Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2301/2023 20.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1994-cü ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 11 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhərindən yerləşən “Bakı Gecələri” adlı kafedə Masallı şəhər sakini Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bundan başqa, Şəxs 11 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhərindən yerləşən “Bakı Gecələri” adlı kafedə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, Masallı şəhəri, Dadva küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-in 102 ximdəti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə yazaraq həmin tarixdə saat 21 radələrində Masallışəhərində yerləşən Bakı gecələri adlanan kafedə Kamran adlkı şəxs tərəfindən təhqir olunaraq döyülməsi barədə məlumat vermiş və və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 11,12.2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhərində yerləşən “Bakı Gecələri” kafesində Şəxs Masallı şəhəri, Dadva-1 küçəsində yaşayan Zərərçəkmiş şəxs döyərək sonuncuya başın ənsə nahiyəsinin sol yarısında cızıqla nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmçinin kafedə X3, X7 və X4 və kafedə olan digər şəxslərin çoxsaylı təkidlərinə baxmayaraq, hüquqazidd əməllərini davam etdirərək ünvansız söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə və ətrafda olan şəxslərə açıqca hörmətsizlik nümayiş etdirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işi başlanması rədd edilmiş, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələrinin tərkibi olduğundan barəsində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Göstərilən səbəblərdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddədləri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhərində yerləşən “Bakı Gecələri” adlı kafedə istirahət etmişdir. Həmin vaxt əvvəllər tanıdığı Zərərçəkmiş şəxs kafeyə gəlmiş, digər şəxslərə salam vermiş, ona isə salam verməmişdir. O, Rahidi qolundan tutaraq çölə aparıb, ondan nə üçün incikli olmasını aydınlaşdırmaq istəmişdir. Bu zaman Rahid ehtiyatsızlıqdan şüşəyə dəymiş və şüşüə sınmışdır. Rahidi vurmamışdır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Masallı şəhərində yerləşən “Bakı Gecələri” kafesinə getmişdir. Kafeyə yenicə getmişdir ki, Kamran sərxoş vəziyyətdə yaxınlaşıb onunla salamlaşmaq istəmiş, o, Kamrana tüfeyli həyat tərzi keçirdiyini, ondan uzaq durmasını, ünsiyyət saxlamaq istəmədiyini dedikdə Kamran üzərinə hücum çəkib sifətinə bir neçə dəfə sillə vurduqdan sonra yaxasından tutub onu qəsdən kafenin şüşə qapısına çırpdığı üçün şüşə sınmış və şüşə ilə birgə kafenin çölünə yıxılmışdır, daha sonra kafedə olan Nuranə, Zərnişan və Gülşən yaxınlaşıb onları sakitləşdirmiş və onu Kamranın əlindən almışlar. Kamran onun polisə zəng etdiyini görüb qaçaraq oradan uzaqlaşmış, o, da döyüldüyü üçün yaşadığı ünvana zəng edib DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib və Masallı RPŞ-yə ərizə yazaraq şikayət etmişdir. Mübahisə 10-15 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı kafedə Nuranə Əliyeva, Gülşən və Zərnişan adlı qadın və tanımadığı digər şəxslər olmuşdur. Sonda Zərərçəkmiş şəxs Şəxs barışmadığını, onun barəsində qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157 və 510-cu maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı ifadələri alınmış X3, X7 və X1 Rahid Səmid oğlu ilə eyni məzmunlu izahat verərək onun ifadəsində göstərdiyi xüsusatları ifadələrində təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və X5 Publik Hüquqi şəxsin MTE və PAB-nin Masallı rayon şöbəsinin 12 dekabr 2023-cü il tarixli, 1182 saylı ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin sol yarısında cızıq müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər sivri uclu və ya kəsici əşyanın müvafiq nahiyəyə yüngül təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 11 dekabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərarvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə MN 1852181nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan Şəxs əlllik dərəcəsinin yoxlanılması barədə VMAS-dan daxil olmuş xx.xx.2023-cü il tarixli yoxlama nəticəsindən görünür ki, o, Şəxs əlilliyi aşkar olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş şəxin, zərərçəkmiş şəxsin, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspert rəyi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 20 dekabr 2023-cü il tarixdən saat 14:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-2301/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2301/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver