Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2356/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23577251nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətini məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, müəyyənetdim: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23577251 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olun inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 23577251 nömrəli qərardan görünür ki, inzibati xəta hadisəsi Ələt-Astara yolunun 112.2-ci kilometrliyi, Ələt istiqamətində törədilmişdir. İşdə olan sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən faktiki olaraq inzibati xətalardan verilmiş şikayətlərə baxılma qaydası dəyişdirilərək, İXM-nin 110-cu maddəsinə uyğun olaraq baxılmalı olması qərarına gəlinmişdir. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin, həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta Cəlilabad rayonunun ərazisində törədilmişdir. Şikayətçi isə qərardan verdiyi şikayətə Masallı Rayon Məhkəməsində baxılması üçün (qeydiyyatda olduğu yer üzrə) müvafiq qaydada vəsatət əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128 və 132-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X2 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23577251 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-2356/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2356/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver