Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-23/2025 21.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 21648670 saylı, 09 iyun 2024-cü il tarxili inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək EQ 21648670 saylı, 09 iyun 2024-cü il tarxili inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 21 fevral 2025-ci il tarixdə X3 ərizə ilə müraciət edərək şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət verən şəxs və Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 21648670 saylı, 09 iyun 2024-cü il tarxili inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-23/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-23/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver