Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2274/2025 24.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X9 Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 24 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Vəlişov X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X10 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin icraatına daxil olmuş xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başanılması haqqında qərar qəbul edilmişdir. Borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, Şəxs icra sənədi üzrə borcundan ödənişlər etməsinə baxmayaraq, ödənişləri tam şəkildə icra etmədiyindən, hazırda icra sənədi üzrə 1410 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Borclunun əmlak vəziyəti və gəlirlərinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun "xxxx" MMC-də işləməsi müəyyən edilsə də, lakin əldə edilmiş məlumata əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edildiyi məlum olmuşdur. Bundan sonra borclu Şəxs icra sənədi üzrə borcundan tam şəkildə ödənişlər etməmişdir. X2 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədindən məlumatlıdır. Əvvəllər işləməklə icra sənədi üzrə borcundan hər ay ödənişlər etmiş, sonuncu dəfə 07 oktyabr 2025-ci il tarixdə 50 manat, 20 oktyabr 2025-ci il tarixdə isə 100 manat ödəniş etmişdir. Həmin ödəniş qəbzlərinin fotoşəkillərini icra məmuru Bəhruz İbayevə göndərmişdir. Barəsində axtarış qərarı qəbul edilməsinıə baxmayaraq, bir neçə dəfə icra məmurunun çağırışlarına gəlmiş, hər dəfə də tam olmasa da müəyyən məbləğlərdə ödənişlər etmişdir. Lakin, borcundan hər ay icra sənədi üzrə ödənilməli olan 200 manat aliment borcunu tam şəkildə ödəyə bilmədiyindən 1300 manat borcu yaranmışdır. Barəsində tərtib edilmiş protokolda onun qalan aliment borcunun səhv olaraq 1410 manat göstərilmişdir. Tələbkar özü də təsdiq edə bilər ki, hazırda ona 1300 manat aliment borcu vardır. Hazırda heç bir yerdə işləmədiyindən icra sənədinin icrasını tam təmin etmək iqtidarında deyildir. İcra sənədinin icrasından yayınmaq niyyəti yoxdur, maddi imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. İkinci dəfə ailə həyatı qurmuş, ikinci nikahdan da himayəsində bir azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir, lakin ailəsinin təminatını ödəməyə çətinlik çəkir. Hazırda icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməsə də, ona vaxt veriləcəyi təqdirdə istifadəsində olan avtomobili sataraq bir həftə ərzində aliment borcunu tələbkara tam şəkildə ödəyəcinə söz verir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onunla telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. O işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, bildirmişdir ki, borclu hər ay borcundan müəyyən qisimdə ödənişlər etsə də, icra sənədi üzrə 1300 manat ödənilməmiş aliment borcu yaranmışdır. Himayəsindəki uşaq xəstə olduğundan müalicə olunması üçün maddi imkanı yoxdur. Heç bir yerdə işləmədiyindən uşağını saxlamaqda çətinlik çəkir. İcra sənədi üzrə, borcunu tam şəkildə tələb edir. Ödənilmədiyi təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ciddi tədbirlər görülməsini xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədindən görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin məbləğ Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək X4 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə bildirişindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin sabiq icra məmuru İlkin Həsənov tərəfindən borclu X12 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün bildiriş borclu şəxsə təqdim edilmiş, borclu həmin bildirişi almasını ilə bağlı qeydlər apararaq imzalamışdır. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs icra çağırışlarından yayındığına görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində icra məmuru tərəfindən axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tərəfindən X2nın bank hesabına xx.xx.2024-cü il tarixli, 2(050)-651/2024 saylı icra sənədi üzrə demək olar ki, hər ay müəyyən qisimdə 50 və ya 100 manat ödənişlər edilmiş, sonuncu dəfə 07 oktyabr 2025-ci il tarixdə 50 manat, 20 oktyabr 2025-ci il tarixdə isə 100 manat məbləğlərində ödənişlər edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs icra sənədi üzrə aliment borcundan hər ay müəyyən məbləğlərdə ödənişlər etmiş, sonuncu dəfə borcundan 2025-ci ilin oktyabr ayınının 7 və 20-si tarixlərində cəmi 150 manat ödəniş etmiş, ödəniş barədə qəbzlərin fotoşəkillərini icra məmuruna göndərmişdir. Məhkəmə iclasında tələbkarla aparılan telefon danışığı zamanı inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılarkən borclu tərəfindən mütəmadi ödənişlər edilməsini etiraf etmiş, sonuncu dəfə ona 2025-ci ilin oktyabr ayında ödənişlər edildiyini təsdiq etmiş, hazırda borclunun ödənilməmiş 1300 manat aliment borcunun qaldığını bildirmişdir. İcra məmuru tərtib etdiyi protokolda borclunun 1410 manat borcunun olması ilə bağlı səhv qeydlər aparmış, əslində borclunun 1300 manat borcunun qaldığı tələbkarın telefonla danışı zamanı da təsdiq edilmişdir. İcra sənədi üzrə borclu bir həftə ərzində qalıq borcunu tələbkara ödəyəci barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Göründüyü kimi qeyd edilən maddənin məzmununa əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs borcundan hər ay müəyyən məbləğlərdə ödənişlər etməsini, hazırda da qalıq aliment borcunu ödəmək fikrində olduğunu nəzərə alaraq hesab edir ki, onun icra sənədinin icrasından qəsdən boyun qaçırmaq niyyəti olmadığından borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2274/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2274/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver