Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-233/2023 06.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxx 1990-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayan, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 28 yanvar 2023-cü il tarixdə saat 12:43 radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üşün saxlanılmış, yoxlama zamanı onun avtomobili narkotik sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. X3 bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirdi ki, 28 yanvar 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Vaz 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu ərazisində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı onun narkotik vasitə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Narkotik vasitəni yoldan tapmışdır. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona qanunauyğun cəza verilməsini xahiş etdi. İşə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 36 saylı aktdan görünür ki, X3 28 yanvar 2023-cü il tarixdə avtomobil idarə edərkən narkotik vasitə MET (+) (metamfetamin) qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş elektron baza məlumatlarından çıxarışdan görünür ki, X3 12 avqust 2022-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 təqsiri məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə X3 barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 fevral 2023-cü il tarixdən saat, 17:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-233/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-233/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver