Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-233/2025 07.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclasa katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, X1nun iştirakı ilə X2 Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının X Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə müraciət edərək TP seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərdi ki, o, hər gün keçdiyi Ələt- Astara magistral yolunun 29-cu km-də dönmə işığlndan istifadə edərək zolağı dəyişib ötmə manevrini bitirəndən sonra postun düz xətti başladığı üçün işığını söndürməklə posta daxil olmuşdur. Lakin post patrul əməkdaşı ona saxla işarəsi verməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında protokol və TP 70006943 saylı 27 yanvar 2025-ci il tarixli qərarı tərtib edərək onun barəsində 40 manat məbləğdə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnspektor həmçinin ona postun düz zolağında olduğu zaman, yolun bitməsinə qədər dönmə işıqın yanmalı olduğunu izah etmiş, lakin o, şikayətinə əlavə etdiyi videogörüntülərdən, X9 Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin tələblərini pozmadan ötməyə başlamışdır. Hadisənin videoyazısını almaq istəsə də, ona verilməmişdir. Ötmə manevri barədə cərimənin silinməsini istəyir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının X Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 27 yanvar 2025-ci il tarixdə, saat 11:32 radələrində “Hyundai Accent” minik markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasinin Yol X5: 37-ci maddəsinin İ hissənin 5-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü - hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. 42-ci maddənin İ hissəsinə əsasən - sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 42-ci maddənin İİİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. 51-ci maddənin İİİ hissəsinə əsasən ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallarda başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. 69-cu maddənin 11-ci bəndinə əsasən 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. 69-cu maddənin 5-ci bəndinə əsasən 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Məhkəmədə müəyyən olundu ki, 27 yanvar 2025-ci il tarixdə “Hyundai Accent” minik markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 xarici işıq siqnalları hesab olunan dönmə göstəricilərinin köməyi ilə ötmə manevrini başlamış, lakin ötmə manevrini qurtarmamış dönmə göstəricilərinin verilməsini bitirmişdir. Bundan başqa Daşqın Məmmədov ötmənin sonunda əvvəl tutduğu, yəni sağdan birinci hərəkət zolağına qayıtmalı olduğu halda qayıtmamış və ötməni həyata keçirdiyi zolaqda hərəkətini davam etdirmişdir. X8 həmin zolaqda yalnız əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilərdi. Lakin onun təqdim etdiyi DVD diskdə olan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, Daşqın Məmmədov ötmə əməliyyatını başa çatdırdıqdan sonra dərhal yenidən ötməyə başlamalı olması üçün qarşıda hərəkətdə olan nəqliyyat vasitəsi olmamışdır. Daşqın Məmmədov əvvəl tutduğu zolağa qayıtmamasının səbəbini ötmə əməliyyatını başa çatdırdıqdan sonra düz xətt olması ilə əlaqələndirsə də, Yol X5n 69-cu maddənin 5-ci bəndinin tələbinə əsasən ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir, yəni sürücü ötməni başa çatdırdıqdan sonra əvvəl tutduğu zolağa qayıda bilərdi. X3 tərəfindən qeyd olunan inzibati xəta pozuntusuna yol verildiyi üçün barəsində 27 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının X Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 TP seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 30 yanvar 2025-ci il tarixdə məhkəməyə şikayət etdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının X Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-233/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-233/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver