Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2353/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Masallı rayonunda doğulmuş, ali təhsilli, dərman firmasında tibbi nümayəndə işləyən, subay, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:42 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri Z.Əliyeva küçəsində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 11-12 radələrində Masallı şəhəri Z.Əliyeva küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmışdır. Sonra yol polisi avtomobilinə dəvət olunmuş və birbaşa Masallı RPŞ-nə getmişlər. Polis şöbəsindən alkotestr müayinəsindən keçirilmişdir. Alkotestrin nəticəsi 0.39 olmuş, təbii ki, o, alkotestrin nəticəsi ilə razı olmamışdır. Sonra izahat yazmışdır. Polis şöbəsindən çıxdıqdan sonra Lənkəran rayonunda yerləşən dispanserə yaxınlaşmış və müayinə olunmuşdur. Müayinənin nəticəsi sıfır olmuşdur. Alkotestr qəbzinə qeyd edilənləri o, yazmışdır, lakin məcbur edildiyi üçün yazmışdır. Ona qarşı fiziki zor tətbiq etməmişlər, lakin polis əməkdaşları onu manipuliasiya edib məcbur edrək ona həmin yazıları yazdırmışlar. Eləcədə bütün bunlara məhkəmədə baxılacağını bildirmişlər. Polis əməkdaşları ona psixiloji basqı etmişlər. Cərimə ona səbəbsiz yazılmışdır. Protokolla razılaşmır. İşə əlavə olunmuş Masallı rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:42 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri Z.Əliyev küçəsində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli alkotestrdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur (Alkaqolun miqdarı 0.4969 %, saat 11:42:56-da). Həmçinin Şəxs alkotestr aktına 200 qram arağ içdiyini, nəticə ilə tanış olduğunu, 0.4969 L, söz verir bir daha içməyəcək, həkimə və hal şahidinə ehtiyac olmadığını qeyd edərək alkotestri imzalamışdır. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 001867 saylı aktda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə, saat 14:20-də Şəxs alkotestr müayinəsindən keçirilmiş, ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur qeyd edilmişdir. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 001867 saylı aktı digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək Şəxs təqsirsiz olması baxımından sübut kimi qəbul etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:20-də sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 11:42də birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2025-ci il tarixli qəbz, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2353/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2353/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver