Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2405/2025 26.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X9, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Türkmənistan Respublikasında doğulmuş, Türkmənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kənan Şirkətində mühəndis (elektrik işləri) işləyən, əvvəllər məhkum olunmamış, daimi yaşamaq üçün icazəsi olan, Masallı rayonu, Sığıncaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X11 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 26 may 2025-ci il tarixdən başlayaraq Şəxs 20 yanvar 2020-ci il təvəllüdlü X2, 17 iyul 2021-ci il təvəllüdlü X1 və 05 sentyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu icra şöbəsinə çağrılaraq yığılan aliment borcunun ödənilməsi təklif olunmuşdur. Lakin maddi imkanı olmadığı üçün borcunu tam ödəməmişdir. Borclunun rəsmi iş yeri olduğu üçün icra tələbi onun maaşına yönəldilmişdir. 3 aydır ki, hər ay maşından 300 manat pul tutulur. Lakin tələbkar həmin pulun onları qane etmədiyini bildirir. Bu gün, yəni xx.xx.2025-ci il tarixdə borclu icra sənədi üzrə ümumilikdə 600 manat ödəmişdir. Hal-hazırda şəxsin 1530 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində olan Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-cü il tarixli icra sənədindən məlumatlıdır. O, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmır. Alimenti uşaqlarına ödəyir. xx.xx.2025-ci il tarixli icra sənədini aldıqdan sonra hər ay aliment borcundan 300 manat tutulur. xx.xx.2025-ci il tarixdən əvvəlki ayların borcları yığılıb qalmışdır. O aylıq 408 manat pul alır. Maddi imkanı yetərli deyil ki, borcunu tam olaraq ödəsin. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X8 izahatında göstərmişdir ki, borclu Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını vaxtı-vaxtında təmin etmir. Uşaqlar azyaşlıdır. Onların tələbatını təkbaşına ödəyə bilmir. Şəxs uşaqlarının atasıdır. Tutulmasını istəmir. Odur ki, borcu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 01 avqust 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənəd üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. ● Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 01 avqust 2025-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. ● Borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, O, icra sənədini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materiallar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. ● Təqdim edilmiş qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə X4 (N***, S***, Ə**** qızı) hesabına ümumilikdə 600 manat ödəniş edilmişdir. ● Elektron çıxarışdan görünür ki, Şəxs Kənan Şirkətində mühəndis (elektrik işləri) vəzifəsində çalışır, aylıq 420 manat əmək haqqı alır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, müntəzəm olaraq borcundan ödəniş etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, icra sənədi icraata daxil olduqdan sonra borclunun əmək haqqından hər ay 300 manat aliment tutulur. Bundan başqa borclu barəsində inzibati protokol tərtib edildiyi xx.xx.2025ci il tarixdə aliment borcundan 600 manat ödəmişdir. Məhkəmə araşdırılması icra sənədinin birdəfəlik icrası üçün yönəldilə biləcəyi hər hansı əmlakının olması müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, borcundan ödəniş edir, onun yığılıb qalan borclarının böyük hissəsi icra sənədi üzrə icraata başlama haqqında qərara qəbul edilməmişdən əvvəlki dövrlərə aiddir və qalan borcunu ödəməkdən də yayınmır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-2405/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2405/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver