Məhkəmə qərarları › İş №3(050)-2308/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2308/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2308/2025 19.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN 12557954 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərmişdir. İşin halları: İnzibati xəta haqqında protokola əsasən 29 oktyabr 2025-ci il tarixdə saat 14:37 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kafe Göyərçin” adlı obyektin sahibi X4 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri yerinə yetirilməməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Elektron sistemdən çıxarışdan görünür ki, X4 vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. xx.xx.2025-ci il tarixli 02 saylı aktdan və fotoşəkillərdən görünür ki, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kafe Göyərçin” adlı obyektin sahibi X4 tərəfindən müvafiq icazə sənədinin tələbləri pozulmaqla açıq məkanda reklam yayımının aparılması müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, fotoşəkillər çəkilərək müvafiq akta əlavıə edilmişdir. xx.xx.2025-ci il tarixli 11-3-6/2-1368/20225 saylı yazılı göstərişdən və görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən X2 Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kafe Göyərçin” adlı obyektdə açıq məkanda qanunsuz yerləşdirilən reklam yayımının dərhal dayandırılması və yerləşdirilməs üçün verilmiş 2025-ci il 13 may tarixli İ**********0001 nömrəli icazədə nəzərdə tutulan yayım haqqının (57,60 manat yayım haqqı və 10,37 ƏDV olmaqla) 5 gün müddətində ödənilməsi tələb olunmuş, bu tələblər yerinə yetirilmədiyi təqdirdə yayımın dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli 11-3-6/2-1573/2025 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən X2 bildiriş ünvanlanmaqla xx.xx.2025-ci il tarixdə saat 14:30-da Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kafe Göyərçin” adlı obyektə baxış keçirilməsində və barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, xx.xx.2025-ci il tarixdə X2 ünvanlanmış bildiriş xx.xx.2025-ci il tarixdə saat 10:30-da ünvançıya çatdırılması barədə məlumat qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli 01 saylı baxış aktından görünür ki, xx.xx.2025-ci il tarixli, İ**********0001 (57,60 manat yayım haqqı və 10,37 ƏDV olmaqla) saylı icazə sənədi əsasında açıq məkanda yayımlanan reklemların yayəm haqqının ödənilmədən yayımlanması ilə bağlı verilmiş 11-3-6/2-1368/20225 saylı yazılı göstərişin tam və vaxtında yerinə yetirilməməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilməməsi faktı aşkar edilmiş, yerində akt tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli, MN seriyalı,1255794 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 29 oktyabr 2025-ci il tarixdə saat 14:37 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kafe Göyərçin” adlı obyektin sahibi X4 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri yerinə yetirilməməsi faktı müəyyən edilmiş, bu səbəbdən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş imtina aktından görünür ki, X4 baxış aktını qəbul etməkdən və inzibati xəta haqqında protokolu imzlamaqdan imtina etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, X2 açıq havada yerləşdirilmiş reklam ilə bağlı qanunvericiliyin tələbinin gözlənilməsi ilə bağlı və görüləcək məsuliyyət tədbiri barədə yazılı göstərişlə müraciət edilmiş, həmin müraciət ona poçt vasitəsi ilə təqdim olunmuş, keçirilən monitorinq nəticəsində onun həmin reklam örtüklərini sökmədiyi, qanunsuz əməlini davam etdirdiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanunun 26.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda qeyd edilən qanunun 26.2-ci maddəsində göstərilmişdir ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən “Kafe Göyərçin” adlı obyektin sahibi X4 tərəfindən açıq məkanda reklam yerləşdirməklə bağlı qeyd edilən normaların tələbləri pozulmuş, quraşdırdığı reklam örtüklərini müvafiq icazə sənədlərinin haqlarını ödəmədiyi üçün Reklam İdarəsi tərəfindən yazılı göstəriş verilsə də, yazılı göstərişin tələblərinə riayət etməyərək özünə məxsus obyektin qarşısında yerləşdirdiyi reklam örtüklərini saxlamaqda davam etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsin birinci dəfə qeyd edilən inzibati xətanı törətdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün aşağı həddində tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən “Kafe Göyərçin” adlı obyektin sahibi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar