Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2309/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Alışanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, X9 Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli və Masallı Rayon Məhkəməsinin 8(050)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2025-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 100 manat, iki uşağa görə 200 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X2 ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Daha sonra tələbkar yenidən alimentin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-166/2025 saylı qərardadaına əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-807/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,289 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qətnamə ilə bağlı icra sənədi icraata daxil olduqdan sonra 04 iyul 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərəflərin ünvanına göndərilmişdir. Hər iki icra sənədi üzrə icraat birləşdirilmişdir. Borclu icra məmuru tərəfindən icra şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Onun barəsində digər icra tədbirləri həyata keçirilmişdir. Borclu hər iki icra sənədi üzrə ödənişlər etmiş, lakin ümumi olaraq 860 manat məbləğində borcu yaranmışdır. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən tam olaraq icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Bəhruz İbayev bildirmişdir ki, icra sənədləri üzrə borclu bir aydan bir ödənişlər etmişdir. İyul ayında 220 manat, avqust ayında 220 manat, sentyabr ayında 200 manat, oktyabr ayında 220 manat, noyabr ayında 220 manat ödəniş etmişdir. Borclunun təqdim etdiyi qəbzlərlə onun hazıradək borcu 860 manatdan çox edir. Lakin tələbkar borcunun 860 manat civarında olduğunu etiraf edir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli və Masallı Rayon Məhkəməsinin 8(050)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərindən məlumatlıdır. O, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmır. Hesab edir ki, onun 860 manat deyildir.Onun cəmi 400 manat aliment borcu vardır. Bununla belə aliment borcunu ödəməkdən yayınmır, borcunu tam ödəyərək yekunlaşdıracaqdır. Özü fəhlə işləyir. Hal-hazırda borcunu tam ödəmək iqtidarında deyildir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 izahatında göstərmişdir ki, Şəxs əməlində icra sənədinin icrasından qərəzli olaraq yayınma halının mövcudluğu müəyyən edilmir. Odur ki, borclu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X9 Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli və Masallı Rayon Məhkəməsinin 8(050)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasını vaxtı-vaxtında təmin etmir. O, hər dəfə icra məmurundan tələb etdikdən sonra borclu aliment pulundan ödəniş edir. Borclunun ona hal-hazıradək 860 manat borcu vardır. Odur ki, borcu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İ. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 23 may 2025-ci il tarixli qərarından görünür, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənəd üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İİ. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 23 may 2024-cü il tarixli bildirişindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İİİ. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 04 iyul 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 8(050)-166/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İV. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 04 iyul 2025-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 8(050)-166/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuşdur. V. Borclu Şəxs xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahatlarından görünür ki, O, icra sənədinin icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. Vİ. Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Vİİ. Təqdim edilmiş qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən A***, G***, F**** qızının hesabına müntəzəm olaraq ödənişlər edilmişdir. Vİİİ. Masallı Rayon Məhkəməsinin 8(050)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü borclu Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-807/2024 saylı, xx.xx.2024-cü il tarixli və Masallı Rayon Məhkəməsinin 8(050)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, müntəzəm olaraq borcundan ödəniş etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, əvvəlki aylarda aliment borcundan ödənişlər etmiş, eləcə də iyul ayında 220 manat, avqust ayında 220 manat, sentyabr ayında 200 manat, oktyabr ayında 220 manat və noyabr ayında 220 manat ödənişlər həyata keçirmişdir. Həmçinin borclunun rəsmi iş yeri və icra sənədinin birdəfəlik icrası üçün yönəldilə biləcəyi hər hansı əmlakının olması müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, borcundan ödəniş edir və qalan borcunu ödəməkdən də yayınmır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-2309/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2309/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver