Məhkəmə qərarları › İş №3(050)-2344/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2344/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2344/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, X1 Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29620454 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29620454 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli mübahisələndirdiyi qərarda qeyd olunmuşdur ki, X3 xx.xx.2025-ci il tarixdə saat 10:41-də M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 174-cü kilometrliyində mülkiyyətində olan “Hyundaı Sonata minik” markalı, 44BP184 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 50 km/saat həddində aşdığına görə İXM-nin 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də ona 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur və onun əməlində inzibati xəta tərkibi mövcüd deyildir. Belə ki, o, özü Lənkəran Rayon Məhkəməsində məsləhətçi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 10:41-də Lənkəran ərazisində olmuş və avtomobili də Lənkəran rayonunda idarə etmişdir. Qərarda inzibati xəta hadisəsinin baş verdiyi yer M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 174-cü kilometrliyi göstərilsə də həmin vaxt o, idarə etdiyi avtomobillə qeyd olunan ərazidə olmamışdır. Bütün bu sadaladıqların onun inzibati xətanın baş verdiyi vaxt Lənkəran rayonu ərazisində olduğunu təsdiq edir. Bundan əlavə YHQ-nun tələblərinə əsasən magistral yolda minimal olaraq 50 surətlə, maksimal isə 110 sürətlə hərəkət etmək olar yəni, qərarda qeyd olunduğu kimi o, 110 km/s hərəkət etmiş ki, bu da, avtomagistral yol üçün sürət həddinin aşılması kimi qəbul edilə bilməz. İnzibati xətanın törədildiyi yerə gəldikdə isə orada nə 6.14 nə də ki, 3.24 yol nişanı mövcüd deyildir. Söhbət yuxarıda qeyd etdiyi kimi Lənkəran rayonu, Göyşaban kəndində xətanın faktiki törədildiyi yerdən gedir. Adətən insanlar radar görən kimi maşının sürətini azaltmağa məhkumdur. Onun görünən yerdə qoyulması sürət yüksək olduqda baş verə biləcək hadisənin qarşısının alınmasına xidmət edir. Görünməyən yerlərdə qoyulduqda isə onun heç bir profilaktik və xəbərdaredici əhəmiyyəti olmayacaq. Bunun özü təhlükəsizlik qaydalarına ziddir. Radar qurğuları görünən yerlərdə olmalı, sürücülər onları görərək özlərini yığışdırmaqla sürəti azaltmalıdır. Baş verən yol nəqliyyat hadisələri bütünlükdə artır. Nəticədə də ağır hadisələr çoxalır. Belə hallar sürücülərin diqqətsizliyi, ehtiyatsızlıq, özünə güvənmə, baş verə biləcək hadisənin nəticəsini əvvəlcədən görə bilməməkdən irəli gəlir. Təhlükəsizliyimizin qorunması baxımından radarların görünən yerlərdə qurulması vacibdir Qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət olunmuş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, qərarından şikayət olunmuş orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin qərardan şikayət vermiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin 26 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 verdiyi izahatında bildirmişdir ki, qeyd olunan yolda surət həddi saatda 60 km göstərilmişdir. Lakin Lənkəran rayonundan Bakı şəhəri istiqamətinə hərəkət etdikdə yalnız Masallı rayonu ərazisində yerləşən postda surət həddi 60 km-dir, birdə “Hacıoğlu” restoranının yanında surət həddi 90 km-dir. Qalan həmin o M3 yolunda bütün istiqamətlərdə magistral yolda sürət həddi 110 km-dir. Birdəki həmin 31 iyul tarixində Lənkəran rayonu Göyşaban kəndi ərazisində olmuşdur. 174 km-lik isə təqribən Şirvan şəhəri ərazisinə düşür, o, isə həmin istiqamətdə olmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmuş və 3 bal tətbiq edilmişdir. O, həmin ərazidə olsaydı belə inzibati xəta haqqında protokol yenədə səhv tərtib olunmuşdur, çünki həmin ərazidə surət həddi saatda 60 km deyil 110 km müəyyən edilmişdir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 31 iyul 2025-ci il tarixli EQ 29620454 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 10:41 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsinin tələbini pozduğuna görə 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN BDYPİ-dən təqdim olunmuş sənədlərdən görünür ki, X3 idarə etdiyi “Hyundai Sonata” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 10:41-də M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 174 kmdə hərəkətdə olan zaman ərazi üzrə sürət limiti 60 km/saat olduğu halda avtomobili 110 km/saat sürətlə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində qeyd edilmişdir ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29620454 saylı qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Həmçinin şikayət vermiş şəxs şikayətin əsaslarını sübut edəcək sübutlarını şikayətinə əlavə etməmiş, eləcədə məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Baş X5 İdarəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29620454 saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29620454 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar