Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2350/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx.xx.1998-ci ildə Masallı rayonu Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2000/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat alimenti, əlavə olaraq borclu olduğu 1175 manat alimentin 11 ay ərzində ayda 100 manat, 1 ay ərzində 75 manat, ümumilikdə 570 manat Şəxs X2 ödəməyi öz öhdəsinə götürür. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2000/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat alimenti, əlavə olaraq borclu olduğu 1175 manat alimentin 11 ay ərzində ayda 100 manat, 1 ay ərzində 75 manat, ümumilikdə 570 manat Şəxs X2 ödəməyi öz öhdəsinə götürmüşdür. İcra sənədi icra şöbəsinin 2025-ci ildə icraatına daxil olmuşdur. Hal-hazırda borclunun qətnamə üzrə 3760 manat borcu vardır. Dəfələrlə borclu xəbərdar edilmişdir ki, borcunu ödəsin. Tələbkarda şikayətçidir. Borclu hər dəfə 200 – 300 manat ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Əvvəlki qətnamə ilə birlikdə 5290 manat borcu vardır. Bu gündə heç bir ödəniş edə bilmir. Qeyd edir ki, yalnız 3 gündən sonra 300 manat pul ödəniş edə biləcəkdir. Qalan borcuda tam şəkildə ödəməyə heç bir imkanı yoxdur. Nə vaxt imkanı yaxşı olsa o zaman tam şəkildə ödəyəcəkdir. Özüdəki heç bir yerdə işləmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ondan hər uşağa görə 235 manat iki uşağa görə 470 manat aliment tutulur. Problemləri vardır, taksi fəaliyyəti ilə məşğul olur, cərimələri olur, avto nəqliyyat hadisəsi. Hazırdada qəza törətmişdir avtomibili ustadadır. Avtomobili icarəyə götürüb işlədir. Hazırda heç bir ödəniş edə bilmir. Taksi fəaliyəti ilə məşğul olmaqda çox çətindir. 3 günə ancaq 300 manat ödəyə biləcəkdir. Belində problem olduğu üçün başqa bir işdə işləyə bilmir, ancaq sürücülük edə bilir. Ona vaxt veriləcəyi təqdirdə 3 günə 300 manat ödəniş edə biləcəkdir. Məhkəmədən ona 3 gün möhlət verilməsini xahiş edir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 17 noyabr 2025-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2350/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2350/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver