Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2358/2025 11.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22887814 saylı inzibati qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22887814 saylı qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş xətalara görə 50 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun istifadəsində olan “GAC minik” markalı ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı- Boradigah yolunda hərəkətdə olarkən xx.xx.2024-cü il tarixdə xüsusi cihaz vasitəsi ilə müəyyən olunmaqla barəsində İXM-nin 469.3-cü maddəsinə əsasən yəni sığorta müqaviləsi bağlanmadığı üçün 50 manat cərimə olunmuşdur. Halbuki, onun həmin tarixlərdə sığorta müqaviləsi olmuş və qanunsuz olaraq cərimə tətbiq olunmuşdur. O, həmin cərimə məbləği ilə razı deyil və qərarın ləğv olunmasını qanuni hesab edir. Ümumiyyətlə həmin qərar ona təqdim olunmamış və o, özü müraciət edərək qərarı hazırda əldə etmişdir. Odur ki, həmin qərarın ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət olunmuş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, qərarından şikayət olunmuş orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 22887814 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 07:08 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində qeyd edilmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 22887814 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Həmçinin şikayət vermiş şəxs şikayətin əsaslarını sübut edəcək sübutlarını şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 22887814 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında EQ 22887814 saylı xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2358/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2358/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver