Məhkəmə qərarları › İş №3(050)-2300/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2300/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2300/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. İşin halları və tərəflərin izahatları: Tərtib edilmiş protokola əsasən Abiyev X1 Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(106)-92/2025 saylı icra sənədində göstərilən tələbi yerinə yetirməyərək icrasını təmin etməmişdir. İcra məmuru X2 məhkəmə iclasında bildirdi ki, mübahisə predmeti olan Masallı rayonun Qəriblər kəndində yerlışən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehlər X3, X4 və Şəxs mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək qadağan edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(106)-92/2025 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməklə dərhal mübahisəli əraziyə baxış keçirilmiş, borclu Şəxs tərəfindən ərazidə tikinti işlərinin davam etdirilməsi səbəbindən yerində akt tərtib edilməklə ona xəbərdarlıq edilmişdir. Təkrarən xx.xx.2025-ci il tarixdə əraziyə baxış keçirilən zaman Şəxs tərəfindən tikinti işlərinin davam etdirilməsi müəyyən edildiyindən həmin tarixdə yenidən akt tərtib edilməklə tikinti aparılan binanın fotoşəkilləri çəkilmişdir. Borclu Şəxs məcburi icra göstərişi üzrə üzərinə qoyulmuş öhdəliyi pozduğundan, o Masallı rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs hüquqi savadı olmadığından vəkilə ehtiyacı olduğunu, icra məmurunun onu vəkillə təmin etmədiyini və barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, sənədlər natamam olduğundan material geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(106)-92/2025 saylı icra sənədi üzrə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmumuru X2 tərəfindən icraata başalamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru Bəhruz İbayev tərəfindən mübahisəli əraziyə 16 və 31 oktyabr 2025-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən tarixlərdə borclu Şəxs tərəfindən icra sənədi üzər üzərinə qoyulmuş öhdəliyin pozulması halları aşkar edilməklə akt tərtib edilsə də, lakin həmin aktı əsaslandıran sübutlar, yəni borclu tərəfindən tikinti işlərinin davam etdirilməsi faktını təsdiq edən videogörüntü və fotoşəkillər inzibati xəta materiallarına əlavə edilməmişdir. Halbuki, icra məmuru məhkəmə iclasında buna dair müvafiq sübutların olduğunu bildirmişdir. Bundan əlavə məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati icraat aparılan zaman onun hüquqları təmin edilməmiş, vəkillə təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Həmin məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında material məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar