Məhkəmə qərarları › İş №3(050)-227/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-227/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-227/2025 16.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin qiymətləndirmə sektorunun müdiri Nümayəndə iştirakı ilə, X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 barəsində tərtib edilmiş Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayon Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayır. Fermer təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Masallı rayon Xıl kəndində yerləşən Masallı rayon Kolatan Bələdiyyəsinə məxsus 7,2 hektar toraq sahəsini 2024-cü il tarixdə bələdiyyədən icarəyə götürmüşdür. Götürdüyü torpaq sahəsində limon bağı salmışdır. 2024-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən bağına baxış keçirilmiş və qərara əsasən ona 83520 manat subsidiya ayrılmışdır. Həmin subsidiyaların 62640 manat hissəsi ona gübrə şəklində verilmişdir. Ona verilmiş gübrələri o, əkdiyi torpaq sahəsində istifadə etmişdir. 6200 manat dəyərində olan gübrə artıq qaldığından başqa fermer dostuna satmışdır, əvəzində pul yox, əkdiyi limon ağaclarından yananların yerinə təzə ağaclar alaraq yerinə əkmişdir. Sonradan barəsində Masallı rayon prokurorluğuna şikayət olunmuş, guya o, ona subsidiya kimi ayrılmış pulu təyinatı üzrə xərcləməmişdir. O, bu barədə Masallı rayon prokurorluğunda da izahatını 6200 manat gubrəni sataraq əvəzində limon ağacları alıb yanan ağacların yerinə əkmişdir kimi vermişdir. Lakin onun izahatını təhrif edərək guya o, ona ayrılmış subsidayını natura şəklində satmış və əvəzində 62000 manat pul almışdır. O, uzun müddət Rusiya Federasiyasında yaşadığından Azərbaycan dilində danışmağı, başa düşməyi və yazmağı üçün demək olar ki, bilmir. Prokurorluqda olan zaman o, müstəntiqə bildirmişdir ki, dili yaxşı bilmədiyindən ona öz hesabına tərcüməçi təyin edilsin. Müstəntiq narahat olmamasını, izahatında nə demişdirsə onuda yazacağını bildirmişdir. Lakin ona cərimə yazılandan sonra bilmişdir ki, onun izahatı təhrif olunmuşdur. O, izahatını başqa cür vermiş, müstəntiq isə istədiyi fikri izahatında qeyd etmişdir. İzahatının aşağısında onun xətti ilə yazılmış sözləri isə müstəntiq hərf-hərf deyərək o, yazmışdır. O, Latın dilində oxuya bilmədiyindən izahatını oxuya bilməmiş və bu barədə müstəntiqə bildirmişdir ki, yazdığını oxuya bilmir, xahiş etmişdir ki, heç olmasa yaxın qohumu (əmisi) çöldə gözləyir, icazə verilsin izahatını onun üçün oxusun. Lakin müstəntiq heç bir əsas göstərmədən onu məcburi qaydada izahatına imza etdirmişdir. O, ümumiyyətlə Azərbaycanda hüquqmühafizə orqanlarında olmamışdır. Hətta müstəntiqin ona göstərdiyi təsir və təzyiqdən sonra xəstəliyə tutularaq müalicələrdə almışdır. Yazılmış protokol və qərar kökündən səhvdir. Bir daha qeyd etmək istəyir ki, o, sözü gedən inzibati xətanı törətməmişdir. Nazirliyin əməkdaşları heç bir əsas olmadan, heç bir maddi sübut olmadan barəsində cərimə qərarı tərtib edərək onu cərimələmişlər. Sonradan onu Bakı şəhərində yeləşən Kənd Təsərrüfatı Nazirliyinə və həmin nazirliyin Masallı şöbəsinə çağırmışlar. O, orada bütün şifahi izahatlarında bildirmişdir ki, ona ayrılmış subsidiyanı təyinatı üzrə istifadə etmişdir. Ona yazılmış qərarın kökündə Masallı rayon prokurorluğunda verdiyi izahat dayanır. Yəni təhrif olunmuş izahat. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Keçirilmiş məhkəmə iclasında çıxış etmiş X2nun vəkili Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil çıxışında bildirmişdir ki, X4 rayon Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayır. Fermer təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Masallı rayon Xıl kəndində yerləşən Masallı rayon Kolatan Bələdiyyəsinə məxsus 7,2 hektar toraq sahəsini 2024-cü il tarixdə bələdiyyədən icarəyə götürmüşdür. Götürdüyü torpaq sahəsində limon bağı salmışdır. 2024-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən bağa baxış keçirilmiş və qərara əsasən 83520 manat subsidiya ayrılmışdır. Həmin subsidiyanın 62640 manat hissəsi gübrə şəklində verilmişdir, verilmiş gübrələri əkdiyi torpaq sahəsində istifadə etmişdir. 6200 manat dəyərində olan gübrə artıq qaldığından həmin artıq qalmış hissəni liman tingləri ilə əvəzləşdirərək aldığı yeni limon tinglərini əkdiyi limon ağaclarından yanan ağacların yerinə əkmişdir. Sonradan barəsində Masallı rayon prokurorluğuna şikayət olunmuş və prokurorluqda araşdırma aparılmışdır. Prokurorluqda aparılmış araşdırma zamanı Elşən Həbibzadə ümumiyyətlə Azərbaycan dilində zəif bildiyini, adi məişət dilində danışa bildiyini, təhsilini rus dilində Rusiya Federasiyasında aldığını, rus dilini bildiyini, Latın qırafiqası ilə ona deyilənləri yaza biləcəyini, lakin yazdıqlarının mənasını bilmədiyini bildirmişdir və prokurorluqda ona qarşı olunmuş təzyiq və təsir altında ona diktə olunaraq izahatını yazdığını bildirmişdir. O, prokurorluqda izahatı alınan zaman əmisinin çöldə gözlədiyini, əmisinin həm rus, həmdə Azərbaycan dilində bildiyini, əmisinə icazə verilsin yazılmış izahatı əmisinin onun üçün oxumasını daha sonra imza etməsini bildirmişdir. Lakin prokurorluqda ona narahat olmamasını yazılmış izahatla onun verdiyi izahatın eyi olduğunu bildirib əmisinin onun üçün yazılmış izahatı oxumasına icazə verməmişlər. Sonradan bir dəfə Kənd Təsərrüfatı Nazirliyində izahatı alınmış, ordada tərcüməçi yox, şəffaf şərait yox, diktə şəkilində, demişlər ki, prokurorluqda olduğu kimi necə izahat vermişdirsə burdada o şəkildə izahat verməsin. Vətandaş birdə onda ayılmışdır ki, aldığı subsidiyanın, yəni 83520 manatın iki misli miqdarında 167040 manat cərimə olunmuşdur. Vətəndaş bildirir ki, 7.2 hektar torpaq sahəsinə səpmiş olduğu gübrənin pulunu ondan niyə tələb edirlər. Ən pis vəziyyətdə 6200 manat gübrəni ağacla əvəzləşdirdiyinin nəzərə alınmalı idi. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. Çünki təqdim olunmuş izahatlar təsir və təzyiq altında alınmış izahatlardır, tərcüməçinin, vəkilin iştirakı olmamışdır. Şəxs Azərbaycan dilində bilmir qarşısına nə qoyulsaydı onada imza etmiş olardı. X2 tərcüməçi X13 iştirakı ilə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, vəkili çıxışında bütün baş verənləri olduğu kimi danışdı. Əlavə olaraq bildirmək istəyir ki, prokurorluqda yazdıqları orada ona demişlər oda yazmışdır. Daha sonra o, onlara bildirmişdir ki, əmisi çöldə oturmuşdur, özü heç bir şey anlamır, ona köməklik edib əmisini çağırsın və əmisi sənədlərə baxsın sonra nəyə lazımdır imza edəcəkdir, əgər əmisi razılıq verərsə o, nəyə lazımdır imza edəcəkdir. Onlar ona orada heç bir şey olamadığını demişlər. O, düşünmüşdür ki, bura prokurorluqdur, onu burda aldatmayacaqlar, ona qarşı, onun əleyhinə heç bir şey etməyəcəklər oda imzalamışdır. Sonradan onu Bakı şəhərinə çağırmışlar, orada da ona onun prokurorluqda dediklərini və nəyi imzaladığını bildirmişlər və göstərmişlər. Oda baxıb prokurorluqda imzaladıqlarını görmüşdür. Sonra ona burdada imzalamağı və heç bir pis şey olmadığını bildirmişlər, oda imzalamışdır. Sonradan əmisinə olanları, nə etdiyini danışmış və imzaladığını bildirmişdir. Bundan sonra ona izah etmişlər ki, böyük bir səhvə yol vermişdir. Sonradan bütün bunları düzəltməyə çalışmışlar, yenidən ora gedib düzəltməyə çalışmışlar səhv olduğunu bildirmişlər və izahatını dəyişməsini bildirmişlər. Lakin onlar heç bir şey etməmişlər, heç bir şey dəyişməmişlər, ancaq məhkəmə vasitəsi ilə nəsə edə biləcəklərini bildirmişlər. Odur ki, məhkəmədən ona köməklik etməsini xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin qiymətləndirmə sektorunun müdiri Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, ilk dəfə vətəndaş barəsində əkinlə bağlı protokol tərtib olunanda əkinlə bağlı heç bir problem olmamışdır. Çünki orada əkin olub, onlar onu yoxlamışlar və ona subsidiya ayrılmışdır. Sonrada isə yoxlama nəticəsində üç dəfə orda olmuşlar bağın yandığını görmüşlər, bağın bərpa etsinlər. Bununla bağlıda heç bir problem yoxdur. Çünki əsas məsələ odur ki, əkin əkib, damcı sulama sistemi vardır, sonradan quruması, baxımsız qalması onların qaydalarında hələki yer alımamışdır. Odur ki, idarə olaraq həmin protokolla bağlı qərar qəbul edib imtina etmişlər. Əgər pislik etmək istəmiş olsaydılar o zaman vətəndaşı üzərinə getmiş olardılar. Çünki vətəndaş alıb, əkib, əkinə görə öz subsidiyasını almalıdır ki, alıb. Növbəti etapda prokurorluqda nə baş verib, necə olub, nə formada izahat verib onun üzərindən Kənd Təsərrüfatı Nazirliyinə yenidən dəvət olunmuş və oradada çox sərbəst şəkildə öz fikrini ifadə etmişdir, ifadə verməsində heç bir problem olmamışdır. Vəkili hansısa təziq məsələsindən danışır, onlar orada hansısa vətəndaşa niyə təziq göstərsinlər ki.? Nədirsə onu yazsın, heç bir təzyiqdən söz gedə bilməz. Özünədə bildirilmişdir öz sözləri ilə necə istəyirsə o formadada izahat verə biləcəkdir. Oda öz sözləri ilədə izahatını yazmışdır, o izahat əsasında da protokol tərtib etmişlər. İndidə vətəndaş qeyd edir ki, 62000 manat yox 6200 manatlıq gübrə satmışlar. Ümumiyyətlə ayrılan gübrə satıla bilməz, heç bir manatıda. Gübrədən başqa kənara istifadə oluna bilməz, çünki onun 25 faizi nağıd hissəsi vardır, 75 faizi isə qeyri nağd hissəsi vardır. Həmin pulla göbrə alına bilər, dərman alına bilər, persis ala bilər. Onu satıb ağac ala bilməz, qaydalarda belə bir hal yoxdur. Nə izahat veribsə onun əsasında protokol tərtib olunmuşdur. Əgər demiş olsaydı satmamışam, o zaman ona uyğun protokol tərtib olunmuş olardı. Qanunla nəzərdə tutulmuş fermer təsərrüfatı üçün nəzərdə tutulmuş gübrəsin satdığı üçün, hansı ki, özləridə bunu etiraf edərək gah müəyyən bir hissəsini satdıqlarını, gah az bir hissəsini satdıqlarını öz dilləri ilə demişlər, lakin sonda heç bir fərqinin olmadığını görmüşlər, çünki verilmiş subsidiyanın bir manatının belə satılması qanuna ziddir. Bu səbəbdən də sonda Azərbaycan dilini başa düşmədiklərini dedilər ki, bu absurtdur, çünki şəxs yetərincə Azərbaycan dilində başa düşür, bəlkədə heç rus dilində o qədər başa düşmür nəinki Azərbaycan dilində. Eləcədə verilmiş subsidiya məbləğini vətəndaş istəsədə belə hamısını 7.2 hektar torpaq sahəsində salmış olduğu bağ sahəsinə istifadə edə bilməzdi, mütləq həmin gübrədən artıq qalmış olardı. Məhkəmədən verilmiş şikayətin əsassız olduğunu nəzərə alıb şikayətin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2ci maddəsinə əsasən X12 fermer hesabına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etmədiyi üçün vurulmuş ziyanın (83520) iki misli miqdarında 167040 (yüz altmış yeddi min qırx AZN) cərimə edilmişdir. X4 Rayon Prokurorluğunda vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, “Fərdi təsərrüfatla məşğul oluram. O cümlədən fərdi qaydada heyvandarlıq və əkinçiliklə məşğul oluram. Hansı məsələ ilə əlaqədar izahatımın alınması mənə aydındır. Bildirmək istəyirəm ki, Masallı rayonu Sığdaş kəndində ailəmizə məxsus 1 ha ərazidə mandarin bağı vardır. Həmin bağdan yaxşı məhsul götürmək mümkün olduğundan 2022-ci ildən Masallı rayonu Kolatan bələdiyyəsinə məxsus 7.2 ha torpaq sahəsində intensiv limon bağı salmaq qərarına gəldim. Qeyd etmək istəyirəm ki, həmin torpaq sahəsi əvvəllər də ailə üzvlərimin faktiki istifadəsində olmuşdur. Lakin həmin torpaq sahəsi Masallı rayonu Kolatan bələdiyyəsinin mülkiyyətində olmuş, sadəcə olaraq həmin ərazi mənim və ailə üzvlərim tərəfindən ot biçini üçün istifadə edilmişdir. Buna görə də, 2022-ci ildə həmin torpaq sahəsinin mənim tərəfimdən icarəyə götürülməsi üçün Kolatan bələdiyyəsinə müraciət etdim. Bundan sonra həmin torpaq sahəsinin sənədləşmə işləri başlandı və xx.xx.2024-cü il tarixdə həmin torpaq sahəsinin Kolatan bələdiyyəsinin mülkiyyətində olmasına dair çıxarış əldə edildi. Bundan sonra mən 2023-cü ilin noyabr ayında suvarma, gübrələmə işləri apardım və həmin ərazidə 6000 ədəd ting əkdim. Həmin tingləri Lənkəran rayonundan, dayım Lənkəran rayonu Türkəkaran kənd sakini olan Qafur Bağırovun tanışından hər ting üçün 3.5 manat (üç manat əlli qəpik) məbləğində olmaqla ümumilikdə 6000 ədəd tingə görə 21000 manat məbləğində pul verdim. Həmin tinglər tanımadığı fəhlələr tərəfindən hər ting üçün 2 manat məbləğində zəhmət haqqı hesablanmaqla 12000 manat məbləğində pul verdim. Bundan başqa ərazidə olan tingləri soyuqdan qorumaq üçün kisələr almaq, suvarma sistemini qurmaq üçün, o cümlədən gübrə üçün ümumilikdə 15000 manata yaxın pul verdim. Bundan sonra subsidiya almaq üçün müraciət etdim və xx.xx.2023-cü il tarixdə bağ salmağımla bağlı bəyan etdim. Qeyd edilən bəyan əsasında 2023-cü ilin dekabr ayında Kənd Təsərrüfatı Nazirliyinin AKİA-dan əməkdaşlar və Masallı DAİM-nin müdiri Seymur Nuriyev həmin əraziyə gəldi. Lakin əkin qaydasının düzgün aparılmaması, o cümlədən torpaq sahəsinin sənədlərinin düzgün olmaması səbəbindən mənə subsidiya ayrılmadı. Bundan başqa 2024-cü ilin yanvar ayında həmin ərazini su basdı, bununla da ərazidə salınmış intensiv limon bağı məhv oldu. Daha sonra mən uğurlu nəticə əldə edəcəyimi fikirləşərək yenidən 2024-cü ilin mart ayında həmin ərazidə intensiv limon bağı saldım. Həmin vaxtadək isə hərracda iştirak edərək Kolatan bələdiyyəsinin mülkiyyətində olan, o cümlədən mənim bağ salmaq istədiyim ərazini illik 1350 manat pul müqabilində, 15 il müddətinə icarəyə götürdüm, bu barədə xx.xx.2024-cü il tarixdə müqavilə bağlandı. Daha sonra yenidən subsidiya üçün müraciət etdim. Müraciətim üzrə 2024-cü ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin AKİA-dan nümayəndələr və Masallı DAİM-nin müdiri Seymur Nuriyev həmin əraziyə gəldilər, baxış keçirərək getdilər. Qeyd edilən vaxtdan bir müddət sonra əmim Əhliman Əliyev mənə Seymur Nuriyevin subsidiyanın köçürülməsi üçün rəy verilməsi müqabilində 20000 manat məbləğində pul tələb etməsini bildirmiş, əks təqdirdə Seymur Nuriyevin subsidiyanın verilməsinə mane olacağını demişdir. Bundan başqa Əhliman mənə subsidiya məbləğinin yüklənəcəyi plastik kartın onun deyəcəyi şəxs tərəfindən bankdan götürülməsi üçün etibarnamə verməyimi, daha sonra isə onun dediyi vaxtda etibarnaməni ləğv etməyimi dedi. Qeyd edilən söhbətdən bir neçə gün sonra, xx.xx.2024-cü il tarixdə Seymur Nuriyev mənə zəng etdi və Masallı şəhərində yerləşən ASAN xidmətə getməyimi dedi. Mən həmin telefon danışığından sonra mən həmin yerə getdim. Həmin vaxt orada Seymur Nuriyev əvvəllər heç vaxt görmədiyim bir şəxslə idi. Seymur Nuriyev həmin şəxsi mənə göstərdi və adının X16 olmasını, həmin plastik kartın onun tərəfindən götürülməsi üçün həmin şəxsə etibarnamə verməyimi, hər şeyi əmimlə danışdığını dedi. Bundan sonra mən həmin şəxsə etibarnamə verdim. Qeyd edilən hadisədən təxminən 2 ay sonra mən həmin etibarnaməni ləğv etdim. Lakin bu barədə Seymur Nuriyevə heç nə demədim, yalnız əmim Əhlimana bu barədə dedim. Bir neçə gün sonra “Birbank” mobil tətbiqinə gələn bildirişdən sonra bildim ki, subsidiya kartım gəlmişdir. Buna görə də "xxxx" ASC-nə getdim. Həmin tarixi dəqiq xatırlamıram. Həmin vaxt Seymur Nuriyev də orada idi. Bundan sonra mən onunla görüşdüm və Seymur Nuriyev kartın alınması üçün gəldiyini, kartı aldıqdan sonra kartla işinin olacağını, bu barədə artıq əmimlə danışdığını dedi. Mən onun kartı götürdükdən sonra içərisindən pulu çıxaracağını, ya da həmin kartı vermək üçün pul tələb edəcəyini bildiyimdən bu barədə açıq şəkildə əmimlə onun arasında olan söhbətin mənə dəxlinin olmadığını, kartı özüm götürəcəyimi dedim. Əvvəlcə Seymur heç bir şey demədi və mənimlə birlikdə kartı almaq üçün bank əməkdaşına yaxınlaşdı. Bank əməkdaşı kartı mənə təqdim etmək istəyəndə Seymur Nuriyev həmin kartı onun əlindən alaraq bayıra qaçdı. Mən onun dalınca getmədim, bu barədə əmimə xəbər verdim, polisə şikayət edəcəyimi dedim. Əmim narahat olmamağımı, Seymurla danışacağını dedi. Bundan bir qədər sonra Seymur idarə etdiyi avtomobillə geri qayıtdı, kartı mənə geri verdi, əmimlə razılaşmasının olduğunu, bu məsələnin mənə aidiyyəti olmadığını dedi. Bundan sonra mən 5103 0718 0323 4190 nömrəli "xxxx" ASC-nə məxsus fermer kartını əldə etdikdən sonra 20880 manat məbləğində pul vəsaitini nağd şəkildə bankomatdan əldə etdim, qalan 62640 manat dəyərində gübrə alınması üçün verilmiş pul vəsai 30 020, 60 (otuz min iyirmi manat altmış qəpik) manatlıq hissəsi ilə “Agro-point” adlı şirkətdən həmin kart məlumatlarını telefonla göndərməklə “NPK 16-16-16/minudobreniya - 25 kq” adlı göbrədən 40 900 kq aldım və həmin gübrəni Cəlilabad şəhərinə gətizdirdim. Daha sonra həmin gübrəni aldığım qiymətdən Cəlilabad bazarında ayrı-ayrı şəxslərə pərakəndə şəkildə satdım. Bundan sonra adını hazırda xatırlamadığım gübrə şirkətindən qalan vəsaiti verməklə 1165 kisə Azot-silitra adlı gübrə aldım, həmin gübrəni də Cəlilabad bazarında satışa çıxararaq satdım. Bundan sonra Subsidiya kartından əldə etdiyim bütün pul vəsaitlərini nağdılaşdıra bildim və həmin pul vəsaitlərini bağın salınması üçün borc pul götürdüyüm bibim oğlu Ramikə qaytardım. 2024-cü ilin avqust ayında həmin intensiv limon bağı təbii səbəblərdən məhv olmağa başladı. Zəruri tədbirlər görməyimə baxmayaraq həmin bağ məhv oldu. Hazırda həmin bağın bərpa edilməsi istiqamətində işlər aparıram, qısa müddət ərzində bağı bərpa edəcəm”. X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vermiş olduğu və əl yazısı ilə yazdığı xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, “Masallı rayon Kolatan kənd Bələdiyyəsi tərəfindən Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən 7.2 hektar torpaq sahəsini icarəyə götürdüm. Həmin sahədə 2024-cü ilin yanvar ayında limon bağı saldım. Yanvar ayının sonlarında bəyan vermək məqsədi ilə Masallı DAİM-ə yaxınlaşdım. DAİM direktoru Seymur müəllim tərəfindən bəyan verildi. DAİM direktoru Seymur müəllim və DAİM əməkdaşları tərəfindən bağıma baxış keçirilən zaman ağacları düzgün əkmədiyim, su sistemini düzgün çəkmədiyim səbəbiylə mənə xəbərdarlıq etdilər. 2024-cü ilin fevral ayında yağan güclü yağış səbəbilə bağım yandı. Buna görə 2024-cü ilin mart ayında yenidən limon əktim. Yenidən bəyan vermək üçün DAİM-ə yaxınlaşdım. Seymur müəllim enyi qaydada bəyanı daxil etdi. 2024-cü ilin 7 may tarixində AKİA əməkdaşı tərəfindən və 13 may tarixində DAİM əməkdaşı tərəfindən bağ monitoring olunub və hər hansı çatışmazlıq müəyyən edilməmişti. Masallı DAİM-in direktoru X21 ilə birlikdə DAİM-in sürücüsü X8 iştirakı və xəbəri olmadan ona məxsus şəxsiyyət vəsiqəsinin surəti ilə xx.xx.2024-cü il tarixində E.Ə.X19 ASAN xidmət mərkəzində etibarnamə vermişəm. E.Ə.Mənsimova etibarnamə verməyimin səbəbi subsidiya kartını götürərək Seymur Nuriyevə versin. Daha sonra Seymur Nuriyev mənə təqdim etsin. Subsidiya kartımın Seymur Nuriyev tərəfindən götürülməyi istəməyimin səbəbi Bakı şəhərinə işlə əlaqədar getməyim olub. Lakin iyul ayında ləğv elədim. Daha sonra iyul sonunda (dəqiq tarixi xatırlamıram) Kapital Bankdan subsidiya kartımı götürmüşəm. Kartı bankdan götürdüyüm gün subsidiyanın nağdlaşdırılan hissəsini (20.000) iyirmi min kassadan götürmüşəm. Subsidiyanın geri qalan nağdlaşdırılmayan hissəsilə adını bilmədiyim və telefonu internete götürdüyüm şirkətən telefon vasitəsiylə sifariş etmişəm, çəkisini dəqiq xatırlamıram göbrələr tam xarıtlamıram (qırmızı və natri xlor). Aldığım göbrələri sataraq bağa çəkdiyim xərclərə görə borclarımı vermişəm. 2024-cü ilin avqust ayında havalar isti keçdiyinə görə bağım və ağaclar yandı. 5-15 oktyabr tarixlərində ləğv eləmişəm bağımı və şumlamışam. 2024-cü il 19 avqust və 11-13 sentyabır tarixlərində bağımda olan tinqlər quruduqdan sonra Masallı DAİM-in əməkdaşları bağıma baxış keçirmiş aktlaşdırmışdır. Həmin tarixlərdə mənimdə iştirak etməyim və akta imza atmağım birdirilsədə Bakı şəhərində olduğumçün iştrak edə bilməmişəm. Masallı DAİM direktoru X3 almağıma köməklik edilməsi və ya digər hər hansı məqsədlə pul təklif etməmişəm. S.Nuriyev məndən pul tələb etməyib və verməmişəm. əlavə olaraq bildirirəm ki, Masallı rayon prokurorluğunda X14 icarəyə götürdüyüm 7.2 salınmış intensiv limon bağına görə subsidiya vəsaitimi verilməsi üçün keçirilmiş baxışlara dair müvafiq rəyin verilməsi müqabilində və digər hər hansı məqsədlə 20.000 (iyirmi min) manat tələb etdiyini bildirməmişəm və ya yazılı izahatımda qeyid etməmişəm. Mən verilən suallara cavab olaraq bildirirəm ki, bağı saldığım və ondan sonraki müdət ərzində bağa hansı göbrələri və ya dərmanları verdiyimi bilmirəm”. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 175C-24 nömrəi material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir: Məhkəmə araşdırılması zamanı tərəflərin izahatları, təqdim olunmuş sənədlərdən və tədqiq olunmuş 175C-24 nömrəli materialla müəyyən edilir ki, X4 rayonu, Kolatan bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 7.2 hektar torpaq sahəsini icarəyə götürmüş və həmin torpaq sahəsində limon tingləri əkərək bağ salmışdır. Daha sonra subsidiya ayrılması ilə əlaqədar limon əkini barədə "Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil etdiyi məlumatlara əsasən Agentlik tərəfindən xx.xx.2024-cü il tarixində həmin əkin sahəsinə baxış keçirilmiş, bağın tələb olunan normalara uyğun olduğu müəyyən edilmiş və nəticə aktlaşdırılaraq xx.xx.2024-cü il tarixində EKTlS-ə daxil edilmişdir. xx.xx.2024-cü il tarixində X27 inkişaf Mərkəzi (DAİM) tərəfindən həmin sahəyə yenidən baxış keçirilmiş, bağın tələb olunan normalara uyğun olduğu müəyyən olunmuş və nəticə aktlaşdırılaraq həmin tarixdə EKTlS-ə daxil edilmişdir. Bundan sonra X9 83570 AZN subsidiya vəsaiti ayrılmış və xx.xx.2024-cü il tarixdə həmin subsidiya vəsaiti E.A.Həbibzadənin fermer kartına ödənilmişdir. Sonradan həmin bağda monitorinq keçirilmiş və bağın aqro-texniki və fitosanitar tədbirləri vaxtında, düzgün həyata keçirilmədiyi, nəticədə bağın yararsız vəziyyətə düşdüyü və 4680 ədəd limon tinglərinin tamamilə quruduğu müşahidə edilmişdir. Agentlik tərəfindən bir müddət sonra yenidən həmin bağa baxış keçirilən zaman bağ sahəsinin şumlandığı müəyyən edilmişdir. Masallı rayonu, Xanalion kənd sakini X1 rayonu Sığdaş bələdiyyəsinin sədri X10 Masallı rayonu Kolatan bələdiyyəsinə məxsus torpaq sahəsini icarəyə götürməklə həmin torpaq sahəsində intensiv limon bağı salması və qeyd edilən bağ sahəsinə görə 83 000 manat məbləğində subsidiya alması ilə bağlı Masallı rayon prokurorluğuna müraciət etmiş və həmin şikayət əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, X9 ayrılmış 83570 AZN subsidiya vəsaitini təyinatı üzrə istifadə etməmiş, belə ki, ayrılmış subsidiya vəsaitinin bir hissəsini nağd şəkildə, digər hissənini isə gübrə məhsulları alıb və həmin gübrələri sataraq pul əldə etmişdir. Həmçinin verilmiş şikayətdə və şikayətçi tərəfin (vəkili) məhkəmə iclasında verdiyi izahatda 6200 manat dəyərində olan gübrə artıq qaldığından X7 başqa fermer dostuna satdığını, əvəzində pul yox, əkdiyi limon ağaclarından yananların yerinə təzə ağaclar alaraq yerinə əkdiyini qeyd etmişdir. Eləcədə şikayətçi tərəf verilmiş şikayətdə və izahatlarında ayrılmış subsidiya vəsaitini təyinatı üzrə istifadə etdiklərini bildirmiş olsalar da, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər şübut təqdim edə bilməmişlər. Bundan başqa şikayət verən şəxsin və onun nümayəndəsinin şikayətdə və izahatlarında qərarın ləğv olunması kimi göstərdikəri əsaslardan biri - şikayətçinin Azərbaycan dilində yaxşı bilməməsi, istəsədə, tələb etsədə belə ona tərcüməçi təyin olunmaması ilə bağlı məhkəmə bildirir ki, şikayətçi Azərbaycan dilində yaxşı bilməməsi, Rusiya Federasiyasında yaşaması, təhsilini Rusiya Federasiyasında alması və ya rus dilində təhsil alması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Bundan başqa şikayət verən şəxsin və onun nümayəndəsinin şikayətdə və izahatlarında qərarın ləğv olunması kimi göstərdikəri əsaslardan digər - şikayətçinin rayon prokurorluğunda və Kənd Təsərrüfatı Nazirliyində izhatın alınarkən ona təzyiq və təsir göstərilməsi və izahatları təzyiq və təsir altında ona diktə olunmaqla alınması ilə bağlı məhkəmə qeyd edir ki, şikayətçi göstərdiyi bu xüsusatlarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eləcədə həmin xüsusatlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 411-2-ci maddəsinə əsasən Fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir, ona görə də xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X11 və qiymətləndirmə şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar