqa Masallı rayon Məhkəməsinin 2(050)-1758//2024 nömrəli, 06 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 3100 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 06 noyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılsa da, şöbəyə gəlməmişdir. Borclu 11 dekabr 2024-cü il tarixdə axtarış nəticəsində Masallı rayon Polis əməkaşları tərəfindən saxlanılaraq saat 16:10 radələrində Masallı rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu icra sənədləri üzrə borcdan heç bir ödəniş aparmamışdır. İzahatında isə maddi imkanı olmadığını, olanda ödəyəcəyini qeyd etmişdir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Masallı rayon Məhkəməsinin 2(050)-483/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli və 2(050)-1758//2024 nömrəli, 06 avqust 2024-cü il tarixli icra sənədlərindəki borclar barədə məlumatı vardır. Bununla bağlı icra məmuru tərəfindən göndərilən bildirişləri almışdır. İcra məmuru ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış və icra məmuru borcları ödəməyi təklif etmişdir. Lakin o, maddi imkanı olmadığı üçün borcları ödəyə bilməyəcəyini qeyd etmişdir. Özü Bakı şəhərində rəfiqəsinə məxsus evdə yaşasa da, bir neçə dəfə Ərkivan qəsəbəsinə gəlmiş, lain icra sənədləri ilə bağlı icra məmuruna bu barədə məlumat verməmiş və icra şöbəsinə getməmişdir. Xuramana olan borcu bir neçə il bundan əvvəl mövcud olsa da, işləmədiyi üçün ödəniş etməmişdir. 2025-ci ilin mart ayının sonuna kimi ona vaxt veriləcəyi təqdirdə hər bir tələbkara 1000 manat ödəniş edə bilər. Maddi cəhətdən imkanı olmadığından ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkarlar Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Əliyeva X5 rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli icra sənədinə əsasən ona cəmi 5676 manat pul ödəməli olsa da, pul məsələsi 4-5 il əvvəldən yaranmışdır. O, vətən müharibəsi qazisindən pul alaraq Şəxs vermişdir. Dəfələrlə rayonda yaşadığı evinə gedərək bu barədə ailə üzvlərinə bildirsə də, pulu ödəməmişdir. Sonra Ülviyyə əlaqə saxlayaraq bildirmişdir ki, “gedib kiməsə deməklə nə oldu, Sizə pul ödədim?” məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Ülviyyə rayonda və Bakı şəhərində olduğu müddətdə qadınların üzünü, qaşını düzəldərək gəlir əldə etsə də, heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkarlar Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Əliyeva X5 rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli icra sənədinə əsasən ona cəmi 3100 manat pul ödəməli olsa da, pul məsələsi bir neçə il əvvəldən yaranmışdır. O, dəfələrlə rayonda Ülviyyə ilə əlaqə saxlayıb pulunu istəsə də, pulundan heç bir ödəniş etməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Ülviyyə işləmədiyini bildirsə də, faktiki olaraq işləyir, buna baxmayaraq heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, X3 həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 2(050)-483/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5600 manat və ödənilmiş dövlət rüsumuna görə 76 manat, cəmi 5676 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. - Masallı rayon Məhkəməsinin 2(050)-1758//2024 nömrəli, 06 avqust 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3100 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. - 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri məyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun Masallı rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli və 06 avqust 2024-cü il tarixli qətnamələrindən əvvəl tələbkarlara borcunun olmasını, neçə il ərzində heç bir ödəniş aparmamasını, icra məmuru tərəfindən icra sənədləri ilə bağlı bildiriş aldığı və icra sənədləri barədə məlumatı olduğu halda icra məmurunun çağırışlarına heç bir üzürlü səbəb olmadan gəlməməsini, hazırda tələbkarlara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi işləmədiyi üçün cərimə ödəmək iqtidarında olmadığını, maddi cəhətdən imkanı olacağı halda ödəniş aparacağını bildirməsini, yəni qeyd olunan icra sənədlərindəki tələbləri üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. İş materiallarından müəyyən olunur ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 11 dekabr 2024-cü il tarixdən, saat 16:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 11 dekabr 2024-cü il tarixdən, saat 16:10-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2221/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2221/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver