Məhkəmə qərarları › İş №3(050)-236/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-236/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-236/2023 07.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, 1-ci Dadva küçəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi nümasibətləri zəminində mübahisələri olmuşdur. Mübahisə zamanı Cabir yerdə olan zibil torbasını ayağı ilə ona tərəf atmışdır.Oda həmin zibil torbasını Cabirin üzərinə atmış lakin zibil torbası Cabirə dəyməmişdir.Bu zaman Cabir həmin zibil torbasının içində olan paltar asılqanını götürüb onu həmin asılqanla vuraraq ona xəsarət yetirmişdir.Bundan sonra o, Cabirin üzərinə hücum çəkmiş, lakin anası qapını bağlamış və qapı onun əlinə dəymişdir.Lakin mübahisə zamanı o, Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir.Lakin hazırda zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs tanıyır, onunla 1 il 4 ay qeyri-rəsmi olaraq birlikdə yaşamışdır.xx.xx.2023-ci il tarixdə aralarında şəxsi münasibətləri zəminində mübahisələri yaranmışdır. Mübahisə zamanı o, yerdə olan zibil torbasını ayağı ilə Ruhiyyəyə tərəf atmışdır. Lakin zibil torbası Ruhiyyəyə dəyməmişdir.Bundan sonra Ruhiyyə zibil torbasını yerdən götürərək ona vurmuşdur.Həmin vaxt zibil torbasında müxtəlif şüşə materialları, paltar asılqanı və başqa tullantılar olmuşdur.Ruhiyyə torbanı ona vuran zaman o, özünü müdafiə üçün əlini qabağa vermiş və zibil torbası onun qoluna və ayağına dəymişdir.Zərbənin təsirindən sonradan qolu qançır olmuş və ayağı şişmişdir.Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir.Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 39 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ said və sağ bayır topuq nahiyəsində qançırlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk tük əşyanın (əşyaların) təsirindən törədilmişdir, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar