Məhkəmə qərarları › İş №3(050)-237/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-237/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-237/2023 07.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 30.06. 1993-cü ildə Türkmənistan Respublikasının, Aşqabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu Öncəqala kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi, X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində yaşadığı ev ünvanına gələn Cabir adlı şəxs onu döyərək bədən xəsarəti yetirmişdir. Eyni zamanda Şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Masallı şəhəri, Dadva küçəsində əvvəllər tanıdığı Ruhiyyə və Rəqsanə onu döymüşdür. Aparılmış araşdrıma zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə Şəxs əvvəllər qeyri-rəsmi münasibətdə yaşamışdır. Son vaxtlar onların arasında narazılıq yaranmışdır. Ona görə də, Şəxs ayrılmaq istəmişdir. Lakin, Şəxs Zərərçəkmiş şəxs ayrılmaq istəməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Şəxs Zərərçəkmiş şəxs yaşadığı ev ünvanına getmiş və bu zaman onların arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı tərəflər biri-birilərinə sağlamlığa zərərvurmayan dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirmişlər. Araşdırmanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokollar tərtib edilərək, məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan qeyri-rəsmi münasibətdə yaşamışlar. O, təxminən 3 ay əvvəl Ruhiyyənin Teymur adlı şəxslə sevişməsini görmüşdür. Həmin vaxtdan münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində Ruhiyyənin bacısı Aynurə onun anası Mayaya zəng edib bildirmişdir ki, “Cabirlə birlikdə gəlib pul və stəkan dəstini aparın.” O, həmin vaxt ansı ilə birlikdə olmuşdur. Anası bunu ona deyəndən sonra birlikdə idarə etdiyi avtomaşınla Ruhiyyənin evinə getmişdir. O, qapını açıb həyətə daxil olanda Ruhiyyə və qızı Rəqsanə üzərinə gəlmişdir. Aralarında baş vermiş, mübahisə zamanı Ruhiyyə Həsənova ilə qarşılıqlı olaraq dalaşmaqla bir-birlərinə dərəcəsi təyin olmayan xəsarət yetirmişlər. Hazırda qarşı tərəflə barışmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə Zərərçəkmiş şəxs oğlu izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Cabirlə tanış olmuşdur. Sonradan aralarında səmimi münasibətlər yaranmışdır. Cabir onunla Masallı şəhəri, Dadva-1 küçəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evində yaşamağa başlamışdır. 2022-ci ilin sentyabr ayında müəyyən səbəblərə görə Cabirlə münasibətləri pozulmuşdur. 15.01 2023-cü il tarixdə, saat 18 radələrində ailə üzvləri və bacısı Aynurə ilə birlikdə yemək yeyərkən yaşadığı evin qapısının döyülməsi səsini eşitmişdir. O, əyləşdiyi stuldan ayağa qalxıb qapını açmağa gəlmişdir. O, qapını açanda Cabir və anası Mayanı görmüşdür. O, həmin vaxt Mayanı evə dəvət etmişdir. Bu zaman Cabir söyüş söyüb onunla mübahisə etməyə başlamış, baş vermiş, mübahisə zamanı Şəxsla qarşılı olaraq dalaşmaqla bir-birlərinə dərəcəsi təyin olmayan xəsarət yetirmişlər. Hazırda qarşı tərəflə barışmışdır. Sonda Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin arxa hissəsinin sıyrıqları, sağ əlin arxa hissəsinin və sağ dirsək oynağı nahiyəsinin qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 15 yanvar 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış 07.02.203-cü il tarixli ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar