Məhkəmə qərarları › İş №3(050)-2432/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2432/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2432/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Masallı rayonu, Həsənli kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İİİ qrup əlil, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4360/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4360/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2784/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilmiş, 29 avqust 2011-ci il təvəllüdlü X5, 31 dekabr 2013-cü il təvəllüdlü X3 və 05 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilmişdir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 07 avqust 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-957/2024 nömrəli, 20 may 2024-cü il qərarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-192/2025 nömrəli, 24 yanvar 2025-ci il qərarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilmişdir. İcra sənədi üzrə hər ay borclunun pensiyasından 70 faiz - 235 manat məbləğində tutulma aparılır. Bundan başqa borclu 2025-ci ilin aprel ayınadək hər ay tutmadan əlavə 350 manat ödəniş etmişdir. Lakin sonradan tutulma aparılsa da, özü əlavə olaraq alimentdən ödəniş etməmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, bu ilin aprel ayına kimi 350 manat ödəniş etmiş, 2025-ci ilin martaprel ayında avtoqəzaya düşdüyündən ayağı əzildiyi üçün işləyə bilməmiş və işdən çıxmışdır. Hər ay onun pensiyasından 70 faiz aliment borcu üçün tutulur. Həmçinin sağ əli şikəst olduğu üçün İİİ qrup əlilliyi vardır. Hazırda borcundan 1000 manat ödəniş edir. İşə düzəldikdən sonra alimenti mütəmadi olaraq ödəyəcəkdir. Ona görə də, cərimə növündə tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4360/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2784/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilmiş, 29 avqust 2011-ci il təvəllüdlü X5, 31 dekabr 2013-cü il təvəllüdlü X3 və 05 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4360/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 07 avqust 2024-cü il tarixli bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4360/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs faktiki yaşadığı ünvanına göndərilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-192/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-957/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. - Şəxs 28 yanvar 2025-ci il tarixli izahatından görünür ki, 2(103)-4360/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, o, aliment borcdan 1000 manat məbləğində ödənişi xx.xx.2025-ci il tarixdə və 4000 manat məbləğində ödənişi 24 yanvar 2025-ci il tarixdə etmişdir. Hal hazırda 5445 manat aliment borcu vardır, hər ay 510 manat məbləğində aliment pulu hər ay ödəyəcəkdir, həmçinin borcdan minimum 50 manat imkan olsa daha çox ödəniş edəcəyini qeyd etmişdir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Şəxs 02 dekabr 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-1676/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli icra sənədi barədə xəbəri vardır, onun hal hazırda 7345 manat aliment borcu vardır, xəstəliyi ilə əlaqədar işləyə bilmir. Təzə işə düzəlmişəm, hər ay 235 manat əlavə olaraq 400-500 manat ödəniş edəcəyini, hal hazırda işləmir, işləyərək ödəniş edəcəyini qeyd etmişdir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs aliment borcundan 1000 manat ödəniş etməsini və İİİ qrup əlilliyini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən və məsuliyyətini yüngülləşdirən halları, işlədiyi müddətdə aliment borcundan ödəniş etməsini, hal-hazırda pensiyasından tutulma aparıldığını nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar