Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-24/2025 17.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X2 MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN seriyalı ******* nömrəli, 05 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərdi ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli 05 dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsi) və ya məhv edilməsi) ilə təqsirləndirilərək fiziki şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Lakin, o qərarın qanunsuz və ədalətsiz olduğunu hesab edir. Belə ki, onun pay bəlli torpağı vardır, həmin torpağda gövdəsi 12 sm, 14 sm, 28 sm olan üç qarağac ağacı olmuş və ağaclar otların bicimi ilə məşğul olarkən ona maneçilik törətdiklərindən həmin əraziyə tanış bir traktorçunu çağırmışdır, o, da həmin ərazidə olan üç qarağac ağaclarını çıxarmışdır. Amma çəpərin yanında olan ağaclar qalır, onlara dəyilməmişdir. Həmin ağaclar əvvəldən həmin torpaqda olub, həmin ağaclar əkilməmişdir. Qonşu ondan şikayət edərək ərizədə qeyd edib ki, pay bəlli torpağında Xeybər Mirzəyev ağacları kəsmişdir yazmışdır. Traktoçunu o, özü çağırmış, işini gördüyündən sonra hadisə yerindən getmiş və onun bir səhvi olmamışdır. Məhkəmədən onun yaşlı adam olduğunu və bəzi qanunlardan başı çıxmadığını nəzərə almaqla cərimənin silinməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, inzibati tənbeh vermə haqqında qərarı aldığı günün səhəri günü şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 MN seriyalı ******* nömrəli 05 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Masallı rayonu, Məmmədoba kəndində pay torpağında torpağı traktorla kürüyərək ağacları kökündən çıxardaraq məhv etdiyinə görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X3 tərəfindən Masallı rayonu, Məmmədoba kəndində yerləşən özünə məxsus pay bəlli torpağında bitmiş 1 ədəd gövdəsi 12 sm, 1 ədəd gövdəsi 14 sm və 1 ədəd gövdəsi 28 sm olan qaraağac ağacı kəsilərək məhv edilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 05 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Bundan başqa X3 bildirmişdir ki, MN seriyalı ******* nömrəli, 05 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı aldığı günün səhəri günü şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət 24 dekabr 2024-cü il tarixdə rabitə orqanına təqdim edilmiş, şikayət məhkəməyə 26 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X2 MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-24/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-24/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver