Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2349/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh qismində 500 (beş yüz) manat cərimə tətbiq edilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 oktyabr 2025-ci il tarixli 92743 saylı aktı, MN № ******* saylı inzibati protokolu və toplanmış sənədlər əsasında 28 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş MN ******* saylı qərarı ləğv edib barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 10 oktyabr 2025-ci il tarixli 92743 saylı aktı, MN № ******* saylı inzibati protokolu və toplanmış sənədlər əsasında 28 oktyabr 2025-ci il tarixdə MN ******* saylı qərar qəbul etmişdir. Həmin qərarla barəsində 500 (beş yüz) manat cərimə məbləği tətbiq edilmişdir. Həmin qərar qanunsuzdur və hesab edir ki, ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 10 oktyabr 2025-ci il tarixli 92743 saylı akt, MN № ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında 28 oktyabr 2025-ci il tarixdə MN ******* saylı qərar qəbul edərkən sübutlara istinad olunmamışdır. Belə ki, tərəfindən heç bir əraziyə tullantı atılmamış, qərarda istinad olunmuş ərazidə olan tullantıların ona heç bir aidiyyəti yoxdur. Həmin ərazi onun mülkiyyətində deyil və atılmış tullantıların ona aidiyyəti yoxdur. Bununla bağlı hər hansı foto şəkil, video çəkiliş və ya digər sübut yoxdur. Məhz bu səbəbdən də o, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin protokolu ilə razı olmamış və tərtib olunmuş akta o, imza etməmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu idarəyə dəvət etmiş, lakin həmin zibil qalıqlarının ona aidiyyəti olmadığından, inzibati xəta hadisəsini törətmiş şəxs olmadığından və onun təqsiri olmadığından o, idarəyə getməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılarkən maddi sübutlar (foto şəkillər, video çəkiliş və s.), inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin izahatları, sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspert rəyi və digər sübutlar əldə olunmalı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən sübutlar qiymətləndirilməlidir. Sübutlar işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan daxili inamla qiymətləndirilir. Hazırkı iş üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində inzibati xəta haqqında protokol və qərar qərtib edərkən heç bir sübuta istinad etmədiyindən hesab edir ki, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd etdiyi faktlara əsasən hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən məişət tullantıları ilə bağlı təyin etdiyi inzibati protokola etiraz etmişlər. Çünki həmin məişət tullantılarının Möcüzə şadlıq sarayına heç bir aidiyyəti yoxdur. Sübutetmə yükü qarşı tərəfdədir. Əgər hər hansı bir sübutları varsa təqdim etsinlər. Həmdəki məişət tullantılarının yerləşdiyi ərazinində onlara heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətidi, yoldan keçən şəxslərdə həmin yerə məişət tullantıları atırlar. Kamxozla onlarda daimi toy olmadığına görə müqavilə bağlamamışlar, danışmışlar və Masallı rayonunda məişət tullantıları olan yer vardır ki, onlarda tullantılarını xüsusi maşınla aparıb həmin yerə atırlar. Həmin aparıb atılan zaman dövlət rüsumu ödənilir. Tərtib olunmuş protokolun predmeti müqavilənin olub-olmaması deyil, həmin yerə atılmış məişət tullantılarının onlara aid olmasına görə protokol tərtib olunmuşdur. Onların olduqları ərazidə başqa şadlıq saraylarıda vardır. Ehtimal oluna bilər ki, həmin tullantılar həmin şadlıq saraylarınada aid ola bilər. Qeyd olunan ərazi onlara məxsus şadlıq sarayının yanında deyil, ən azı aralarında 1 kilometr məsafə vardır. Qarşı tərəfin tullantıları onların atmalarına dair heç bir sübutu yoxdur. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, həmin ərazi şadlıq sarayının qarşısında olan yerdi dövlət mülkiyyətinə məxsus yerdi. Bundan əvvəldə həmin əraziyə tullantılar atdıqlarına görə akt tərtib olunmuşdur. Həmin vaxt təmizlənməsi ilə bağlı məcburi göstəriş verilmiş və təmizləndiyi üçün protokol tərtib olunmamışdır. Üzərindən bir neçə ay keçdikdən sonra ərazidən keçdikləri zaman yenədə əraziyə tullantı atdıqlarını görmüşlər. Həmin tullantıları atan vaxtı görməmişlər. Lakin tullantının özünə baxan zamanda müəyyən etmək olur ki, evdən gələn tullantıdır, restorandan gələn tullantıdır ya şadlıq sarayından gələn tullantılardır. Bununla bağlı şadlıq sarayına yaxınlaşmışlar və tullantıların daşınması və ya zərərsizləşdirilməsi ilə bağlı hər hansı müqavilələrinin olmasını soruşmuşlar. Heç bir müqavilənin olmadığını bildirmişlər. Hazırda nümayəndə qeyd edir ki, ay ərzində bir-iki dəfə toyları olur, müqavilə bağlanan zaman elə bağlanılmır, illik müqavilə bağlanılır və özləri aparsalarda, zərərsizləşdirsələrdə onunla bağlıda müqavilələri olmalıdır. Bu günkü gün sarayda əmələ gələn tullantıların hara getdiyi bilinmir. Əmələ gələn tullantılar illər boyu sarayın qarşısında qazılmış çalalara tökülür doldurulur, dəfələrlə olub, bu barədə bələdiyyəyədə sorğu verib öyrənmək olar. Tərtib olunmuş protokol fiziki şəxs kimi tərtib olunub əslində isə vəzifəli şəxs kimi tərtib olunmalı idi, sadəcə işçi təzə işçi olduğu üçün belə tərtib etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Əbilov tərəfindən tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 oktyabr 2025-ci il tarixli, 92743 nömrəli aktından görünür ki, idarənin xx.xx.2025-ci il tarixli, 0422 saylı sərəncamı əsasında ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və müvafiq qanunvericilik aktlarına riayət olunması məqsədi ilə keçirilən növbəti reyd zamanı xidməti əraziyə dail olan Masallı rayonu Çaxırlı kəndi ərazisində fəaliyyət göstərən Möcüzə sarayda əmələ gələn tullantıların X3 tərəfindən qalaqlanaraq yandırılması faktı aşkar olunmuşdur. Araşdırma müddətində Gülnarə Quliyeva yazılı izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. Araşdırma nəticəsi olaraq Gülnarə Quliyeva barəsində İXM-nin 271-ci maddəsinə uyğun olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə qeyd edir ki, qərarından şikayət verilmiş orqan tərəfindən qeyd olunan əraziyə məişət tullantılarının atılması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur. Şikayətçi tərəf isə şikayətinin əsaslarını sübut edəcək möhtəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, şikayətçinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında “Möcüzə” adlı şadlıq sarayının onlara məxsus olduğunu, daimi olmasa da, həmin şadlıq sarayında toy olduğunu və sarayda yaranan məişət tullantılarını Masallı rayonu ərazisində yerləşən məişət tullantıları üçün nəzərdə tutulan əraziyə atdıqlarını və tullantıları atdıqları zaman rüsum ödədiklərini bildirmiş olsa da, bununla bağlı məhkəməyə hər hansı bir sənəd-qəbz təqdim etməmişdir. Eləcədə şikayətçi tərəf şadlıq sarayında yaranan tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı məhkəməyə müqavilə və ya hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 28 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir, ona görə də 28 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2349/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2349/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver