Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2267/2023 15.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 15 dekabr 2023-cü il tarixdə Masallı şəhəri ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 15 dekabr 2023-cü il tarixdə Masallı şəhəri, 20 Yanvar küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən reyd keçirilmişdir. Reyd zamanı Masallı rayon Ərkivan qəsəbə sakinləri Şəxs, X4 və X7 qanunsuz küçə ticarəti ilə məşğul olduqları üçün irad bildirdikə sonuncular küçədə ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, küçədə toplaşanların diqqətini nümayişkaranə şəkildə üzrələrinə cəlb etməklə ictimai qaydanı pozmuş, küçənin keçdiyi yolda avtomobil hərəkəti qısa müddətli dayanmışdır. Şəxs ona bildirilən iraddan nəticə çıxarmaq əvəzinə uca səslə nalayiq ifadələr işlətməyə davam etmiş, həmin şəxslər polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilsələr də qəsdən qanuni tələblərinə tabe olmamış və hüquqazidd hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən polis əməkdaşları onları RPŞ-yə gətirilmişdir. Göstərilən səbəblərdən barələrində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, oğlanları X4 və X7 ilə birlikdə Masallı şəhəri, 20 Yanvar küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə keçirilən reyd zamanı polis əməkdaşları onlara yaxınlaşaraq qanunsuz küçə ticarəti ilə məşğul olduqlarını bildirib dərhal yığışdırılmasını tələb etmişlər. Yüngül dərəcəli sərxoş olduğundan əsəbiləşərək ucadan söyüşlər söyərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmiş, polis əməkdaşları onu və oğlanlarını nizam-intizama dəvət etməklə etdiyi hərəkətlərin qanuna zidd olduğunu bildirsələr də, lakin onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən polis əməkdaşları tərəfindən o və oğlanları Masallı RPŞ-yə aparılmış, barələriində inzinbati xəta haqqında protokol tərəfib edilmişdir. Sonda N.R.Şükürov əməlindən peşman olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, Masallı şəhəri, 20 Yanvar küçəsi xidməti ərazisidir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə İTB-in polis nəfərləri, polis baş serjantı Ramin Kazımov, polis baş serjantı Ruhin İmanov, polis baş serjanıt Akif Murtuzayev və Masallı RİHB-in Masallı şəhər İƏD üzrə nümayəndəsi Nazim Muradovla birlikdə reyd keçirilmişdir. Reyd zamanı Masallı rayonu, Ərkivan qəsəbə sakinləri Şəxs, X4 və X7 qanunsuz küçə ticarəti ilə məşğul olduqları üçün irad bildirdikə sonuncular əsasən də Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, küçədə toplaşanların diqqətini nümayişkaranə şəkildə özünə cəlb etməklə ictimai qaydanı pozmuş, küçənin keçdiyi yolda avtomobil hərəkəti qısa müddətli dayanmışdır. Şəxs ona bildirilən iraddan nəticə çıxarmaq əvəzinə uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Əraziyə kömək üçün PPXBnin əməkdaşları çağırılmış, həmin şəxslər polis əməkdaşları tərəfindən təkrarən dəfələrlə nizam-intizama dəvət edilsələr də, qəsdən polisin qanuni tələblərinə tabe olmamış və hüquqazidd hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən polis əməkdaşları onları RPŞ-yə gətirmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 15 dekabr 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Şəxs təqsiri özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, şahidin ifadəsi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 15 dekabr 2023-cü il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Əzizov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-2267/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2267/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver