Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2223/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X2 tərtib etdiyi 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 məhkəmə iclasında izahatında bildirdi ki, Masallı Rayon Polis X8 Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən 100 manat cərimə edilmişdir. Lakin hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə dostuna məxsus “BMW X-5” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün yoxlamaq məqsədi ilə avtomobili idarə etmiş, bu zaman DYP əməkdaşları tərəfindən saxlanılmış və etibarnamə olmadan idarə etməyi müəyyən edilmişdir. Buna baxmayaraq onun barəsində qanunsuz olaraq işıqforun qırmız işığından keçməyi barədə protokol və qərar qəbul olunmuşdur. Bununla bağlı hər hansı sübut və ya videoçəkiliş mövcud deyildir. O, ümumiyyətlə qırmızı işığı keçməmiş, belə bir xəta olmamışdır. Lakin qanunsuz olaraq barəsində işıqforun qırmızı işığından keçmək barədə qərar qəbul edilmişdir. Qərarı qəbul etmiş orqan qərarla bağlı sübutları da İXM-nin tələbinə əsasən təqdim etməlidir. Lakin sübut olmadığı üçün sadəcə qərar təqdim olunmuşdur. Məhkəmə qaydasında həmin sübutlar alınarsa o zaman onun işıqforun qırmızı işığında hərəkət etmədiyi aşkar olunacaqdır. O, qeyd olunan əməli törətməmiş, onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayəti eyni məzmunda əsaslandıraraq, əlavə olaraq bildirdi ki, o, dostuna məxsus “BMW X5” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Lakin o, nəqliyyat vasitəsini idarə edən zaman işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarını pozmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul edən Masallı Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə şikayətə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələrinə əsasən 100 manat cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İnzibati xəta haqqında qərardan göründüyü kimi, X5 “BMW X-5” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkətin davam etdirilməsi və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə inzibati icraat başlanılmışdır. Lakin işin hallarına əsasən, X3 etirafedici izahatına əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsi müəyyən olunsa da işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkətin davam etdirilməsi qaydalarının pozulması aşkar olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, səlahiyyətli şəxs X3 inzibati məsuliyyətə cəlb olunmasını kifayət qədər araşdırmamışdır. Masallı Rayon Polis Şöbəsinə qərardan şikayət vermiş şəxsin inzibati xətanın törətməsi barədə sübutların məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də qərar qəbul etmiş səlahiyyətli orqan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qüvvədə olan qanunvericilik aklarına əsasən inzibati xətanın inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxs inzibati xəta törətmiş X5 barəsində gəldiyi nəticə üçün müəyyən edilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, onun nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olma halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsi halı özünün etirafına əsasən məhkəmə iclasında müəyyən olunsada, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarını pozması halı sübuta yetməmişdir. Belə olan halda qərar qismən ləğv edilməli, X5 barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməli, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati tədbir görülməsindən ötrü inzibati xəta haqqında qərar səlahiyyətli orqana göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 115, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qismən ləğv edilsin. X5 barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə Masallı Rayon Polis Şöbəsində baxılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-2223/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2223/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver