Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-238/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-in direktoru Nümayəndə1, Şəxs MMC-in vəkili Vəkil, Masallı Rayon Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Nümayəndə2 Kamal oğlunun iştirakı ilə, ünvan 1 ünvanı olan hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda hüquqi şəxs Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) bağlanmadan Şahid4 tibbi xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərilmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(050)-1711/2022 saylı qərarı ilə (sədrlik edən A.Səlimov) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(050)-1711/2022 saylı qərarından Şəxs MMC-in direktoru X9 tərəfindən verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin (sədrlk edən İ.Əhmədov) xx.xx.2023-cü il tarixli 3(106)-13/2023 saylı qərarı ilə qismən təmin edilərək Masallı rayon məhkəməsi hakiminin Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə 07 dekabr 2022-ci il tarixli 3(050)-1711/2022 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(106)-13/2023 saylı qərarında qeyd edilmişdir ki, işə yenidən baxılarkən Şahid4 izahatı alınmalı, şahidlərin müstəntiqə verdikləri izahatlarla məhkəmədə verdikləri izahatlar arasındakı ziddiyyətlər həll edilməli, lazım gələrsə Şahid4 Şəxs MMC ilə əmək müqaviləsi bağladığı vaxtdan hal hazırki vaxtadək onun neçə xəstəyə xidmət göstərdiyi, həmin xəstələr tərəfindən Şəxs MMC-yə hansı məbləğlərdə ödəniş edilməsi (2022-ci ilin avqust ayından oktyabr ayına qədər heç bir ödənişin olmaması halı ilə müqayisə edilməsi üçün) müəyyənləşdirilməklə müəyyən ediləcək hallar araşdırılmalı, araşdırmanın nəticələrinə uyğun qərar qəbul edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in direktoru Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, tibb müəssisəsinin direktoru vəzifəsində işləyir. Həmçinin cəmiyyətin təsisçisidir. Başlanılmış icraat isə tam əsassızdır. Belə ki, həkim Şahid4 onunla 27 oktyabr 2022-ci il tarixdə əmək müqaviləsi bağlanılana kimi klinikada işləməmiş, heç bir xəstəni rəsmi qəbul etməmiş, həmçinin onun xidməti ilə bağlı klinikaya pul ödənilməmişdir. Elşad həkim işlədiyi X2 rentgen müayinəsi üçün xəstəni iki dəfə, hər dəfəsində 25 manat ödənilmək şərt ilə klinikaya göndərmiş və xəstə rentgen müayinəsindən keçmişdir. Prokurorluq əməkdaşı komputerdən çıxarılmış və iş materiallarına əlavə edilmiş həmin müayinələrlə bağlı ödəniş sənədində “göndərən həkim” qrafasında Şahid4 adının qeyd edilməsini əsas tutaraq Elşad həkimin həmin klinikada əmək müqaviləsi bağlanılmadan işlədiyi kimi qiymətləndirmişdir. Elşad həkim orada işləməmiş, yalnız bir neçə dəfə iş görüşməsi üçün onun yanında olmuşdur. Lakin bu əsassızdır. Çünki gündəlik olaraq müxtəlif tibb müəssisələrindən yüzlərlə həkim vardır ki, məhz rentgen müayinəsi üçün xəstəni onların klinikasına göndərir. Hər dəfə qeydiyyat zamanı isə xəstədən hansı həkim tərəfindən göndərildiyi soruşulur və ödəniş cədvəlində həmin həkimin də adı qeyd edilir. Ümumiyyətlə prokurorluq əməkdaşı X4 bu məsələdə onlara qarşı qərəzli olmuş, ifadəsi alınmış şəxslərin vermiş olduğu ifadələrini bilərəkdən təhrif edilmiş formada yazmış və həmin şəxslərə oxutmadan imzalatmışdır. Belə ki, Şirxan Fərəcov hətta onun tərəfindən ilk dəfə verilmiş izahatı da onun dediyi kimi deyil, fərqli yazmış, daha sonra tərəfindən narazılıq bildirildiyi və izahatı imzalamaqdan imtina etdiyi üçün kağız cırılmış və ona xahişi əsasında yeni izahatını yazması üçün vaxt verilmiş, o da izahatını şəxsən yazaraq təqdim etmişdir. Halbuki ilk izahatında Elşad həkimin orada işləmiş olmadığını demiş olsa da, Şirxan Fərəcov bilərəkdən izahatı saxtalaşdıraraq işləmişdir ifadəsini oraya qeyd etmişdir. Şirxan Fərəcov həmçinin rentgen həkiminin yaşlı olmasından, qeydiyatı aparan şəxsin isə qadın olmasından, həmin şəxslərin izhatı oxumamasından istifadə edərək, həmçinin təzyiq altında izahatları öz istədiyi formada tərtib etmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, iş üzrə aparılmış icraat tam olaraq qanunsuzdur, başlanılmış icraatın əsasında xanım qeydiyyatçının və yaşlı olmaqla rentgen həkimi işləyən Kamal adlı şəxsin vermiş olduğu izahatlar durur ki, həmin izahatlar da həqiqətə uyğun deyildir. Kamal həkim izahatı verdikdən sonra kağızda yazılmış mətni oxumadan imzalamışdır. Hazırda isə məlum olur ki, əslində izahat onun verdiyi kimi deyil, prokurorluq əməkdaşının özünün yazdığı formada olmuşdur, klinikada qeydiyyatçı vəzifəsində işləyən Şahid1 müstəntiqin təzyiqləri altında izahat verdiyini, hətta sonra izahatını oxuyarkən müstəntiqin onun dediklərinə uyğun olmayan formada cümlələr yazdığından məcbur qalaraq izahatına əlavələr vermişdir. Həkim Şahid4 də izahatında Masmedical klinikasında işləmədiyini, iş görüşməsi ilə bağlı klinikanın rəhbərliyinin yanına gəlib getdiyini bildirmişdir. Bununla yanaşı Şəxs MMC-in direktoru Nümayəndə1 da ilk izahatında müstəntiqin onun ifadələrini fərqli yazdığını, daha sonra oxuyan zaman imzalamaqdan imtina etmiş və yalnız bundan sonra izahatı dəyişdirilmişdir. Həmçinin iş üzrə dindirilmiş bütün şahidlərin izahatlarında görünür ki, əvvəlki və indiki izahatlar arasında böyük ziddiyyətlər vardır. Sadalananlar onu deməyə əsas verir ki, icraat qanuna zidd sübutlar əsasında aparılmışdır, İnzibati Xətalar Məcəlləsinin 76.2-cı maddəsində qeyd edilmişdir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Masallı rayon Prokurorunun köməkçisi Nümayəndə2 bildirdi ki, qeyd edilən iş üzrə icraatın başlanılmasına səbəb X6 barəsində X5 Masallı filialının icraçı direktoru Sevindik Becanlı tərəfindən Elşad həkimin endoprotez əməliyyatını düzgün aparılmaması barədə şikayət verməsi olmuşdur. Şikayətə əsasən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, X6 31 iyul 2022-ci ildə Bioloji Təbabət klinikasından işdən çıxmış, həmin vaxtdan Masmedikal (Referans) klinikasında işləməyə başlamış və 27 oktyabr 2022-ci ilə tarixədək orada əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmişdir, Masallı rayon Prokurorluğunun müstəntiqi X4 tərəfindən iş üzrə izahat alınarkən Şahid1 təziq göstərildiyi qeyd edilmişdir, Masallı rayon Prokurorluğunun müstəntiqi X4 tərəfindən Masmedikalda fəaliyyət göstərən Şahid1 heç bir təziq göstərməmişdir, həkim Şahid4 xəstə qəbul edilən zaman həkim xalatının geyinilməməsi işin əsassız olmasına səbəb vermir. Odur ki, 17 noyabr 2022-ci il inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təmin edilərək, Şəxs MMC-in inzibati xətalar məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilinərək cərimə edilməsini xahiş etdi. 16 fevral 2023-cü il tarixdə keçirilmiş iclasda Masallı rayon Prokurorluğunun müstəntiqi X4 izahatında bildirdi ki, qeyd edilən iş üzrə icraatın başlanılmasına səbəb X6 barəsində X5 Masallı filialının icraçı direktoru Sevindik Becanlı tərəfindən Elşad həkimin endoprotez əməliyyatını düzgün aparılmaması barədə şikayət verməsi olmuşdur. Şikayətə əsasən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, X6 31 iyul 2022-ci ildə Bioloji Təbabət klinikasından işdən çıxmış, həmin vaxtdan Masmedikal (Referans) klinikasında işləməyə başlamış və 27 oktyabr 2022-ci ilə tarixədək orada əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmişdir. Şahid4 Bioloji Təbabət klinikasında çalışan zaman Tərifə Nəzərova adlı şəxsin əməliyyatı ilə bağlı onun atası Şahid3 ilə şifahi razılıq əldə etmiş, razılıq əsasında klinikanın hesabına vətəndaş tərəfindən 7000 manat pul köçürülmüş və Elşad həkim tərəfindən əməliyyat icra edilmişdir. Lakin sonradan əməliyyatın uğursuz həyata keçirildiyi, bu səbəbdən xəstənin səhhətində fəsadların yarandığı müəyyən edilmişdir. Bu səbəbdən vətəndaş tərəfindən Elşad həkimə müraciət edilmiş, Elşad həkim isə iki dəfə olmaqla Şahid3 və onun qızını Masmedikal klinikasında qəbul edərək Tərifəni müayinə etmişdir. Müayinələr zamanı məlum olmuşdur ki, Tərifə Nəzərovaya köçürülmüş endoprotez düzgün qoyulmadığı üçün yerindən çıxmışdır. Bundan sonra Tərifə Nəzərova yenidən Bakı şəhərində əməliyyat olunmuşdur. Daha sonra vətəndaşın şikayəti əsasənda Bioloji Təbabət klinikası tərəfindən əməliyyat üçün ödənilmiş 7000 manat ona geri qaytarılmışdır. Şahid4 isə avqust ayının sonlarından onunla əmək müqaviləsi bağlananadək Masmedikal klinikasında müqaviləsiz işləmişdir. Elşad həkimlə klinika arasında müqavilə isə yalnız 27 oktyabr 2022-ci il tarixdə bağlanmışdır. Şahid4 Masmedikal klinikasında əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmiş olması onun klinikada xəstə qəbul etməsi, Şahid3, qeydiyyatçı Şahid1 və həkim Şahid2 araşdırma zamanı vermiş olduğu izahatlar ilə tam təsdiqini tapmışdır. Klinikanın direktoru Nümayəndə1 isə iki dəfə izahat vermiş, ilk əvvəl izahatı verdikdən sonra onu imzalamaq istəməmiş, hüquqi məsləhət almaq üçün vaxt istəmiş, vaxt ilə təmin edildikdən sonra təkrar izahatı alınmışdır. Hətta Nümayəndə1 izahatı özü əli ilə yazaraq təqdim etmişdir. Nümayəndə1 izahatlarında Şahid4 klinikada həkim kimi işləmiş olmasını etiraf etməmiş, Şahid4 klinikaya gəlib getməsinin səbəbini onlar arasında iş görüşmələrinin keçirilmiş olması ilə izah etmişdir, o, Nümayəndə1 tərəfindən, eləcədə digər şəxslər tərəfindən verilmiş izahatları dəyişməmiş, verilən izahatları olduğu kimi yazmış və izahat vermiş şəxslər də izahatı oxuduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan başqa Şahid1 izahat verdikdən sonra izahatını oxumuş, həmçinin əlavəsinin olduğunu qeyd etmiş və əlavələrini də izahatına öz xətti ilə yazmışdır. 20 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Masallı şəhərində yerləşən Masmedikal klinikasında həkim rentgenoloq işləyir. Ondan araşdırma aparılan zaman izahat alınarkən prokurorluq orqanının əmədaşına inandığı üçün kağıza yazdıqlarını oxumadan imzalamışdır. Lakin həmin izahatda deyilən kimi izahat verməmişdir, o Elşad həkimin Masmedikal klinikasında işlədiyini deməmiş, ümumiyyətlə Elşad həkimin klinikada iş otağının olub-olmadığından xəbəri olmamışdır, o birinci mərtəbədə işləyir, Elşadın iş otağını görməmişdir. 20 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Masmedikal klinikasında qeydiyyatçı olaraq fəaliyyət göstərir. Araşdırma zamanı ondan klinikada izahatı alınmış və həmin vaxt ilk dəfə olduğu üçün çox həyəcanlı olmuşdur. Həmçinin buna səbəb müstəntiqin onunla kobud və təzyiqlər altında rəftar etməsi olmuşdur. Hətta ilk olaraq izahatını özü əl ilə yazmaq istəmiş, lakin müstəntiq buna mane olmuşdur. Daha sonra izahatı oxuyarkən yazılmış izahatla razı olmamış, bu səbəbdən izahatın sonunda öz əlavələrini də etmişdir. İzahatında Elşad həkimin avqust ayında xəstəxanaya gəlməsini, direktorla görüşməsini, xəstələri müəyyən xidmətlərə yönəltməsini özü yazmışdır. Lakin bu o demək deyil ki, Elşad həkim həmin vaxt orada işəmişdir. Klinikaya gəlməsinə səbəb direkot Nümayəndə1 ilə iş görüşmələri aparması olmuşdur. Elşad həkimin 2022-ci ilin avqust ayından orada işləməsi və xəstəxananın ikinci mərtəbəsində xəstələri qəbul etməsi kimi izahat onun tərəfindən verilməmişdir, Elşad həkim xəstəxanaya gelən zaman o, öz bədənində olan ağrılar ilə bağlı da ondan məsləhətlər almışdır. 20 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, o, Bioloji təbabət klinikasında işləyən zaman Taliyə Nəzərovanı 2022-ci ilin may ayında endoprotez əməliyyatı etmişdir. O, iyul ayında Bioloji təbabət klinikasından çıxmışdır. Daha sonra Taliyə Nəzərovanın atası Şahid3 onunla əlaqə saxlayaraq yoxlanışa gəlmək istəmişdir. Lakin o, Lənkəran mərkəzi xəstəxanasına işə düzəlmək məqsədi ilə getdiyini bildirmişdir. Bu zaman Taliyə Nəzərovanın atası Şahid3 Lənkərana gəlib getməyin çətin olacağını qeyd etmişdir. O, Şahid3 bildirmişdir ki, Masmedikal xəstəxanasına gəlib gedir. Masmedikala gelib getməsinin səbəbi isə klinikada travmatologiya şöbəsinin yaradılması olmuşdur. O, dəfələrlə Masmedikala gəlmiş və klinikanın rəhbəri Nümayəndə1lə görüşmüşdür, o, Şahid3 bildirmişdir ki, həmin klinikada fəaliyyət göstərən rentgenoloq Kamal həkimdən rentgen olunmasını və Masmedikala gələrkən həmin nəticələrə baxacağını bildirmişdir. Şahid3 onun dediklərini etmiş və rentgenoloq Kamal həkimin hesabına ödənişlər etmişdir. Lakin o, Masmedikalda həmin zamanlar işləməmişdir, onun iş otağı olmamışdır, əmək haqqı almamışdır, onunla əmək müqaviləsi olmamışdır, onunla 2022-ci ilin oktyabr ayının 27-də əmək müqaviləsi bağlanmışdır, buna baxmayaraq ona 5 illik sertifikat verilmişdir və hər hansı bir yerdə zərurət yarandığı halda xəstələrə kömək edə bilər. 21 fevral 2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, o, əməliyyat olunmuş Taliyə Nəzərovanın atasıdır. 2022-ci ilin may ayında qızının ayağında ağrılar yaranmış, məsləhətlər əsasında onu müayinə etdirmək üçün Bioloji Təbabət klinikasına aparmışdır. Orada Şahid4 adlı həkimin qəbulunda olmuş, qızını müayinələrdən keçirmişdir. Bir müddət sonra Elşad həkim qızının əməliyyat olunmasının vacibliyini qeyd etmiş və əməliyyat barədə razılaşmışlar. 7000 manat məbləğində ödəniş etdikdən sonra 21 iyun 2022-ci il tarixdə əməliyyat baş tutmuşdur. Əməliyyatdan üç gün keçdikədən sonra isə qızı klinikadan evə buraxılmışdır. Lakin bir müddət sonra qızının səhhətində müəyyən narahatlıqlar başlamışdır, Elşad həkimlə əlaqə saxlayaraq vəziyyəti ona demiş, həkim isə artıq Bioloji Təbabət klinikasında işləmədiyini, daimi olaraq Lənkəran mərkəzi xəstəxanasında işlədiyini ona demişdir. Lakin bir gün sonra saat 15-dən sonra Masallı şəhərində yerləşən Masmedikal klinikasında olacağını, klinikaya gələnə kimi oraya yaxınlaşaraq qızını rentgen müayinəsindən keçirməsini ondan istəmişdir. O, da qeyd edilən gün qızını rentgen müayinəsinə aparmış, daha sonra rentgen müayinəsinin cavabını orada olan Elşad həkimə göstərmişdir. Həmin gündən 15 gün keçdikdən sonra isə qızında narahatlıqlar olmuşdur və o, Elşad həkim ilə əlaqə saxlamış, həkim isə həmin vaxt Lənkəran şəhərində iş yerində olduğunu, lakin bir gün sonra saat 15:00-dan sonra Masallı şəhərində yerləşən Masedikal klinikasında olacağını ona demişdir. Bu səbəbdən bir gün sonra yenidən Masmedikal klinikasında olmuş və rentgen müayinəsindən keçərək Elşad həkimlə məsləhətləşmişdir. Elşad həkim onları hər dəfəsində ilk olaraq klinikanın ümumi girişində qarşılaşmış, orada onlarla söhbət etmiş, daha sonra isə klinikanın ikinci mərtəbəsində yerləşən boş otağa dəvət etmişdir, həmin otaq həkimin iş otağı olmamışdır, otağın qapısında həkim sözu yazılmamışdır, otaqda tibbi ləvazimat olmamışdır, Elşad həkimin əvvəl işlədiyi Bioloji Təbabət klinikasında isə xəstəni müayinə etmək üçün hər cür tibbi şəraiti avadanlığı olan iş otağı olmuşdur, Elşad həkimin müayinələri ilə bağlı heç bir ödəniş etməmiş, yalnız hər dəfəsində 25 manat olmaqla rentgen müayinəsinə ğörə rentgen üçün pul ödəmişdir. Həkim ikinci rentgen müayinəsinə baxdıqdan sonra isə qızının yenidən əməliyyata ehtiyacı olduğunu demişdir. Bundan sonra o, qızını Bakı şəhərində yerləşən xəstəxanalardan birində təkrar əməliyyat etdirmişdir. Şahid4 həmin vaxt həkim kimi Masmedical klinikasında işlədiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahidlərin müstəntiqə verdikləri izahatlarla əvvəlki məhkəmə baxışında verdikləri izahatlar arasındakı ziddiyyətlər araşdırlaraq hüquqi qiymət verilmiş və hazırki məhkəmə iclasında şahidlərin verdikləri ifadələr işin faktiki və hüquqi hallarına uyğun qiymətləndirilmişdir. Məhkəmə araşdırmları, iş materilları və şahid ifadələri ilə Şahid4 Şəxs MMC-də əmək müqaviləsi bağlanılmadan işləməsi müəyyən və sübut edilməmişdir. Bundan başqa Şahid4 Şəxs MMC ilə əmək müqaviləsi bağladığı vaxtdan onun neçə xəstəyə xidmət göstərdiyi, həmin xəstələr tərəfindən Şəxs MMC-yə hansı məbləğlərdə ödəniş edilməsi barədə sənədlər tələb edilərək tədqiq edilmiş və iş materillarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətada təqsirli olması öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş 17 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 Masallı filialının direktoru X1 müraciəti əsasında toplanmış 238C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi, qəbul edilmiş qərarın surəti Sevindik Becanlıya göndərilməklə, qərardan prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilməsi, həmçinin Sevindik Becanlıya Şahid4 rəhbərlik etdiyi xəstəxananın işgüzar nüfuzuna xələl gətirməsi ilə bağlı mülki qaydada aidiyyəti üzrə məhkəmə müraciət etmək hüququnun olması izah edilməsi, material üzrə Şahid4 əmək müqaviləsi olmadan Şəxsndə həkim kimi işləməsi faktı ilə bağlı həmin MMC və onun direktoru Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati icraat açılması məsələsinə baxılmasından ötrü Masallı rayon prokuroru qarşısında məsələ qaldırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il xx.xx.2023-cü il tarixlərdə Şahid4 qəbul etdiyi xəstələrin siyahısından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ayrı-ayrı xəstələr Şəxs MMC-də Şahid4 tərəfindən qəbul edildiyi üçün tibbi xidmətlərə görə pul ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən ğörünür ki, Şəxs MMC-in həkimi Elşad Ağamaliyevin hesabına xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ödənişlər edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC-in həkimi Şahid2 rentgen müayinəsi etdiyi Şahid4 tərəfindən məsləhəti əsasında Tərifə Nəzərova xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müayinə üçün göndərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Elşad Ağamaliyev tərəfindən xəstələr qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsindən (kontraktdan) görünür ki, X6 xx.xx.2022-ci il tarixdən Şəxs MMC-də əlavə həkim vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dizpozitiv tələblərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işdə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 17 noyabr 2022-ci il tarixli qərarda qeyd edilir ki, materiala əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC-in direktoru Nümayəndə1 Samid oğlu ilə Şahid4 arasında 27 oktyabr 2022-ci il tarixdə əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Ona görə də, İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 17 noyabr 2022-ci il tarixli qərara görə Şahid4lə 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin oktyabr ayının 27-dək olan müddətdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən həmin şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs kimi Şəxs MMC və vəzifəli şəxs kimi həmin MMC-in direktoru Nümayəndə1 Samid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə tərəfindən Masallı rayon prokurorluğunda aparılan 238C-22 saylı materillar öyrənilmiş və müəyyən edilmişdir ki, həmin material üzrə 17 noyabr 2022-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və 17 noyabr 2022-ci il tarixdə İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Qərar qəbul edilmişdir. 16 fevral 2023-cü il tarixdə keçirilmiş iclasda Masallı rayon Prokurorluğunun müstəntiqi X4 tərəfindən təqdim edilmiş Şahid4 və Şahid3 izahatları tədqiq edilərək iş materallarına əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilmiş 17 noyabr 2022-ci il inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, 17 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, iş materiallarını, prokurorluq tərəfindən aparılmış araşdırma materillarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-in barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olundu ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxsin təqsirli bilindiyi əməlin törədilmə anının an geci 17 noyabr 2022-ci il inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın qəbul edilməsi hesab olunarsa inzibati materiala baxılarkən ən geci 03 (üç) aylıq müddət ötürülmüşdür. Beləliklə, məhkəmə araşdırmaları zamanı hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə müəyyən və sübuta yetirilməmişdir, yəni inzibati xəta hadisəsi olmamışdır, inzibati xəta hadisəsi olması hesab edilsə belə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-238/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-238/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver