Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2339/2023 26.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil, Zərərçəkmiş şəxs X3, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxx 1997-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1353/2023 nömrəli icra sənədi üzrə yaranmış borcunun ödənilməsini tam olaraq həyata keçirməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1353/2023 nömrəli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə, dəyəri 1800 manat olan 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, dəyəri 450 manat olan 5 qarmlıq 585 əyyarlı qolbaq, dəyəri 270 manat olan 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və dəyəri 135 manat olan 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Şəxs, X1 və X2 alınaraq X5 verilməsi, mediasiya xərci qismində ödənilmiş 55 manat və əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul müştərək qaydada Şəxs, X1 və X2 tutularaq X5 ödənilməsi, Şirvan apellyasiya məhkəməsinin 2(106)1353/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi üzrə cavabdehlər ondan, X1 və X2 müştərək qaydada “BOSCH KGM36VLEA” modelli soyuducuya görə 1170 manat, paltaryuyan maşına görə 467 manat, cəmi 1637 (min altı yüz otuz yeddi manat) manat pul alınaraq iddiaçı X5 verilməlidir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icra sənədinin icraata başlanması haqqında qərar ona çatdıqdan sonra 100 manat ödəniş etmiş. Hazırda bu gün xx.xx.2023-cü il tarixdə borcluya 500 manat ödənilmişdir. İcra sənədinin ona münasibətdə tam icrasına söz verir.Bundan başqa icra sənədi üzrə atasının əmək haqqısınada yönləndirmə olmuş və icra sənədi üzrə müntəzəm ödənişləri olur.Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Xahiş edir inzibati icraata xitam verilsin. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1353/2023 nömrəli icra sənədinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1353/2023 nömrəli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə, dəyəri 1800 manat olan 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, dəyəri 450 manat olan 5 qarmlıq 585 əyyarlı qolbaq, dəyəri 270 manat olan 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və dəyəri 135 manat olan 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızılzinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Şəxs, X1 və X2 alınaraq X5 verilməsi, mediasiya xərci qismində ödənilmiş 55 manat və əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul müştərək qaydada Şəxs, X1 və X2 tutularaq X5 ödənilməsi, Şirvan apellyasiya məhkəməsinin 2(106)1353/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi üzrə, cavabdehlər Şəxs, X1 və X2 müştərək qaydada “BOSCH KGM36VLEA” modelli soyuducuya görə 1170 manat, paltaryuyan maşına görə 467 manat, cəmi 1637 (min altı yüz otuz yeddi manat) manat pul alınaraq iddiaçı X5 verilməlidir. Şəxs hazırda icra sənədi üzrə Şəxs üzərinə düşən hissədən 600 manat ödəniş etmişdir.Protokolun tərtib edilməsinə səbəb tələbkarın borcunu tam tələb etməsidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1353/2023 nömrəli icra sənədinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1353/2023 nömrəli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)519/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə, dəyəri 1800 manat olan 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, dəyəri 450 manat olan 5 qarmlıq 585 əyyarlı qolbaq, dəyəri 270 manat olan 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və dəyəri 135 manat olan 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Şəxs, X1 və X2 alınaraq X5 verilməli, mediasiya xərci qismində ödənilmiş 55 manat və əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul müştərək qaydada Şəxs, X1 və X2 tutularaq X5 ödənilməsi, Şirvan apellyasiya məhkəməsinin 2(106)1353/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi-üzrə, cavabdehlər Şəxs, X1 və X2 müştərək qaydada “BOSCH KGM36VLEA” modelli soyuducuya görə 1170 manat, paltaryuyan maşına görə 467 manat, cəmi 1637 (min altı yüz otuz yeddi manat) manat pul alınaraq iddiaçı X5 verilməlidir. Şəxs icra sənədi üzrə özünə münasibətdə ümümilikdə 600 manat ödəniş etmişdir.Hazırda şikayəti yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə borclunu, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu icra sənədi üzə müəyyən ödənişlər etmiş, borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır.Həmçinin tələbkar məhkəmə iclasına ərizə ilə müraciət edərək Şəxs heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43,53, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-2339/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2339/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver