Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-229/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X10 nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə. X3 Azərbaycan Respublikasının X6 X1 MN1800532 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası X6 X1 inzibati tənbeh haqqında MN1800532 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və onun fiziki şəxs olaraq cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 X1 inzibati tənbeh haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən 1500 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun barəsində tətbiq olunmuş cərimə doğru deyildir, o, fiziki şəxs olaraq cərimə olunmalıdır. Belə ki, o, fiziki şəxsdir, onun VÖEN və fərdi sahibkar şəhadətnaməsində o, fiziki şəxs olaraq göstərilmişdir. Lakin ona vəzifəli şəxs kimi cərimə tətbiq olunmuşdur. İnzibati qərarı tərtib etmiş orqan ona şəhadətnamə vermiş, həmin şəhadətnamədə onun fəaliyyəti fiziki şəxs kimi təsbit olunmuşdur. Lakin sonradan ona vəzifəli şəxs kimi cərimə yazılmışdır. Onun VÖEN-i olması o demək deyilki o, vəzifəli şəxsdir, o, özünü çətinliklə dolandırır, maddi vəziyyəti çox ağırdır, cərimə cəzası çox ağır cəzadır və 1500 manatı o, ödəyə bilməyəcəkdir. Onun hər hansı qərar qəbul etmək səlahiyyəti yoxdur, necə olur ki, o, vəzifəli şəxs olur. O, bununla razı deyil, cərimə cəzası fiziki şəxs olaraq ona tətbiq olunmalıdır. İnzibati orqan qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. X3 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, oğluna məxsus ərzaq mağazasında Agentlik tərəfindən yoxlama aparılmış və saxlama müddəti keçmiş mallar aşkar olunmuşdur. Bu səbəbdən də oğlu vəzifəli şəxs kimi 1500 manat məbləğində cərimə olunmuşdur. Əslində isə oğlu vəzifəli şəxs deyildir və o, fiziki şəxs kimi cərimə olunmalı idi. Eləcədə cərimə cəzasını ödəməyə maddi imkanlarıda yoxdur. Şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisələndirilmiş növzuya qarşı bildirmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində qeyd edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxs sayılır. VÖEN-i mövcuddursa, dövlətə vergi ödəyirsə həmin şəxs dövlət qrumlarında rəsmiyyətdə vəzifəli şəxs qismində çıxış edir. Bu nöqteyi nəzərdən tərtib olunmuş protokol vəzifəli şəxs qismində tərtib olunmuşdur. Qərardada vəzifəli şəxlə bağlı olan maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmədən şikayətin təmin olunmamasının və Azərbaycan Respublikasının X6 X1 müvafiq qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında şikayətin qanunsuz olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan 12 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tələblərini pozduğuna görə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, LARB-25/004 nömrəli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardan görünür ki, X12 məxsus ərzaq mağazasında aparılan yoxlama zamanı “Nəfis” ə/n-lı kakaolu pryanik - 3 paket, hər biri 370 qr, s.i.t. xx.xx.2025, “Qədir Xum” ə/n pryanik- 2 paket, hər biri 700 qr (xx.xx.2025), “Ballı Qozlu” ə/n peçenye- 1 paket, çəkisi 400 qr (xx.xx.2024), “Tutku” ə/n peçenye-2 paket, hər biri 400 qr (xx.xx.2025), “İvanovka” ə/n şor- 2 ədəd, hər biri 400 qr (xx.xx.2024), “Timoni” ə/n halva- 1 ədəd, çəkisi 250 qr (xx.xx.2025), “Alpena” ə/n ayran- 1 ədəd (xx.xx.2025), “Solomka” ə/n çörək bulka məmulatı- 1 paket, çəkisi 300 qr (xx.xx.2024), “Papak” ə/n tutku peçenye- 2 paket, hər biri 200 qr (xx.xx.2024), “Dadlıca” ə/n sosislər- 3 paket, hər biri 1 kq (xx.xx.2025), “Çempion” ə/n çay-1 ədəd, 100 qr (09.2024), “Biscuit Spor” ə/n peçenye- 2 ədəd, hər biri 300 qr (tarix yoxdur), “Qədir Xum” ə/n paxlava- 1 qutu, 500 qr (xx.xx.2025), “Uraa” ə/n kurabiyə- 1 qutu, 600 qr (xx.xx.2024), “Bismak Vafli” ə/n vafli- 1 qutu, 600 qr (tarix yoxdur), “Lamonde krax” - 1 ədəd, 300 qr (tarix yoxdur), “Oxotniçya sardelka”- 1 paket (xx.xx.2025), “Bizim süfrə” ə/n mayonez- 1 ədəd (xx.xx.2024), “Prima” ə/n kolbasa- 300 qr, “Şərq şirniyyatı” ə/n karamel patoku- 3 qutu (xx.xx.2024), "Cream cheeze” ə/n pendir- 3 ədəd (xx.xx.2024), “Osmanlı servelat” ə/n kolbasa- 800 qr (xx.xx.2025), “Slivoçnıy vkus" ə/n yağ- 2 paket, hər biri 1 kq (xx.xx.2024) və “Doritos” ə/n çipsi- 3 paket, hər biri (xx.xx.2024) son istifadə müddətinin bitdiyi aşkarlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Eyni zamanda həmin maddənin Qeydinə görə: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli MN1800532 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməli və qərar qanuni hesab edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 barəsində Azərbaycan Respublikasının Qida X4-X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-229/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-229/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver