Məhkəmə qərarları › İş №3(050)-2286/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2286/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2286/2025 13.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "TALİSMAN GROUP” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 4 əmək №-li forma (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) üzrə rəsmi statistik hesabatı təqdim etmədiyinə görə barəsində 23 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Masallı rayon Statistika İdarəsində rəsmi statistika üçün zəruri olan hesabatların təqdim edilməsi vacibdir bütün fiziki və hüquqi şəxslər tərəfindən. Şəxs MMC-yə rəsmi olaraq bir neçə dəfə müraciət etmələrinə baxmayaraq, öncədən məlumat vermələrinə baxmayaraq rəsmi statistik məlumatların istehsalı üçün zəruri olan məlumatları təqdim etməmişdir. Bununla bağlı bir neçə sübutlar vardır ki, həmin sübutları məhkəməyə təqdim edir. 4 əmək hesabatında işçilərin sayı, əmək haqqı, qadın işçilərin sayı, onlara hesablanan əmək haqqın, saatların miqdarı, il ərzində daxil olan və çıxan işçilərin saylı, hansı səbəbdən daxil olub və çıxıb. Bu cür məlumatlar daxil olur və buda rayon üzrə naminal əmək haqqının, orta aylıq əmək haqqının hesablanma sisteminin pozulmasına gətirib çıxarır. Rayon üzrə göstəricilər sonda, həmçinin ölkə üzrə göstərici olaraq yekun olaraq təqdim olunur. Bununla bağlı bir çox məcmuələr təşkil olunur, məqalələr nəşr olunur. Lakin bunların hər biri müəssisə hesabatı təqdim etmədiyi üçün etmək mümkün olmayıb. Müəssisəyə neçə dəfə məlumat vermişlər istər elektron poçtuna, istər telefon nömrələrinə əlaqədə saxlamışlar, lakin müəssisə etinasız yanaşır hesabatı təqdim etmir. Müəssisə fəaliyyətdədir, lakin hesabatlarını təqdim etməkdən imtina edir. Məhkəmədən İXM-nə əsasən həmin müəssisənin cərimə olunmasını xahiş etdi. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, 4-əmək №-li forma (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) üzrə məlumatların cari ilin oktyabr ayının 18-dən gec olmayaraq elektron və ya asan imzadan istifadə etməklə təqdim olunması ilə bağlı statistik hesabat təqdim edən məsul əməkdaşına tapşırıq verilməsi xahiş edilmişdir. Həmçinin Şəxs MMCyə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatlar təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə və ya təhrif edilərək təqdim edildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər barəsində 300 manatdan 500 manatadək məbləğdə inzibati cərimə edilməsi bağlı xəbərdarlıq edilmişdir. “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin qanunun 26-cı maddəsinə əsasən Statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin qanunun 27-ci maddəsinə əsasən Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. Hüquqi və fiziki şəxslər statistika orqanlarına təhrif edilmiş məlumatların verilməsi və ya hesabatın təqdim edilməsi müddətlərinin pozulması nəticəsində yekun hesabatlara düzəlişlər edilməsi ilə əlaqədar dəymiş ziyanı müəyyən edilmiş qaydada müvafiq statistika orqanlarına ödəməlidirlər. Azərbaycan Respublikası İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1 -ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-ci maddəsində göstərilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrinə həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 389-cu maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə hazırki qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar