Məhkəmə qərarları › İş №3(050)-2301/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2301/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2301/2025 04.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1992-ci ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs Masallı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2 (050)-3870/2023 saylı və 20 fevral 2024-cü il tarixli, 2 (050)-184/2024 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Masallı rayon İcra və Probasiya Şöbəsinin məmuru X5 izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2 (050)- 3870/2023 saylı icra sənədinə əsasən 24 oktyabr 2023-cü il tarixdən başlayaraq Şəxs 16 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Həmçinin 20 fevral 2024-cü il tarixli, 2 (050)-184/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs cehiz əşyaları və qızıl zinət əşyaları və ya onların dəyərinin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Qeyd olunan icra vərəqələri Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkarlara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyib məhkəmə qərarlarının icrasını tam təmin etməyərək üzərində olan borcunu ödəməmişdir. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment borcundan cəmi 300 manat pul ödəmişdir. Hazırda borclunun tələbkara aliment borcu üzrə 4020 manat və cehiz əmlakları və qızıl-zinət əşyalarına görə 6835 manat borcu vardır. Göründüyü kimi borclu icra vərəqələrinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun tələbkarın tələb etdiyi məbləğdə borcu yoxdur. Belə ki, tələbkarın tələb etdiyi cehiz əmlakları və qızıl-zinət əşyalarından yalnız paltar səbəti, xalça və qızıl komplekti dəsti qalmışdır. Həmin əmlakların da pulunu tez bir zamanda ödəyəcəkdir. Qeyd edilən aliment borcundan isə ümumilikdə 800 manat ödəmişdir. Həmçinin məhkəmə qərarından sonra tələbkarla barışaraq təxminən bir il birlikdə yaşamışlar. Lakin buna baxmayaraq həmin müddət aliment borcundan çıxılmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahatında göstərdi ki, məhkəmə qərarlarına əsasən borclu Şəxs tələbkara aliment borcuna görə 4020 manat və cehiz əmlakları və qızıl-zinət əşyalarına görə 6835 manat borcu vardır. Borclu Şəxs icra vərəqələrinə əsasən tələbkara qalan borcunu ödəməkdən yayınır. Borcludan dəfələrlə borcunu tam ödəməsini tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 04 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 noyabr 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar