Məhkəmə qərarları › İş №3(050)-2435/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2435/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2435/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Ağakişibəyli kəndində doğulmuş, Rsiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ağakişibəyli kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Ağakişibəyli kəndində aralarında baş vermiş mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İşin halları və tərəflərin izahatları: Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə izahatında göstərdi ki, Masallı rayonu, Ağakişibəyli kəndində yaşayan X1 xx.xx.2025-ci il tarixdə X3 tərəfindən döyülməsi barədə Masallı RPŞ-yə müraciəti TB-nin təhqiqatçısı polis leytenantı Şahin Mehrabovun icraatına daxil olmuşdur. Müracəti əsasında Masallı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Ağakişibəyli kəndində yerləşən X2 məxsus həyətyanı torpaq sahəsində aralarında baş vermiş mübahisə zamanı baldızı X4 əli ilə itələyib fiziki ağrı yetirməklə ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu fakt alınmış izahatlar və ekspert rəyi ilə təsdiq edilmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barələrində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Gözəl Həsənova baldızıdır. Rusiya Federasiyasında daimi yaşamaqla ərinə məxsus Masallı rayonu, Ağakişibəyli kəndində həyətyanı torpaq sahəsinə arabir gəlib-getmişdir. Həmin torpaq sahəsi baldızı Gözəl Həsənova və sonuncunun əri Vüsal Salmanov tərəfindən zəbt edildiyindən uzun müddətdir ki, aralarında narazılıqlar vardır. Hazırda mülki mübahisələri üzrə məhkəmə qaydasında araşdırma aparılır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında qardaşı X3 ilə birlikdə həyətyanı sahəsinə baxmağa getmiş, həmin vaxt baldızı Gözəl və onun əri Vüsal üzərlərinə gələrək həyətdən qovmağa çalışmışlar. Lakin, həyət sənədlə onlara məxsus olduğu üçün onlara etiraz etdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Gözəllə dartışaraq onun sinə nahiyəsindən yumruqla vuraraq əlləri ilə geriyə itələmişdir. Sonda Şəxs məhkəməyə ərizə təqdim edərək, həmçinin əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qardaşı arvadıdır. Uzun müddətdir ki, Masallı rayonu Ağakişibəyli kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə bağlı mübahisələri vardır, hazırda məhkəmə qaydasında torpaq sahəsi ilə bağlı araşdırma aparılır. Şəxs Rusiya Federasiyasında yaşasa da, onu yaşadığı evdən və torpaq sahəsindən çıxarmaq istəyir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Təmilə qardaşı X3 ilə birlikdə həyətin qapısına vurduğu kilidi açıb həyətə daxil olmuşlar. O, Mübarizə yaxınlaşıb həyətin qardaşı Hüseynə aid olduğunu bildirərək həyətindən çıxmasını tələb etdikdə, Mübariz həyətin bacısı Təmiləyə aid olduğunu bildirməklə onu itələyərək yerə yıxmış, yerə yıxılan zaman Təmilə təpiklə onun kürəyinə vurmuşdur. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, Şəxs qarşı şikayət və tələbinin olmadığını, barışmalarını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından X6, Zərərçəkmiş şəxs və Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 874 saylı ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa hissəsinin və sağ süd vəzisinin ön hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi,törənmə müddəti qərarda qeyd olunan 30 sentyabr 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirdiyindən Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş imzası ilə təsdiq edərək yazdığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Barışmalarını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş imzası ilə təsdiq edərək yazdığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığını, barışmalarını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar