Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-228/2025 17.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X10 Yanğın Nəzarəti İdarəsinin inspektoru X2, barəsində icraat aparılan «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-nin nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanı olan (VÖEN **********) «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında 14 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 14 yanvar 2025-ci il tarixdə Masallı rayonu Qızılağac kəndində yerləşən «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-yə məxsus həkim məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı tərtib olunmuş yanğın-texniki müayinə aktında qeyd olunan pozuntular (binanın elektrik naqillərinin izoliyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı) aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X10 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X6 bildirdi ki, həmin həkim məntəqəsində bir çox nöqsanlar olmuşdur. Belə ki, Obyektin elektrik naqillərinin izolyasiya qatının gərginliyə qarşı müqaviməti yoxlanılmamış, obyekt avtomatik yanğın xəbərverici səs siqnalizasiya sistemi ilə təmin edilməmiş, yanğın söndürülməsi üçün nəzərdə tutulmuş balonlar yenisi ilə əvəz olunmamış və sairə. Bu səbəbdən həmin həkim məntəqəsində olan nöqsanlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Barəsində icraat aparılan «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-nin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, protokolla razıdırlar. Belə ki, müəyyən həkim məntəqələri vardır ki, artıq köhnəlmişlər və elektrik məsələləridə həll olunmamışdır. Bu məsələlərlə bağlı müvafiq tədbirlər görüləcəkdir. Protokol yazıldıqdan sonra artıq tədbirlər görüb nöqsanları aradan qaldırırlar. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğı Nəzarəti Xidməti X10 X5 inspektoru X6 tərəfindən tərtib edilmiş 14 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə Masallı rayonu Qızılağac kəndində yerləşən «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-yə məxsus həkim məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı tərtib olunmuş yanğın-texniki müayinə aktında qeyd olunan pozuntular aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsi tərəfindən yanğın-texniki müayinənin aparılması haqqında 28 dekabr 2024-cü il tarixli, 0225 nömrəli qərardan görünür ki, Masallı rayonu Qızılağac kəndində yerləşən «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞdə planlı (növbəti) yoxlama məqsədi ilə, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Cənub RDYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət leytenantı X12, daxili xidmət leytenantı X4 və Cənub RDYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru X8 tərəfindən planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli, KY252263590 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-yə məxsus Masallı rayonu Qızılağac kəndində ünvanında fəaliyyət göstərən Həkim Məntəqəsi xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində plan üzrə yanğın təhklükəsizliyi müayinəsinin aparılacağı qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarının tərtib etdiyi 14 yanvar 2025-ci il tarixli, 0225 yoxlama aktından görünür ki, yoxlama aparılması haqqında 28 dekabr 2024-cü il tarixli, 0225 nömrəli qərara əsasən Masallı rayonu Qızılağac kəndi ünvanında yerləşən «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-yə məxsus obyektə baxış keçirilərkən müəyyən edildi ki, obyekt elektrik naqillərinin izaliyasiya qatının gərginliyə qarşı müqaviməti yoxlanılmamış, obyekt avtomatik yanğın xəbərverici səs siqnalizasiya sistemi ilə təmin edilməmiş, çardağın taxta konstruksiyaları da davamlı məhlulla hopdırılmamış və otaqların daxili yanğın təhlükəsizliyi qaydalarına uyğun saxlanılmamışdır. «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-nin təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Eyni Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Eyni Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini və şərti olaraq hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Təyin edilmiş cərimə şərti tətbiq edilsin və «Masallı Rayon Məkəzi Xəstəxanası» PHŞ-yə törədilmiş hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət müəyyən edilsin, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin, əks təqdirdə nəzərdə tutulan cərimə ödənilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-228/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-228/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver