Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2248/2023 08.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/25 Ş qeydiyyatda olmaqla fakitiki olaraq Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə Masallı Masallı RPŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, 27.11,2023-cü il tarixdə, saat 15:09da Masallı rayon Ərkivan qəsəbə sakini X8 DİN-nin 102 xidmətinə zəng edərək, Şəxs onun ünvanında onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Eyni zamanda Aliyeva X4 RPŞ-yə ərizə ilə müraciət edərək, göstərmişdir ki, həmin tarixdə günorta saatlarında yaşadığı ünvana gələrək onu ölümlə hədələmişdir. Faktla bağlı TB-də araşdırma aparılmış və cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati icraat açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli, 3-13-97/1-53065/2023 saylı materialın icrası ilə bağlı Masallı RPŞ-nin TB-də Şəxs barəsində AR İXM-in 510-cu maddəsiinə əsasən qəbul edilmiş qərarın icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 12 radələrində RPŞ-nin inzibati binasının 105 saylı xidməti otağında Şəxs İTB-nin polis sahə rəisi Şahid2 tərəfindən qəbul edilmiş, qərarla tanış edilən zaman Şəxs qərardan narazı olduğunu bildirib, uca səslə qışqırmağa və polisin iş fəaliyyətini pozmağa başlamış, Şahid2 və otaqda yaranmış səs-küyə gələn RPŞ-nin NH-nin növbətçi köməkçisi Vüsal Kazımov onu nizam-intizama dəvət etmiş, şöbənin iş fəaliyyətini pozmamağı tələb etmişlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, hərəkətlərini davam etdirib şöbənin iş fəaliyyətini kobudcasına pozmuşdur. Göstərilən səbəblərdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qayınatası Aqil Aliyev onun qonşusudur. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Ali onun yaşadığı evə gələrək, 7500 borc istəmiş, gəlini Aynurun xərçəng xəstəsi olmasını demişdir. O, da Aqilə inanıb ona 7500 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə yenidən saat 20 radələrində Ali onun yaşadığı evə gələrək, əlavə 7500 manat pul lazım olduğunu demiş, o, ilk öncə Ali ilə razılaşmasa da, Ali ondan çox xahiş etdiyi üçün onun razılaşıb ona 7500 manat pul vermişdir. Həmin pulları isə başqa bir şəxsdən götürüb Aliyə vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, ona həmin puldan yalnız 3500 manat qaytarılmış, qalan pul qaytarılmamışdır. xx.xx.2023-cü il tarixdə Aqil Aliyevin gəlini Zərərçəkmiş şəxs evinə getməmiş, onu ölümlə hədələməmiş, heç kimi söyməmişdir. Əgər Aynuru söymüşdürsə onda üzr istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha sonra izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında xx.xx.2023-cü il tarixdə saat 12 radələrində RPŞ-nin inzibati İTB-nin Polis sahə rəisi Şahid2 xidməti otağında olmuş, Masallı RPŞ-nin inzibati binasında olarkən polisin iş fəaliyətinə maneçilik törətməmiş, hüquqa zidd hərəkətlərə yol verməmiş, ucadan qışqırmamışdır. Şahid2 xidməti otağında ondan izahat alınmış, izahatı polis əməkdaşı tərəfindən yazılmış, sonradan ucadan ona oxunmuş, izahatla tanış olduqdan sonra düzgün olduğu üçün onu imzalamışdır. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs həmkəndlisidir. O, Nəsiminin bacısı Gülnarə ilə qonşudur. Buna baxmayaraq, Nəsimini ilk dəfə xx.xx.2023-cü il tarixdə görmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında evində olmuş, qaynanası Rəhimə də həmin vaxt onlara gəlmiş, eyni zamanda azyaşlı oğlu da evdə olmuşdur. Tanımdağı şəxsin “ay ev yiyəsi” sözləri ilə ev sahibini çağırmasını eşitmiş, həmin səsə evin həyətinə çıxmışdır. Bu zaman adını sonradan bildiyi Nəsimi adlı şəxs təhqiredici sözlə əri Azərin harada olmasını soruşmuşdur. O, da Nəsimiyə bildirmişdir ki, Azər adətən saat 18:00 radələrindən sonra evdə olur. Həmin vaxt gələrsiniz. Bu zaman Nəsimi ona bildirmişdir ki, qayınatası Ali onun pulunu götürüb qaçmış, Bakı şəhərində təhsil alan nəvəsi İlkinin yanındadır. O, Salyan rayonu ərazisində Alinin olduğu avtomaşını saxlatdırıb onu öldürəcəkdir. Nəsimiyə bildirmişdir ki, qayda-qanun var. Həmin vaxt Nəsimi onu və nəsildə olan qadınları nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Bu zaman Nəsimi əlini əynində olan gödəkçənin cibindən çıxartmış, həmin vaxt Nəsimini əlində açılan bıçaq görmüş, Nəsimi ona bildirmişdir ki, evinizin yanında olan futbol meydançasının yanında sənin gözünün qarşısında ərin Azəri öldürəcəm və evinizə od vuracam. O, bu sözləri eşdib huşunu itirib, özündən getmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu izahat verərək Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli, 3-13-97/1-53065/2023 saylı materialın icrası ilə bağlı Masallı RPŞ-nin TB-də Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən qəbul edilmiş qərarın icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 12 radələrində RPŞ-nin inzibati binasının 105 saylı xidməti otağında Şəxs qəbul etmiş, qərarla tanış edən zaman Şəxs qərardan narazı olduğunu bildirib uca səslə qışqırmağa və şöbənin iş fəaliyyətini pozmağa başlamış, o və otaqda yaranmış səs-küyə gələn RPŞ-nin NH-nin növbətçi köməkçisi X7 Şirəliyevi nizam-intizama dəvət etmiş və şöbənin iş fəaliyyətini pozmamağı tələb etmişlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamiş, hərəkətlərini davam etdirib şöbənin iş fəaliyyətini kobudcasına pozmuşdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 08 dekabr 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi haqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati icraat açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Şəxs təqsiri inzibati xəta haqqında protokollar, zərərçəkmiş şəxsin izahatı, şahidlərin ifadəsi, Masallı RPŞ-də verdiyi izahatı və və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməklə, inzibati xətalara görə təyin edilmiş inzibati həbs tənbeh tədbirləri toplamaq yolu ilə Şəxs qəti olaraq 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.4, 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati xətalara görə təyin edilmiş inzibati həbs tənbeh tədbirləri toplamaq yolu ilə Şəxs qəti olaraq 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 08 dekabr 2023-cü il tarixdən saat 17:40 hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-2248/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2248/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver