Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-240/2023 07.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Masallı Rayon Prokurorluğunun nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2005-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, Masallı rayonu, Şatıroba kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsinin X3 daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayon Şatıroba kənd tam orta məktəbində həmin məktəbin 8-ci sinif şagirdi Zərərçəkmiş şəxs sağ və sol kürək nahiyəsinə yumruqla vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. Masallı Rayon Prokurorluğunun nümayəndəsi X4 inzibati xəta haqqında materiala qanunauyğun qiymət verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, Şatıroba kəndində yaşayan Qanuni nümayəndə2 Şatıroba kənd məktəbində 8-ci sinif şagirdi oğlu Zərərçəkmiş şəxs 11-cı sinif şagirdləri Xalid, Zülfüqar və Səxavət tərəfindən döyülməsi barədə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə verdiyi məlumat icraatına daxıl olmuşdur. Eyni zamanda Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixdə Masallı RPŞnin Boradigah PB-yə ərizə ilə müraciət edərək 20.09 2022-ci il tarixdə saat 11 radələrində kəndlərində yerləşən məktəbdə 2008-ci il təvəllüdlü oğlu Adəmi 11-cı sinif şagirdləri Xalid, Məhəmməd və Səxavətin döymələrini göstərmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir kı, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrındə Masallı rayon Şatıroba kənd tam orta məktəbdə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs Elgun oğlu ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən vuraraq sonuncuya sağ və sol kürək nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayon Şatıroba kənd tam orta məktəbində 11-ci sinifdə təhsil alır. Zərərçəkmiş şəxs isə həmin məktəb 8-ci sinifdə oxuyur. Əvəllər münasibətləri yaxşı olmuşdur. Müünasibətlərinin pozulmasının səbəbi isə 20 09.2022-ci il tarixdə saat 11 radələrində Adəmin başqa sinfin qızlarına sataşması olmuşdur. Belə kı o, Adəmi məktəbin ikinci mərtəbəsinin dəhlizinə çağırıb onunla söhbət etmiş, həmin vaxt Adəm ona təpik vurduğu üçün o, yumruqla Adəmin sinə nahiyəsinə vurmuşdur. Daha sonra uşaqlar onları ayırmışlar. Həmin vaxt sinif yoldaşları Zülfüqar və Məhəmməd oraya gəlmişlər. Özü görməsə də, ondan sonra Zülfüqar və Məhəmmədin də Adəmi vurduğunu eşitmişdir. Daha sonra Adəmin anası məktəbə gəlmiş, məktəbdə səs-küy salmağa başlamışdır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayon Şatıroba kənd tam orta məktəbində 8-ci sinifdə təhsil alır. Xalid, Zülfüqar və Məhəmməd həmin məktəbdə 11-ci sinifdə oxuyurlar. Onlarla münasibəti yaxşı olmuşdur. Onlarla münasibətinin pozulmasının səbəbi xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, başqa sinifin qızı ilə danışan zaman qız ona "ar olsun" dediyi üçün o, da ona "sənə bir şillə vuraram" deməyi olmuşdur. Həmin vaxt Xalid, Səxavət və Məhəmməd onun üzərinə gələrək bu səbəbdən onu döyməyə başlamışlar. Həmin vaxt Səxavət onun boğaz nahiyəsindən tutmuş, Xalid də yumruqla onun sinə nahiyəsinə vurmuş, Məhəmməd də təpiklə onun kürək nahiyəsinə vurmuşdur. Daha sonra ətrafdakı insanlar onları ayırmışlar. Bundan sonra onlar öz siniflərinə getmişlər. Bir müddət sonra anası Gültəkin məktəbə gəlmiş, anası direktorun qəbulunda olmuş, bundan sonra o, anası ilə birlikdə evə qayıtmışdır. Sonda Zərərçəkmiş şəxs Şəxs qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 müraciəti əsasında Masallı RPŞ-də toplanmış 20.09 2022-cı il tarixli, HK-1/393 nömrəli material uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməs üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X6 X9 məhkəmə tibbi ekspertinin xx.xx.2022-ci il tarixli, 790 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol kürək nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 20 sentyabr 2022-cı ıl tarixə uyğun gəlir və sağlamlığa zərər zərərvurmayan xəsarətlər olduqları uçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayon, Şatıroba kənd tam orta məktəbində həmin məktəbin 8-ci sinif şagirdi Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-240/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-240/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver