Məhkəmə qərarları › İş №3(050)-2302/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2302/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2302/2025 05.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonu Qəriblər kəndində doğulmuş, Masallı rayonu Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 16(106)-92/2025 saylı, 15 oktyabr 2025-ci il tarixli icra sənədinə əsasən Masallı rayonunun Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehlər X3, X4, Şəxs mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək qadağan edilməsi qərara alınmışdır. Şəxs heç bir üzürlü səbəb göstərmədən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli icra sənədinə əsasən mübahisə predmeti olan Masallı rayonunun Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehlər X3, X4, Şəxs mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək qadağan edilməsi ilə bağlı icra vərəqəsi xx.xx.2025-ci il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Qərardadın dərhal icra olunması qeyd olunmuşdur. Bununla bağlı həmin gün onlar həmin əraziyə baxış keçirmişlər və məlum olmuşdur ki, X6 orada ev tikib 5 ildir ki, orada yaşayır. Baxış zamanı X6 qeyd etmişdir ki, o, orda yaşayır və heç bir tikinti aparmır, baxış zamanıda heç bir tikinti işləri aparmadığı müəyyən olundu. X7 qərardad onlara daxil olanadək artıq orada fərdi yaşayış evi inşa edib üstünün damını bağlamışdır. X2 ərazidə yaşamadığı və tikinti işləri aparmadığı müəyyən olunmuşdur. Şəxs baxış zamanı şəkil çəkmişlər, qərardad onlara daxil olanadək Cəmaləddin artıq fərdi yaşayış evi inşa edib damını bağlamışdı. Lakin ev təmirsiz olmuş və evin pəncərələri salınmamışdır. O, Cəmaləddinə məhkəmə qərarının olduğunu izah etmiş, onun həmin qərarla tanış etmiş və Cəmaləddinə yekun məhkəmə qərarı qəbul olunanadək ərazidə heç bir tikinti işlərini aparmamasını demişdir. Cəmaləddində razılaşmış və sadəcə evin pəncərələrini sifariş etdiyini, pəncərələridə yerinə qoymayacağını demişdir. Onlarda həmin vaxt bununla bağlı Cəmaləddinin iştirakı ilə akt tərtib etmişlər Cəmaləddin aktı imzalamışdır. Ədalətdə həmin vaxt aktı imzalamışdır. Həmin gündən bir neçə gün sonra tələbkar onlarla əlaqə saxlayaraq həmin ərazidə tikinti işlərinin getdiyini bildirərək həmin əraziyə dərhal baxış keçirilməsini xahiş etmişdir. Onlarda xx.xx.2025-ci il tarixdə həmin əraziyə baxış keçirmişlər və Şəxs inşa etdiyi fərdi yaşayış evinə pəncərələr quraşdırdığı müəyyən etmişlər və bununla bağlı akt tərtib etmişlər. Cəmaləddin bildirmişdir ki, o, pəncərələri sifariş etdiyi üçün ustalar onun məlumatı olmadan pəncərələri gətirib yerinə quraşdırmışlar. Bunu verdiyi izahatındada qeyd etmişdir. Odur ki, tikinti işləri aparıb pəncərə quraşdırdığına görə barəsində protokol tərtib etmişlər. Bununla bağlı tələbkarlarda dəfələrlə onların yanında olmuşlar. Cəmaləddində bildirmişdir ki, müharibə iştirakçısıdır, əziyyət çəkib ev tikmişdir. Hətta çalışmışlar ki, tətəflər razılığa gəlsinlər, aralarında sülh olsun. Tərəflər əmioğlu sayılırlar. Lakin barışıq mümkün olmadığından barəsində protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, evin pəncərələrini sifariş etmiş, ustalar gətirəcəkmiş. Özü işləri ilə əlaqədar başqa yerə getdiyi zaman ustalar gətirib pəncərələri quraşdırmışlar. Birdə orada məntəqə tikilir və o, həmin tikintidə fəhlə işləyir, tikintiyə aid elə materiallar varki islanmasın deyə onun evinin altına yığılmışdır. Həmin materialları oradan götürüb daşıyan zaman elə bilirlər ki, o, hansısa iş görür. Ona məhkəmə qərarı ilə bağlı məlumat vermişlər və tikinti aparmamasını bildirmişlər. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş aktın tərtib olunmasında iştirak etmişdir. Həmin vaxt ona hər bir şey izah olunmuşdur. Lakin o, pəncərələri əvvəlcədən şifariş verdiyindən ustalar gətirib quraşdırmışlar, o, isə həmin vaxt başqa bir yerdə olmuşdur. Himayəsində azyaşlı uşaqları vardır, anası xəstədir infak keçirmişdir, evdədə problemləri vardır. Məhkəmədən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, həmin əraziyə verilmiş Dövlət Reyestrindən olan Çıxarışlar məhkəmə qaydasımda lağv olunmuş, daha sonra Masallı Rayon Məhkəməsi tərəfindən həmin ərazidə olan tikililərin sökülməsi qərara alınmışdır. Sonradan isə kompensasiya verilməsi ilə bağlı vətəndaşlar İnzibati məhkəməyə müraciət etmişlər, oda etiraz etməmişdir. Məhkəmələrin gedişində həmin ərazidə tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Lakin həmin qadağalara bağmayaraq, qadağalar ola-ola Cəmaləddin 2022-ci ildək həmin ərazidə özünə fərdi yaşayış evi tikmişdir. xx.xx.2025-ci il tarixdə ona məlum olmuşdur ki, Cəmaləddin həmin ərazidə tikinti işləri aparmaq istəyir. O, dərhal Şirvan Apellyasiya Məhkəməsinə getmişdir və oda ona həmin ərazinin həbsi olduğunu çıxıb getməsini bildirmişlər. Qayıtdıqdan sonra görmüşdür ki, Cəmaləddin orada evin damını inşa etdirir. X8 Məhkəməsinə müraciət etmiş və orada iddinın təmin tədbiri ilə bağlı ərizəsi alınmışdır. Həmin ərazi ümumi istifadə olan yerdir, ora heç kimsə girə bilməz. Daha sonra icra şöbəsinə getmiş həmin vaxt o, icra məmurları Bəhruz və Amid müəllim, icra şöbəsinin rəisi Şölət müəllim və Cəmaləddin və kənd sakini Qardaşəli müəllim bir yerdə olduqları zaman Cəmaləddinə nə üçün pəncərələri saldığını demiş, oda “saldımda” demişdir. O, Cəmaləddinə “get pəncərələri sök səninlə işim yoxdur”, “get sök yığ bir kənara məhkəmə qutarar mən pəncərələri sənin üçün salıb evinidə remont edərəm, əmioğlu kimi gəlib fəhlə işləyərəm” demişdir. Cəmaləddində baş üstə deyib söz verib oradan ayrılıb getmişdir. Lakin heç bir iş görməyib, əksinə bir pəncərəsi qalmışdıki onuda gecə ilə yerinə salmışdır. Özüdə bildirir ki, “mən orda olmamışam usta gəlib pəncərələri salıb”. Necə olur ki, usta gəlib iş görür və onun ondan xəbəri yoxdur. Razılığa gəlmək söhbəti olmayıb, o, icra məmurlarının yanında Cəmaləddinə bildirmişdir ki, “deyirsən əmioğluyuq, nə edək, mənim səndən tələbim bir dənə odur ki, icra sənədinin tələbini kobud şəkildə pozubsan, Dövlətin qanununu pozubsan, get pəncərələri sök yığ kənara, yekun nəticədə bəlkədə qalib gələrsən get onda evini tik məndə sənə kömək edərəm”. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Elektron məhkəmə sorğusuna əsasən məlumatdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə aid 80 manat məbləğində müavinət alır. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəsizlik dərəcəsini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbehin tətbiq edilməsi məqsədəyğun və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar