Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-24/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1991-ci ildə Masallı rayonu, Sirəbil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 3-cü dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 23 iyun 2022-ci il tarixdə Masallı rayonu, Sirəbil kəndində müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi olmadığı halda tək lüləli, 12 kalibirli, İJ markalı, 36477 nömrəli ov silahının saxlanması və daşıması qaydalarını pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, Masallı rayonu, Sirəbil kəndində yaşayır. 2-ci qarabağ müharibəsinin iştirakçısı olmuş və müharibədən sonra onda psixoloji problemlər olmuşdur. Şirvan Əzizov onun atasıdır. 24 iyun 2022-ci il tarixdə saat 02 radələrində evdə yatdığı zaman küçədən səs-küy gəlməsini eşitmiş və cəld küçəyə çıxmışdır. O, küçəyə çıxdıqdan sonra atasının küçədə kənd sakinləri ilə mübahisə etdiyini görmüşdür. O, atasına yaxınlaşaraq onu sakitləşdirmiş və onu evə gətirmişdir. Bundan sonra geri qayıdaraq orada olan kənd sakinlərindən üzr istəmişdir. O, heç kəslə mübahisə etməmiş, onun sənədsiz tüfəngi olsa da həmin vaxt havaya atəş açmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri polis şöbəsində vermiş olduğu özünün etirafedici izahatı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək tək lüləli, 12 kalibirli, İJ markalı, 36477 nömrəli ov silahı dövlət nəfinə müsadirə edilməklə, 80 (səksən) manat miqdarında cərimə edilsin. Qərarın icrası ov tüfənginin müsadirə edilməsinə dair hissədə Masallı Rayon Polis Şöbəsinə, cəriməyə dair hissədə isə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-24/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-24/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver