Məhkəmə qərarları › İş №3(050)-2354/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2354/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2354/2023 26.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ukrayna Respublikasının Rivne şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:42 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Daimler Benz mikroavtobus” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək, sərnişindaşıma fəaliyyəti ilə məşqul olmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş orqanın nümayəndəsi bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:42 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Daimler Benz mikroavtobus” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək, sərnişindaşıdığı üçün barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 3 gündür sərnişin daşıma fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Avtomaşınları idarə etmək üçün sürücülük vəsiqəsi var. Lakin ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. “Daimler Benz mikroavtobus” markalı ** CK *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Masallı şəhərindən Lürən kəndinə 12 saylı marşurut üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 10:42 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “Daimler Benz mikroavtobus” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşıyarkən Masallı şəhəri, Heydər Əliyev prospektində Masallı RPŞnin DYP-nin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları onu Masallı RPŞ-yə aparmışlar. Masallı RPŞ-də sürücülük hüququ olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olmasına görə barəsində protokol tərtib etmişlər. Sonda Şəxs əməlindən əmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 dekabr 2023-cü il tarixli, seriya İXP, ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:42 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Daimler Benz mikroavtobus” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək, sərnişindaşıma fəaliyyəti ilə məşqul olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə tənbeh tədbiri görülməlidir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 26 dekabr 2023-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Tağıyev X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar