Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2434/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenanatı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs dəyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 02 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenanatı X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs bacısı X1 şikayəti əsasında Şəxs barəsində Masallı Rayon Polis X6 tərəfindən araşdırma aparılmışdır. Material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün inzibati məsulliyyətə cəlb edilməsindən ötrü qərar Masallı RPŞ-nin İTB-nə verilmişdir. Bu səbəbdən tərəfindən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Qaynı Hüseynin onun yaşadığı evin həyətyanı sahəsinə birləşmiş 0,08 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinə onlar nəzarət etmişlər. Hüseynlə arvadı Təmilə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırdı. Təmilə 2025-ci ilin iyun ayında Masallı rayonu, Ağakişibəyli kəndinə gəlib və hazırda da orda yaşayır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Mübariz və bacısı Təmilə sözügedən torpaq sahəsinə gəlmişlər. Həmin vaxt onların arvadı Şahid1 ilə aralarında torpağa dair mübahisələri düşmüş, arvadı Gözəl döyülmüşdür. O, səs-küyə gələrək Mübariz və bacısı Təmilənin həyətdən çıxmalarını tələb etmiş, mübahisəni qanunamüvafiq şəkildə həll etmələrini təklif etmişdir. Mübarizin öz xoşu ilə həyətdən çıxmadığını görüb onu itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, bacısı Təmilə ilə birlikdə onun torpaq sahəsinə baxmağa getmişlər. Həmin vaxt qonşuluqda yaşayan Təmilənin baldızı Şahid1 onlara yaxınlaşaraq torpaqla bağlı mübahisə etməyə başlamışdır. Daha sonra mübahisə gedən əraziyə Vüsal gəlmişdir. Onlarla mübahisə edərək onun yəni zərərçəkmiş şəxsin qolundan tutaraq o tərəf bu tərəfə itələmişdir. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə həyətinə baxmağa getmiş, bu vaxt Gözəl və əri Vüsal onların üstünə gələrək həyətdən qovmuşlar. Lakin həyət sənədlə onlara məxsus olduğu üçün çıxmadıqda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüsal qardaşı Mübarizi zorla çəkərək həyətdən çıxarmağa çalışmış və əli ilə itələmişdir. O, həmin vaxt özünə məxsus mobil telefonla olanları video görüntüyə çəkdiyi üçün Gözəl ona videoya çəkməməsini bildirərək yumruqla onun sinəsinə vurmuş və əlləri ilə onu geriyə itələmişdir. O da əli ilə Gözəlin sinəsindən geriyə itələmişdir. O, video çəkərək Mübarizlə birlikdə həyətdən çıxıb ordan uzaqlaşmışdır. Məhkəmə iclasında Şahid1 şahid qismində ifadə verərək göstərmişdir ki, xx.xx.2025ci il tarixdə səhər saatlarında Təmilə qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə həyətin qapısına vurduğu kilidi açıb həyətə daxil olmuş, o, Mübarizə yaxınlaşıb həyətin qardaşı Hüseynə aid olduğunu bildirərək həyətindən çıxmasını tələb etdikdə, Mübariz həyətin bacısı Təmiləyə aid olduğunu bildirib onu itələyərək yerə yıxmış, yerə yıxılan zaman Təmilə təpiklə onun kürəyinə vurmuşdur. Həmin vaxt əri Vüsal səsə yaxınlaşaraq Mübarizi həyətdən çıxarmaq üçün itələmişdir. X8 vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2025-ci il tarixli, 873 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin və bel nahiyəsinin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, işdə iştirak edən şəxslərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-2434/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2434/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver