Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-228/2023 15.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1992-ci ildə Masallı rayonu Yeyənkənd kəndində doğulmuş, Masallı rayonu Yeyənkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 27 oktyabr 2022-ci il tarixdə Masallı şəhəri 20 yanvar küçəsində yerləşən X2 məxsus 45 manat dəyərində olan dəmir qapını çəkiclə vurub sındırmışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkən şəxs X4 mübahisəli şəxs X1 arvadıdır. Belə ki, X5 ilə arasında uzun müddətdir ki qanunsuz tikili, torpaq sahəsinin zəbt edilməsi və yol mübahisələrinə dair iddiaları vardır. 27 oktyabr 2022-ci il tarixdə X5 ilə arasında mübahisə olmuşdur. Bu zaman o əsəbləşərək X2 məxsus 45 manat dəyərində olan dəmir qapını çəkiclə vuraraq sındırmışdır. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi Tofiq Abiyev tərəfindən tərtib olunmuş 29 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 27 oktyabr 2022-ci il tarixdə Masallı şəhəri 20 yanvar küçəsində yerləşən X2 məxsus 45 manat dəyərində olan dəmir qapını çəkiclə vurub sındırmışdır. İşə əlavə olunmuş Masallı RPŞ-in İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı Elturan Eminbəyli tərəfindən tərtib edilmiş 05 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi həmin məcəllənin 221.1-ci maddəsinə tövsif olunması, qərarın təsviri hissəsinə göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası CM-in 221.1-cü maddəsi ilə ittiham elan edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının CM-in 134-cü maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının CM-in 186.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxsun əməlində Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinin təkib əlamətləri olmadığından həmin xüsusat üzrə ona ittiham elan edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Masallı rayon polis şöbəsinin İTB-nə göndərilməsi, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu, əməliyyat tapşırığının cavabı və iş üzrə toplanmış digər istintaq materialları ********* nömrəli cinayət işi üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, 29 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 05 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın iki misli həcmində, yəni 90 (doxsan) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-228/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-228/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver