Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2348/2025 13.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 13 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Masallı şəhəri H.Əliyev prospektində “İsgəndərli dairəsi” adlanan ərazidə Masallı RPŞ-in polis əməkdaşları xidmətdə olarkən “VAZ 2106” markalı, **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün maqnitofona yüksək səs verərək musiqiyə qulaq asdığını görmüşlər. Onlar həmin vaxt sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra yüksək səslə musiqiyə qulaq asmaqla digər vətəndaşların narazılığına səbəb olduğunu və maqnitofonun səsini azaltmağı tələb etmişlər. Bu zaman Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs aqressiv şəkildə idarə etdiyi avtomobildən düşə-düşə cəmiyyətə açıqca hörmətsizlik etməklə, nümayişkaranə şəkildə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görədə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsindən ötrü polis şöbəsinə gətirilmiş, raportla Masallı Rayon Polis Şöbəsinin rəisinə məruzə edilmişdir. Daha sonra raport onun icraatına daxil olmuşdur. Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, yalnız nəqliyyat vasitəsinin maqintafonuna qarşı nalayif ifadələr işlətmişdir. Qalan hissədə polisin dedikləri hamısı düzdür. Polisi şöbəsində izahatını özü yazmışdır. Ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Əməlindən peşman olmuşdur. Bir daha belə səhvə yol verməyəcədir. Göstərilənlərin nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün manqa komandiri X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, H.Əliyev pr-ti, İsgəndərli dairəsi adlanan ərazidə Masallı Rayon Polis Şöbəsinin əməkdaşı Ziyarət Zeynalovla birlikdə xidmət aparan zaman bir nəfərin yəni Şəxs özünə məxsus maşının maqintofonuna yüksək səs verdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb yüksək səsli musiqinin kənar şəxslərə pis təsir etdiyini və musiqinin səsini azaltmasını tələb etmişlər. Bu zaman Şəxs yüksək səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini üzərinə çəkmişdir. Hüquqazidd əmələ yol verdiyi üçün Şəxs Masallı Rayon Polis şöbəsinə gətirilərək barəsində qanunamüvafiq tədbir görülməsindən ötrü raporta rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, H.Əliyev pr-ti, İsgəndərli dairəsi adlanan ərazidə manqa komandiri Səfa Xosiyevlə birlikdə xidmət aparakən vətəndaşlardan biri onlara yaxınlaşıb Şəxs özünə məxsus maşında musiqiyə həddən artıq yüksəs səslə qulaq asdığı barədə narazılığını bildirmişdir. Onlar Şəxsa yaxınlaşıb yüksək səsli musiqinin kənar şəxslərə pis təsir etdiyini və musiqinin səsini azaltmasını tələb etmişlər. Bu zaman Şəxs yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini üzərinə çəkmişdir. Hüquqzidd əmələ yol verdiyi üçün Şəxs Masallı Rayon Polis şöbəsinə gətirilərək barəsində qanunamüvafiq tədbir görülməsindən ötrü raporta rəhbərliyə məruzə etmişlər.Əlavə olaraq qeyd edir ki, S. Əliyev polis şöbəsinə gətirilən zaman onlara tabesizlik göstərməmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. ● xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, Əliyev X8 Rayon Polis Şöbəsində “əsəbləşərək uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini, əməlindən peşman olmasını, gələcəkdə belə hadisələrə yol verməyəcəyi” məzmunda izahat yazmışdır. ● Elektron çıxarışdan görünür ki, xx.xx.2025-ci il təvəllüdlü X3 atası Şəxsdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərə tutulmuş xırda xuliqanlıq əməli obyektiv cəhətdən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair» 12 oktyabr 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət hüquqi anlamda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Müvafiq qərarda əks olunmuş hüquqi mövqeyin məzmunundan görünür ki, ictimai qaydanın obyektini aşağıdakılar təşkil edir: - nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyəti; - kütləvi tədbirin və ya ictimai asayişin pozulması; - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan hərəkət; - qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər. Şəxs tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi əməlin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsifinə əsas olur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübatların məcmusu ilə 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsir olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Ona görə də Əliyev X7 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağın olması və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ən aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-2348/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2348/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver