Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2296/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Masallı rayon Boradigah Bələdiyyəsinin sədri (AA*******) xx.xx.1985-ci ildə anadan olmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 27-də qeydiyyatda olan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Şəxs tərəfindən Masallı rayon Boradigah Bələdiyyəsinin 10 avqust 2025-ci il tarixli, 25 saylı iclas protokolu vaxtında təqdim edilməmişdir. Bu hərəkəti ilə Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işdə olan 10 avqust 2025-ci il tarixli, 25 saylı iclasın protokolundan görünür ki, Bələdiyyə büdcəsindən Bələdiyyə binasında istifadə olunan internetin aylıq ödənişi üçün "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli e-qaimə seriya MT2509 nömrə 10681353-ə əsasən 36(otuz altı) manat, Bələdiyyə binasında istifadə olunmuş elektrik enerjisinə görə "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixli ********* saylı hesab ödəniş vərəqinə əsasən olan borcdan 30 (otuz) manat, “X4” PHŞ-ə xx.xx.2025-ci il tarixli MT2508 12175822 saylı e-qaiməyə əsasən 6.40 manat, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Asossasiyasına bələdiyyənin üzvlük haqqından 250 (iki yüz əlli) manat, 6 saylı Ərazi Vergilər İdarəsinə DSMF üzrə əmək haqqından hesablanmış sosial ödəmədən 400 (dörd yüz) manat, X3 əmək haqqından hesablanmış işsizlik sığorta ödəməsi 20 (iyirmi) manat, İcbari Tibbi Sığorta DA-nə əmək haqqından hesablanmış icbari tibbi sığorta ödəməsi 64 (altımış dörd) manat, Bələdiyyə sədri Şəxs 500 (beş yüz) manat, sədr müavinləri X1 400 (dörd yüz) manat və X2 500 (beş yüz) manat əmək haqqı, X5 100 (bir yüz) manat maddi yardım nağdsız qaydada ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs təqsiri özünün səmimi etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2296/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2296/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver