Məhkəmə qərarları › İş №3(050)-2268/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2268/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2268/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1980-ci ildə Masallı rayonu Sərçuvar kəndində doğulmuş, Masallı rayonu Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-265/2021 saylı, 10 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13 avqust 2005-ci il təvəllüdlü X7, 16 iyul 2006-cı il təvəllüdlü X8 və 03 avqust 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-265/2021 saylı, 10 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13 avqust 2005-ci il təvəllüdlü X7, 16 iyul 2006-cı il təvəllüdlü X8 və 03 avqust 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamışdır, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 3100 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə ondan üç uşağın saxlanılması üçün 210 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməsi qət edilmişdir. Hazırda həmin üç uşaqdan biri artıq 18 yaşına çatmışdır, biri isə onunla birlikdə yaşayır. Lakin o, onunla yaşayan uşaq üçündə aliment ödəyir. Hazırda yığılmış aliment borcundan ödəniş etmək iqtidarında deyildir. Lakin ona vaxt veriləcəyi təqdirdə bu gün və ya sabah 100-200 manat ödəyəcəkdir, qalan borcunu isə növbəti ayın birinə kimi ödəyə biləcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar X4 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədi üzrə Şəxs üç nəfər uşağın saxlanılması üçün 210 manat aliment tutulması qət edilmişdir. Hazırda bir uşaq yetkinlik yaşına çatmışdır. Borclu bu günə qədər müəyyən ödənişlər etmişdir. Lakin borcunu tam şəkildə ödəməmişdir. Hazırda borcludan yaranmış borcunu tam şəkildə ödəməsini tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-265/2021 saylı icra sənədini üzürlü səbəb olmadan icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar