Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2409/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Böyük Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 8(050)-24/2025 saylı, 27 fevral 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.521 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 8(050)-24/2025 saylı, 27 fevral 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.521 misli həddində sabit pul məbləğində aliment tutulması təmin edilmişdir. Borclunun hazırda 2608 manat ödənilməmiş aliment borcu vardır. Bununla bağlı borclu barəsində inzibati qaydada protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, iyul ayında rəsmi şəkildə təzə işə düzəlmiş, lakin inzibati qaydada həbs olunduqdan sonra işdən çıxarılmışdır. Sonra iş olmamışdır. Sentyabr ayında kənddə fəhləlik edib 20 manat qazanc əldə edirdisə onun 15 manatını göndərmişdir. Son iki ayda isə ümumiyyətlə iş olmadığından ödəniş edə bilməmişdir. Hazırda yenidən iş tapmışdır. Əgər həbs olunmasa işləyib kəsilmiş alimenti həm alacağı əmək haqına yönəltmək istəyir, qalan borclarınıda qısa müddətdə imkan daxilində ödəmək istəyir. Bu gün qardaşı 608 manat borc edib həmin pulu ödəmək istəyir. Məhkəmədən maddi durumunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu məsuliyyətsizlik edərək sistemli şəkildə alimet öhdəliyini yerinə yetirmir. İcraçının qanuni çağırışlarına gəlmir. Hər dəfə icraçı qanuni şəkildə onu aştarışa verir. Polislərə yalan məlumat verərək burda olmadığını bildirir. İşlədiyi halda işləmədiyini deyir. Uşaqların gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkir, onların rifahı təhlükə altındadır. Təklif onunan 608 manat pulu qəbul etmir, borcludan alimentin tam şəkildə ödənilməsini tələb edir. Çünki istəsə ödəyə bilər. Məhkəmədən qanun çərşivəsində tədbir görülməsini xahiş etdi. Alimentin ödəyirsə ödəsin ödəmirsə cəzasını çəksin. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, borclu İsayev X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-24/2025 saylı icra sənədini üzürlü səbəb olmadan icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs növündə tənbeh tətbiq edilmişdir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 01 dekabr 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2409/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2409/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver