Məhkəmə qərarları › İş №3(050)-2345/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2345/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2345/2025 12.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2434/2024 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2434/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başanılaması haqqında qərar qəbul edilmişdir. Borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən tam icra etməmişdir. Borclu indiyədək icra sənədi üzrə borcundan 550 manat ödəniş etmiş, hazırda icra sənədi üzrə 5000 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclunun əmlak vəziyətinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. X2 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2434/2024 saylı icra sənədindən məlumatlıdır. Lakin, hazırda heç bir yerdə işləmədiyindən icra sənədinin icrasını təmin etmək iqtidarında deyildir. Mövsümü işi ilə əlaqədar yay aylarında borcundan hissəhissə ödənişlər etmişdir. Hazırda isə heç bir yerdə işləmədiyindən borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. Özünə iş yeri tapıb qazanc əldə etdikdən sonra aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbələri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2434/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 185 manat, cəmi 370 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməsi, alimentin tutulmasının başlnağıcı xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2434/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Xəbərdarlıq bildirişindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Amid Hüseynov tərəfindən borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-2434/2024 saylı icra sənədi üzrə tələbin icra edilməsi barədə rəsmi xəbərdalıq ünvanlanmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(050)-112/2025 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs icra çağırışlarından yayındığına görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində icra məmuru tərəfindən axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2434/2024 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Bütün qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeyd yanaşaraq, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik nümayiş etdirmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda qeyd edilənləri əsas götürərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 12 noyabr 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Abbasov X5 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar