Məhkəmə qərarları › İş №3(050)-2342/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2342/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2342/2024 29.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 28 dekabr 2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, kapitanı X3 izahatında göstərdi ki, Masallı Rayon Polis Şöbəsinin TB-də aparılan icraatla bağlı polis şöbəsinə çağrılmışdır. Həmin vaxt Masallı Rayon Polis Şöbəsinin 1 saylı postunda olan polis əməkdaşlarına yaxınlaşmış, onlar Fariqə gözləməsini bildirmişlər. Fariq bir qədər gözlədikdən sonra niyə gözlədiyini bildirərək qışqırmağa başlamışdır. Daha sonra onu Polis Şöbəsinə dəvət edən Xalıqzadə İsmayıl və Şahid adlı polis əməkdaşlarını gördükdə onlarla mübahisə etdikdən sonra ünvasız söyüşlər söyməyə başlamışdır. Daha sonra şəxs polis şöbəsinə gətirilərək barəsində müvafiq sənədləşdirmə işləri aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün izahatı alınmasına görə Masallı Rayon Polis Şöbəsinə çağırılmışdır. O, Polis şöbəsinin qarşısına gəlmiş, onu heç kim qəbul etməmiş və soyuq hava şəraitində gözləməli olmuşdur. O xeyli gözlədikdən sonra niyə izahatının alınmadığını və şöbəsinin inzibati binasının qarşısında gözlədiyini bildirərək, etiraz etmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra iki polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmiş və barəsində inzibati protokol tərtib etmişlər. Hazırda törətdiyi əməldən peşman olmuş, bir daha belə səhvlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili polis baş leytenantı Şahid izahatında göstərdi ki, Masallı RPŞ-in TB-də aparılan icraatla bağlı ifadəsinin alınması zərurəti yarandığından Masallı şəhəri H.Əliyev prospekti ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs Masallı RPŞ PPXB-in polis nəfəri, polis serjantı İsmayıl Xalıqzadə ilə birlikdə Masallı RPŞ-in 1 saylı postunun yaxınlığında olduqları vaxt vətəndaş Şəxs onları görüb polisə çağırılmağına etirazını bildirərək, anidən uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri polis kiçik serjantı Xalıqzadə İsmayıl izahatında göstərmişdir ki, Masallı şəhəri H.Əliyev prospekti ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs Masallı RPŞ-CAB-in əməlliyat müvəkkili polis baş leytenantı Şahid ilə birlikdə Masallı RPŞ-yə dəvət etmişlər. xx.xx.2024-cü il saat 17:30 radələrində Masallı RPŞ-in CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid ilə birlikdə Masallı RPŞ-in 1 saylı postunun yaxınlığında olduqları vaxt, Şəxs onları görüb anidən uca səslə ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Onlar dəfələrlə vətəndaş Şəxs nizam-intizama dəvət edib ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirsələr də o, qəsdən onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini təxminən 5-10 dəqiqə davam etmişdir. Daha sonra onlar onu RPŞ-in inzibati binasına gətirmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq Masallı şəhəri H.Əliyev prospektində qeydiyyatda olan yaşayan Şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla aidiyyatı üzrə müraciət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahidlər barəsində inzibati icraat aparılan şəxsi polis şöbəsinə dəvət etdikdə müqavimət göstərdiyini bildirsə də, barəsində inzibati icraat aparılan şəxs və protokolu tərtib etmiş şəxs izahatlarında polisə hər hansı bir müqavimət göstərilməsini qeyd etməmişlər. Bundan başqa izahatlardanda aydın olur ki, Şəxs niyyəti polis əməkdaşlarına qarşı tabesizlik göstərmək olmamış, izahatının alınmamasına görə çağrılıb, lakin soyuq havada gözləməsinə görə ictimai qaydanı pozmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şükürov X2 Rayon Polis Şöbəsinin qarşısında unvansız küçə söyüşləri işlətmiş, daha sonra səs-küy salmışdır. Bununla o, da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik etmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcələnin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağın olması və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 28 dekabr 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şükürov X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar