Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2272/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq faizlə pul verib 510 (beş yüz on) manat gəlir əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından və onun tərəfindən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından barəsində olan inzibati materiala onun iştirakı olmadan da baxıla bilər. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanılması rədd edilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında 04 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolu, həmin tarixli DVX 000825 saylı aktı və materiala əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 150-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində əldə edilmiş 510 (beş yüz on) manat gəlirin iki misli miqdarında, yəni 1020 (bir min iyirmi) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-2272/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2272/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver