Məhkəmə qərarları › İş №3(050)-2335/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2335/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2335/2024 24.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Masallı rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi X3 döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Astara rayonu, Ərçivan kənd sakini, X6 DİN-nin 102 xidmətinə zəng edərək, Masallı rayon, Viləş kənd sakinlərinin onları kənd ərazisində internet xətti çəkməyə buraxmaması, hücum etmələri, internet qutularına müdaxilə etmələri, müştərilərdən götürdükləri 7 ədəd modemi qaytarmaması barədə məlumat vermişdir. Eyni zamanda X1 RPŞ-nə ərizə iə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Surac adlı şəxsin onu döyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Viləş kəndində yaşayır. "xxxx" MMC şirkətində texnik vəzifəsində işləyir. Masallı rayonu, Qasımlı və Qızılağac kəndlərinə internet xətlərinin çəkilməsinə o, nəzarət edir. Vüsal Zeynalovu təxminən iki ilə yaxındır ki, tanıyır. O, əvvəllər onunla eyni şirkətdə işləmişdir. O, işlədiyi şirkətdən çıxaraq digər internet şirkətinə işə düzəlmişdir. O, həmin şirkətdən çıxdıqdan sonra həmin şirkətin rəhbərliyi onunla qərəzli münasibət saxlamışdır. Əvvəllər də onlar onun barəsində Masallı RPŞ-yə əsassız şikayətlər etmişdir. Masallı rayonu, Viləş kəndində yolun kənarında yerləşən internet şəbəkələrinə aid plastik qutular vardır. Həmin yerdən digər kəndlərə internet xətləri paylanır. Eyni zamanda Vüsal Zeynalovun işlədiyi şirkətə məxsus internet xətləri də oradan paylanır. xx.xx.2024-cü il tarixdə o, Masallı rayonu, Viləş kəndində olan zaman internet xətlərini yoxlamaq məqsədi ilə həmin kənd ərazisində olan internet dirəyinə çıxmışdır. Bu zaman Vüsal Zeynalov və yanında olan tanımadığı şəxslər ona yaxınlaşmış və Vüsal elektrik dirəyinə söykənən nərdivanı götürərək yerə qoymuşdur və onun dirəkdən düşməyini çətinləşdirmişdir. O, elektrik dirəyindən tullanaraq yerə düşmüş və Vüsala onlara məxsus elektrik xəttinə heç bir müdaxilə etmədiyini bildirmişdir. Həmin vaxt Vüsal nalayiq ifadələr işlədərək onun üzərinə gəlmiş və həmin vaxt əlbəyaxa olmuşlar və yerə yıxılmışlar. Lakin həmin vaxt o, heç bir xəsarət almamışdır. Bundan sonra onun yanında olan Nahid Həsənzadə və Vüsalın yanında olan iki nəfər tanımadığı şəxslər araya girərək, onları ayırmışdır. Daha sonra onlar gəldikləri avtomobillərinə əyləşərək oradan uzaqlaşmışdırlar. Hazırda qarşı tərəflə barışmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, “SUPEROPTİK TECK” şirkətində baş texnik vəzifəsində işləyir. Astara, Lənkəran və Masallı rayonları ərazisində internet xətlərinin çəkilməsinə o, nəzarət edir. Şəxs təxminən bir ilə yaxındır ki, tanıyır. Surac əvvəllər onunla eyni şirkətdə işləmişdir. Surac işlədiyi şirkətdən çıxaraq digər internet şirkətinə işə düzəlmişdir. Masallı rayonu, Viləş kəndində yolun kənarında yerləşən internet şəbəkələrinə aid plastik qutular vardır. Həmin yerdən digər kəndlərə internet xətləri paylanır. Eyni zamanda Şəxs işlədiyi şirkətə məxsus internet xətləri də oradan paylanır. xx.xx.2024-cü il tarixdə o, Masallı rayonu, Viləş kəndində olan zaman internet xətlərini yoxlamaq məqsədi ilə həmin əraziyə getdikdə, Şəxs və Nahid adlı şəxsin onun işlədiyi şirkətə məxsus internet ləvazimatlarına müdaxilə etdiklərini və qutuları açdığını görmüşdür. O, da öz şirkət rəhbərliyinə zəng edərək məlumat vermişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır və Şəxs onun üzərinə gələrək “Səni birdə bu kənddə görmüyüm, elə eləmə ki, səni kəndə buraxmıyım” sözlərini deyərək, ona yumruq atmağa başlamış və boğaz nahiyyəsindən tutaraq sıxmış və yerə yıxmışdır. Yerdə olan zaman bədəninin müxtəlif nahiyyələrinə təpiklə vuraraq xəsarətlər yetirmişdir. Sonra onun yanında olan dostları onları ayırmışdırlar. Hazırda qarşı tərəflə barışmışdır. Sonda X.F.Fərəcova iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 1063 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində, başın alın nahiyyəsinin tüksüz hissəsinin, sağ əlin ovuc səthinin və sol dirsək nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 vuraraq, sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X6 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barışmaqlarını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, barəsində inzibati icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar