Məhkəmə qərarları › İş №3(050)-2383/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2383/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2383/2025 21.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-651/2022 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-651/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin sabiq icra məmuru Gündüz Mehdiyevin icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başanılaması haqqında qərar qəbul edilmişdir. Borcun könüllü şəkildə icra sənədinin icrasını təmin etmədiyindən icra məmuru tərəfindən barəsində protokol tərtib edilməklə məhkəməyə verilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM- in 528.1-ci maddəsi ilə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra sənədi İcra və probasiya şöbəsinin sabiq icra məmuru İlkin Həsənov icraatına verilmiş, eyni qayda üzrə borclu icra sənədini icarsını təmin etmədiyindən icra məmuru tərəfindən barəsində tərtib edilmiş protokola əsasən Masallı Rayon Məhkəməsiin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM- in 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra təkrar borclu icra məmurunun tələblərini yerinə yermədiyindən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Masallı Rayon Məhkəməsiin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM- in 528-1.1-ci maddəsi ilə, yəni eyni inzibati xətanı ilə ərzində təkrar törətdiyinə görə 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. İcra sənədi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Tələbkar isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə sonuncu dəfə onun barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-651/2022 saylı icra sənədindən məlumatlıdır. Lakin, hazırda heç bir yerdə işləmədiyindən icra sənədinin icrasını təmin etmək iqtidarında deyildir. Özünə iş yeri tapıb qazanc əldə etdikdən sonra aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Sonda R.İ Məmədov məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbələri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-651/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər 150 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 verilməsi, alimentin tutulmasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-651/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Xəbərdarlıq bildirişindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-651/2022 saylı icra sənədi üzrə tələbin icra edilməsi barədə rəsmi xəbərdalıq ünvanlanmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(050)-878/2025 saylı qərarından görünür ki, borclu Şəxs icra sənədinin icrasını təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 8 gün müddətə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)-658/2025 saylı qərarından görünür ki, borclu Şəxs icra sənədinin icrasını təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)-2358/2025 saylı qərarından görünür ki, borclu Şəxs icra sənədinin icrasını il tərzində təkrar yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528-1.1-ci maddəsi ilə 25 gün müddətə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 651/2022 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 8 gün müddətə, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528-1.1-ci maddəsi ilə 25 gün müddətə inzibati həbs tənbeh tədbiri görülsə də, yenə də nəticə çıxarmayaraq keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Bütün qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeyd yanaşaraq, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik nümayiş etdirmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda qeyd edilənləri əsas götürərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 21 noyabr 2025-ci il tarixdən saat 15:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar