Məhkəmə qərarları › İş №3(050)-2361/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2361/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2361/2023 30.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Öncəqala kəndndə qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Masallı şəhəri, ərazisində yerləşən “Olimp” restoranında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Masallı şəhəri, ərazisində yerləşən “Olimp” restoranında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəxs DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Olimp” restoranında əxlaqsız yuva saxlanılması, İlahə və Röya adlı qadınların fahişəliklə məşğul olmaları barədə məlumat vermişdir. Həmçinin, Masallı şəhəri, H.Aslanov küçəsində yaşayan Şahid1 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə yazaraq Masallı şəhəri, H.Əliyev prospektində Şəxs ona böhtan atdığını, işlətdiyi “Olimp” restoranına gələrək ünvansız küçə söyüşləri söyüb restoranın iş rejimini pozduğunu bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumatla əlaqədar olaraq Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Şahid2, Masallı RPŞ-nin İƏQ-nun üzvləri Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı İlkin Həsənovla və RPŞ-nin NH-nin sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli ilə birlikdə göstərilən ünvanda olarkən Şəxs “Olimp” restoranın həyətində Şahid1la, Natiq Həşimovla, Cəmşid Kazımzadə ilə, Gündüz Nəbiyevlə mübahisə etdiyini, ünvanlı-ünvansız söyüşlər söydüyünü görmüşlər. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət edərək bu hərəkətlərinə son qoymağı tələb etsələr də Şəxs onların qanuni tələblərləriə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirdiyi üçün onu Polis şbəsinə dəvət etdikdə həmin şəxs bundan imtina edərək polis şöbəsinə getməyəcəyini bildirmişdir. Bu səbəbdən Şəxs polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirilmiş, Masallı RPŞ-yə gətirildikdən sonra həmin şəxsin sərxoşluq vəziyyəti müayinə edildikdə spirtli içkinin təsiri altında olması müəyyən edilmişdir. Göstərilən səbəblərdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 28 dekabr 2023-cü il tarixdə “Olimp” restoranına getmiş, İlahə ilə telefon vasitəsi ilə danışmış, İlahə yanında başqa şəxsin olduğunu, onunla görüşüb sonrdan görüşə biləcəklərini demişdir. Restoranı işlədən Anar adlı şəxsdən İlahənin otağa nə zamn girdiyini soruşmuş, Anar isə ona İlahənin otağa 2-3 saat olar girdiyini demişdir. Həmin gün X3 ilə gecə “Olimp” restoranında 3 nömrəli otaqda gecələmişlər, bu zaman İlahə ilə intim münasibətdə olmuş, bunun müqabilində o, İlahəyə pul verməmiş, Anara 20 manat pul vermişdir. “Olimp” restornına getdikdən sonra tanışı İlahənin həmin restoranda başqa şəxslərlə görüşdüyün öyrəndiyindən orada Natiq və Anar adlı şəxslərlə mübahisə etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng etmişdir. 102 xidmətinə şikayət etdiyinə görə polis şöbəsinə çağırılmış, polis şöbəsinə getdikdən sonra əməliyyat qrupu üzvlərinin 102 xidmətinə çağırışı əsasında “Olimp” restoranına getdiklərini görüb onlar birlikdə restorana qayıtmışdır. Polis əməkdaşları restorana daxil olduqdan sonra onlara restoranda qadınların fahişəliyə cəlb edilməsi barədə şikayət etmişdir. Sonda Şəxs əməlindən peşman olmasını, nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid2 izahatında göstərdi ki, Masallı RPŞ-nin TB- nin təhqiqatçısı vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Masallı RPŞ-yə İƏQ-nun tərkibində xidmətdə olarkən Şəxs DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Olimp” restoranında əxlaqsız yuva saxlanılması və İlahə və Röya adlı qadınların fahişəliklə məşğul olması barədə məlumat vermişdir. Həmçinin, Masallı şəhəri, H.Aslanov küçəsində yaşayan Şahid1 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə yazaraq Masallı şəhəri, H.Əliyev prospektində Şəxs ona böhtan atdığını, işlətdiyi “Olimp” restoranına gələrək ünvansız küçə söyüşləri söyüb restoranın iş rejimini pozduğunu bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumatla əlaqədar olaraq Masallı RPŞ-nin İƏQ-nun üzvləri Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı İlkin Həsənovla və RPŞ-nin NH-nin sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli ilə birlikdə göstərilən ünvanda olakən Cabir Zeynlaovun “Olimp” restoranın həyətində Şahid1la, Natiq Həşimovla, Cəmşid Kazımzadə ilə, Gündüz Nəbiyevlə mübahisə etdiyini, ünvanlı-ünvansız söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsi nizamintizama dəvət edərək hərəkətlərinə son qoymağı tələb etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq 20-30 dəqiqə ərzində öz hərəkətlərinə davam etdirdiyi üçün onu Polis şöbəsinə dəvət etdikdə həmin şəxs bundan imtina edərək polis Şöbəsinə getməyəcəyini bildirmişdir. Bu səbəbdən Şəxs Masallı RPŞ-yə gətirilmiş, Masallı RPŞ-yə gətirildikdən sonra həmin şəxsin sərxoşluq vəziyyəti müayinə edildikdə spirtli içkinin təsiri altında olması müəyyən edilmişdir. O, da Şəxs barəsində törətdiyi əmələ görə məsuliyyətə cəlb edilməsindən ötrü Masallı RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Olimp” restoranını işlədir. Şəxs əvvəllər tanımışdır. Belə ki, Şəxs mütəmadi işlədiyi restorana tanışları ilə gəlib spirtli içki qəbul edərək yemək yemişdir. Lakin hər dəfə əsassız olaraq narazılıq yaratmış, barəsində DİN-nin 102 xidmətinə şikayətlər etmişdir. Səbəbinin isə tanışı İlahə adlı qadının ona məxsus restoranda tanımadığı şəxslərlə görüşməsinə şərait yaradılması ilə əlaqəndirmişdir. Halbuki, İlahə adlı qadın ona məxsus restorana gəlib-getməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəxs işlətdiyi restorana gələrək onunla və həmin restoranda olan tanışları ilə mübahisə etməyə başlamış, restaronda istirahət edən şəxslərin diqqətini cəlb etməklə ünvansız söyüşlər söymüş, İlahə adlı tanışını başqa şəxslərlə görüşdüyünü bildirərək restoranın otaqlarını axtarmağa başlamışdır. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək, Şəxs barəsində şikayət etmişdir. Şikayəti əsasında Masallı RPŞnin əməkdaşları restorana gəlmiş, Şəxs polis əməkdaşlarını görən kimi ünvansız söyüşlər söyməyə başlamış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də Şəxs polis əməkdaşlarını qanuni tələblərinə tabeçilik göstərməmişdir. Bu səbəbdən Şəxs polis əməkdaşları tərəfindən xidməti avtomaşınla Masallı RPŞ-yə aparılmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN 18522224 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli, (saat 00:10) 642594 saylı alkoltestin nəticəsindən görünür ki, Şəxs 1,714% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs İİİ dərəcəli əlildir. Şəxs təqsiri inzibati xəta haqqında protokollar, zərərçəkmiş şəxsin izahatı, şahidlərin ifadələri, Masallı RPŞ-də verdiyi izahatı və və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun 3-cü dərəcəli əlil olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə inzibati xətanı sərxoş halda törətməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 30 dekabr 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar