Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2263/2023 14.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri Qarabağ küçəsi, ev 13, mənzil 26-da qeydiyyatda olmaqla Masallı şəhəri R.Abbasov küçəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1060/2019 saylı, 18 iyun 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 25 iyul 2010-cu il təvəllüdlü X1 və 29 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla iki uşaq üçün cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq Hünbətova (Hüseynova) Təranə Tahir qızına ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1060/2019 saylı, 18 iyun 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 25 iyul 2010-cu il təvəllüdlü X1 və 29 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla iki uşaq üçün cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq Hünbətova (Hüseynova) Təranə Tahir qızına ödənilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, barəsində axtarış elan edilmiş və polis tərəfindən axtarışla icra və probasiya şöbəsinə gətirilmişdir, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 7710 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə ondan 25 iyul 2010-cu il təvəllüdlü X1 və 29 mart 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat olmaqla iki uşaq üçün cəmi 180 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi qət edilmişdir. Aliment kəsildiyi vaxtdan müəyyən ödənişlər etmişdir. Lakin sonradan maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Heç bir yerdə işləmir heç bir yerdən gəliri yoxdur. X11 mərkəzinə müraciət etmiş və 2024-cü ilin yanvar ayının ilk günündən işə başlayacaqdır. İşə başladıqdan sonra isə borcunu ödəyəcəkdir. Tələbkar istəsə belə öz əmək haqqı kartınıda verə biləcəkdir. Hazırda ona vaxt veriləcəyi təqdirdə sabah 250 manat ödəyə biləcəkdir. Həmçinin tələbkar uşaqlarınıda ona göstərmir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar X6 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədləri ilə Şəxs iki nəfər uşağın saxlanılması üçün 180 manat aliment tutulması qət edilmişdir. 5-6 ildir ki, borcluya güzəşt edir. Lakin borclu borcunu ödəmir. Hər dəfə icra məmuru onu çağırdığı zaman müəyyən ödənişlər edir və söz verir ki, hər ay mütəmadi olaraq ödənişlər edəcəkdir. Lakin icra şöbəsindən ayrıldıqdan sonra heç bir ödəniş etmir. Uşaqlara gəldikdə isə gəlib uşaqlarını görə bilər, lakin uşaqlar onu görmək istəmirlər, ondan qorxurlar. Borcludan yaranmış borcunu ödəməsini tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1060/2019 saylı icra sənədini üzürlü səbəb olmadan icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 14 dekabr 2023-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2263/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2263/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver