Məhkəmə qərarları › İş №3(050)-2237/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2237/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2237/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 sahə müfəttişi X2 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1990-cı ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs Şirvan Milli Parkının X4 ərazisində 23 noyabr 2024-cü il tarixində ov qaydalarını kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatətlə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında işə yaşadığı yer üzrə Masallı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, tanışı ilə birlikdə 23 noyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, “Qırmızıkənd” ovçuluq ərazisində olan zaman 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək, ərazidə nə işlə məşğul olduqlarını soruşmuşlar. Onlar da ov üçün hazırlıq etdiklərini bildirmişlər. Həmin əməkdaşlar sənədlərini yoxladıqdan sonra ərazinin qoruq olduğunu və ov edilmənin qadağan olduğunu bildirmişlər. Bundan sonra onlar heç bir ov etmədən ərazini tərk etmişlər. Həqiqətən də onlar ov üçün hazırlıq işləri aparmış, lakin heç bir ov etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 sahə müfəttişi X7 izahatında göstərdi ki, Masallı rayonu, Təklə kəndində yaşayan X1 rayonu, Sığıncaq kənd sakini X5 23 noyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, “Qırmızıkənd” ovçuluq ərazisinə daxil olmuşlar. Hər iki ovçunun ov çantasına baxış keçirilmiş, heç bir ov qəniməti aşkar olunmamışdır. Daha sonra Şəxs barəsində akt və digər sənədlər tərtib olunaraq protokol yazılmışdır. İşdə olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokola əsasən, Şəxs barəsində ov qaydalarını kobud pozması əsası ilə İXM-nin 272.3-cü maddəsi ilə inzibati icraat açılmışdır. İş materiallarında olan AA № 003059 saylı, 23 noyabr 2024-cü il tarixli aktda göstərilmişdir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə birlikdə “brakonyerliyə” qarşı növbəti birgə reyd keçirilən zaman təsərrüfatın “baş ada” adlanan ərazisində qanunsuz ovla məşğul olan iki nəfər saxlanıldı. Aparılan söhbət zamanı məlum olmuşdur ki, qanunsuz ovla məşğul olan şəxslərdən biri Masallı rayonu, Təklə kəndində yaşayan X8 və Masallı rayonu, Sığıncaq kənd sakini Şəxsdur. X3 üzərindəki Tula markalı 16 çaplı x-4859-62 saylı qoşalülə ov tüfənginə aid 12 noyabr 2006-cı ildə Masallı RPŞ tərəfindən verilmiş 6/1-911 saylı şəhadətnamə, Şəxs üzərindəki 12 çaplı İJ-43 markalı ******* saylı qoşalülə öv tüfənginə aid Masallı RPŞ tərəfindən verilmiş B-65/23 saylı şəhadətnaməni təqdim etdilər. Hər iki ovçunun ov çantasına baxış keçirilmiş heç bir ov qəniməti aşkar olunmamışdır. Bununla qanunsuz ovla məşğul olan X8 və Şəxs Azərbaycan Respublikasının “Ovçuluq haqqında və heyvanlar aləmi haqqında qanunların tələblərini pozmaqla Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 272.3-cü uyğun inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oaln digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verili Məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin Şəxs barədə gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə ki, Şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, o, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etmiş yaxud ov qaydalarını kobud surətdə pozmuş olsun. Lakin iş materiallarında Şəxs ov etmə qaydalarına görə hansı kobud pozuntulara yol verməsi müəyyən olunmamışdır. Beləki məhkəmə iclasında dindirilən şəxslərin izahatlarından və inzibati materiala əlavə edilmiş aktdan da göründüyü kimi Şəxs ov etməmişdir. Üzərində olan ov çantasına baxış keçirilmiş heç bir ov qəniməti aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar